"Vətən uğrunda" medalı

"Vətən uğrunda" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir
Status verilir
Statistika
Təsis tarixi 10 noyabr 1992
İlk təltif
  • 27 mart 2002
Son təltif
  • 24 iyun 2021
Təltif sayı 4436 nəfər
Ardıcıllıq
Yüksək mükafat "Qızıl Ulduz" medalı
Aşağı mükafat "İgidliyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Vətən uğrunda" medalıAzərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir.

Tarixi və əsasnaməsi

[redaktə | mənbəni redaktə et]

"Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.[1]

Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir:[2]

  • Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə;
  • Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə;
  • Dövlət quruluşunun müdafiəsində iştirakına görə.

"Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır.[2]

"Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir.

Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir:

"Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir.

Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib. Gerbin üstündə çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.

Medal halqa və ilgəyin vasitəsilə 27 mm x 43 mm tünd və açıq palıdı tonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27mm x 9 mm ölçülü qəlib əlavə olunur.

medalın ilk təsviri[3]

Medalının ikinci və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 730-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Medalın təsviri aşağıdakı kimi verilmişdir:

"Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli dairəvi lövhədən ibarətdir.

Medalın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin, onun altında iki kəsişən qılıncın təsviri yerləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinin yuxarısında çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd palıdı rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq palıdı rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, aşağı hissəsinə milli ornament təsvirli, 40 mm x 7 mm ölçülü qızılı rəngli təbəqə bərkidilmişdir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

medalın ikinci təsviri[4]
2000–2009 2009-cu ildən[a]
Lent
Qeyd
  1. Təsvir 2013-cü ildə təsdiq olunsa da, 2009-cu ildən təqdim olunur

Təltif edilənlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 10 noyabr 1992. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  2. 1 2 "Azərbaycan Respublikasının "Vətən uğrunda" medalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 29 dekabr 1998. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  3. "Azərbaycan Respublikasının «Vətən uğrunda» medalının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 8 dekabr 2000. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
  4. ""Azərbaycan Respublikasının "Vətən uğrunda" medalının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 28 noyabr 2013. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.