İfritə

İfritəfolklora və xalq xürafatlarına görə, iblislə ittifaq bağlamış cadugər qadın. İfritələrə inam xüsusilə orta əsrlərdə yayılmışdır. XV–XVII əsrdə baş vermiş ifritələrin ovu ilə əlaqədar "İfritələrin gürzü" kodeksi buraxılmışdır. Ehtimal edilmişdir ki, ifritələr cin-şəyatinlə ünsiyyət üçün gecə məclislərinə (şabaşlara) süpürgə, keçi və ya donuz üstündə uçuşub gəlirdilər. Habelə hesab edilmişdir ki, ifritələr təqvim bayramları zamanda (məsələn, Valpurgiya gecəsində) xüsusilə təhlükəlidirlər. İfritələr haqqında təsəvvürlər təsviri sənətdə (Hans Baldunq) və ədəbiyyatda (Vilyam Şekspir, Nikolay Qoqol) var.

Türk və fars mədəniyyətində iştirak edən bir cadugər fiqurudur. İnanışa görə Kaftar, buynuzlu bir qadın görünüşündədir. Cadu edər, ölüləri məzardan çıxarıb aparır. Çirkin bir görünüşü vardır. Quş olub uçar. İti dişlidir. Farsca, kaftar (göyərçin) sözündən törədiyi deyilər. Qərb dillərində isə "kaftarkis" olaraq da bilinər. Kişi kimi, buynuzlu bir varlıqdır. Qəbiristanlıqlara gedib, yeni basdırılmış ölünü qəbirdən çıxarır, bir daşa söykəyib buynuzuyla ona vurur. Sonra cəsədi kürəyinə alaraq aparar. Dağıstan xalqlarının inanclarında da bu xarakterə "Kuşkâftar" deyilir. Uzun qarışıq saçları olan bu iti dişli varlıq qızlarıyla birlikdə meşədə yaşar. Onlar gecələr uşaqları qaçırarlar. İbn-i Batuta'nın yazdığına görə, "kaftar" sehrbaz cadugəre verilən bir addır.

  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi  (türk.)
  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]