İnqilab İsgəndərov
İnqilab İsgəndərov | |
---|---|
İnqilab Bəybala oğlu İsgəndərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 may 1945 (79 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim |
İnqilab Bəybala oğlu İsgəndərov (5 may 1945, Şamaxı rayonu) — kənd təsərrüfatı elmləri namizədi.
Həyatı
[redaktə | mənbəni redaktə et]İnqilab Bəybala oğlu İsgəndərov 1945-ci ilin may ayının 5-də Şamaxı rayonunun Böyük Xınıslı kəndində anadan olmuşdur.
Şamaxı şəhərində 1 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Torpaqşünaslıq və Aqrokimya şöbəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya bölməsində və Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır. Kənd təsərrüfatı elmləri namizədidir.
1982–1997-ci illərdə partiya və sovet orqanlarında çalışmışdır. Bu müddətdə o Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsində təlimatçı, Göyçay rayon aqrar-sənaye birliyinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, Azərbaycan Kommunist Partiyası Şamaxı rayon komitəsinin birinci katibi, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Məclisində referent və bölmə müdiri vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin (Ali Sovetin) deputatı olmuşdur. Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildən indiyə qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunda baş mütəxəssis vəzifəsində işləyir.
Aqrar sahəyə aid bir sıra elmi əsərlərin və "Ömür dediyimiz…" adlı memuar janrında yazılmış kitabın müəllifidir.
Ailəlidir, üç övladı vardır.