Azərbaycanca Vikipediya ilə 2011-ci ilin sentyabr ayında tanış oldum. O zamanlar bir neçə məqalə yaradıb, redaktələr etsəm də burada ciddi fəaliyyətə 2014-cü ilinaprel ayından başlamışam. Yaratdığım ilk məqalə Pittak haqqında olub. Bu vaxta kimi Azərbaycanca Vikipediyada 300-dən çox məqalə yaradıb, 30.000-dən çox redaktə etmişəm. Yüzlərlə məqaləni zənginləşdirib, minlərlə məqalədə düzəlişlər etmişəm.
Vikipediyada təmannasız xidmət göstərən hər bir istifadəçi, Azərbaycana, Azərbaycan xalqının və millətinin savadlanmasına, dünya görüşünün artmasına xidmət edir...
Bu səhifə Azərbaycan Vikipediyası istifadəçisinin səhifəsidir.
Əgər siz bu səhifəni Azərbaycan Vikipediyasının saytından (http://az.wikipеdia.org) kənarda görürsünüzsə, onda siz saytın güzgü versiyasını izləyirsiniz. Bu o deməkdir ki, bu səhifə köhnəlmiş ola bilər və bu səhifənin sahibinin Vikipediyadan başqa heç bir layihə ilə əlaqəsi yoxdur.