Şabbat

        

Şabbat və ya Sebt, Yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb.

Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan Yaradılış kitabında bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə Yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar.

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Şənbə günü yəhudilər bütün günü dincəlir, Tövrat oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə, bütün həftənin bir növ panoramasıdır. Şənbə həm həftəni və nələr etdiyini düşünmək, həm Allaha yaxınlaşmaq və həm də daha yaxşı bir insan olmaq üçün bir fürsətdir. Bu gün heç bir iş görülmür, elektrik istifadə edilmir.

Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir. Yalnız təxirəsalınmaz fəaliyyət formalarına (təcili yardım, polis, yanğınsöndürmə və s.) icazə verilir. Evdə təsərrüfat işləri ilə məşğul olmaq, məsələn, paltar yumaq, yemək hazırlamaq, ev süpürmək də qadağandır. Həmin gün maşın sürməyə, ölüləri dəfn etməyə və s. işlərə də icazə verilmir.[1]

  1. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.