Şahzadə Səlim (III Mehmedin oğlu)
Şahzadə Səlim | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | fevral 1585 |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1597 (12 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Skarlatina |
Dəfn yeri | |
Atası | III Mehmed |
Anası | Handan Sultan |
Şahzadə Səlim (fevral 1585, Manisa, Osmanlı imperiyası – 20 aprel 1597, İstanbul, Osmanlı imperiyası) — 13-cü Osmanlı sultanı III Mehmedin ilk oğlu.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahzadə Səlim 1585-ci ildə Manisada dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Muradın oğlu və o illərdə Saruhan sancaqbəyi olan Şahzadə Mehmed, anası isə Handan Sultandır[1]. Onunla eyni ərəfələrdə babası Sultan Muradın da iki əkiz oğlu dünyaya gəlmiş (Şahzadə Cahangir və Şahzadə Süleyman), bu səbəblə doğumu şənliklərlə qeyd olunmuşdur. Uşaqlıq illəri Manisada keçən Şahzadə Səlim atasının 16 yanvar 1595-ci ildə taxta çıxmasıyla paytaxt İstanbula gətirildi və sultanın ən böyük oğlu kimi taxtın varisi olaraq görülməyə başlandı.
Ancaq tutulduğu qızılazar xəstəliyi səbəbilə 20 aprel 1597-ci ildə hələ 12 yaşında ikən İstanbulda vəfat etdi. Atasının da iştirak etdiyi cənazə mərasiminin ardından Ayasofiyadakı Sultan Səlim türbəsinə dəfn olundu.