Əbu Talib

Əbu Talib
ərəb. أبو طالب بن عبد المطلب
Doğum tarixi 539
Doğum yeri
Vəfat tarixi 619[1]
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Atası Əbdülmüttəlib ibn Haşim
Fəaliyyəti tacir, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu TalibBəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd Mustafanın qəyyumu olmuşdur.[3]

Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdül-Müttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi.

Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur.[4]

Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir.

  1. Abū Ṭālib // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. Али-заде А. Али ибн Абу Талиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 68.
  3. "Havza saytı,Əbu Talib qəyyumluğu,İslam tarixi,Baxış:02.02.2012". 2018-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-02.
  4. Bölmə 246, ibni əbil Hədiddən nəqal qovl etmişdir. bu kitabdan:Nəhcül-Bəlağə Şərhi,c14,s84

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]