Ətnə rayonu

Ətnə rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

56°16′ şm. e. 49°27′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 10 avqust 1930
Sahəsi
  • 681,4 km²
Hündürlük
120 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 12.553 nəf. (2021)[1]
Rəsmi sayt
Ətnə rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ətnə rayonu (tatar. Ətnə rayonı, Әтнә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın şimal-qərbində yerləşir. İnzibati mərkəzi Böyük Ətnə kəndidir.

Respublikanın Arça, Biektau rayonları və Mari El Respublikası (Morkinski rayonu) ilə həmsərhəddir.

Rayonun ərazisi 1920-ci ilə qədər Kazan və Tsarevokokşayski qəzaları, 1920-1930-cu illərdə isə Arça kantonuna daxil idi.

10 avqust 1930-cu ildə Tukayev rayonu olaraq qurulur. 1938-ci ildə Ətnə olaraq adlandırılır. 12 oktyabr 1959-cu ildə ərazinin Tukayev rayonuna (əvvəllər Kzıl-Yulski rayonu) verilməsi ilə ləğv edilir.

25 oktyabr 1990-cı ildə Arça rayonundan ayrılmaqla bərpa edilir.

Əhalinin milli tərkibi

Rayon respublikanın monoetnik rayonlarından biridir: əhalinin 98,6% -ni tatarlar təşkil edir.

Yerli hökumət

[redaktə | mənbəni redaktə et]
Rayon icra başçıları

Xakimov Qabdulaxat Gilumxanoviç

İcraiyyə Komitəsi rəhbərləri

Qayumov Airat Fanilevich

Rayonda buğda, çovdar, yulaf, qarabaşaq yarması, arpa, darı, noxud becərilir. Ətlik və südlük maldarlıq və qoyunçuluq inkişaf etmişdir. Kənd təsərrüfatına xidmət edən AtnyaAqrohimservis və Atninskaya selxoztexnik müəssisələri fəaliuyyət göstərir.

Rayon ərazisindən Vısokaya Qora - Boyük Ətnə - Klyuçi-Sap, Böyük Ətnə - Arça, Morki - Paranqa. Rayon ərazisindən "Qərbi Avropa - Qərbi Çin" nəqliyyat dəhlizinin (Yoşkar-Ola - Şali (M-7) hissəsinin) magistral yol ərazisində inşa edilməsi planlaşdırılır.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Bolşeatninski kənd inzibati vahidliyinə daxil olan Yeni Ətnə adlı yeni bir qəsəbə salınmışdır[2]..

2014-cü ildən bəri Ətnə rayonunun 12 kənd izibati vahidliyinə 47 yaşayış məntəqəsi daxildir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Rəşid Rahmati Arat - Türkoloq, dilçi alim, İstanbul Universitetinin professoru.

Vladislav Açalov - Sovet hərbi və siyasi xadimi.

Asqat Səfərov - Rusiya dövlət xadimi və siyasətçisi.

Fərid Təxaviyev (1930-1999) - Sosialist Əməyi Qəhrəmanı.

Sibqat Hakim - Tatar şairi.

Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 1818-1889) - tatar ilahiyyatçısı, filosof, tarixçi və maarifçi.

Rayonda "Әтнә таңы" ("Əntə şəfəqi") adlı tatar dilində qəzet nəşr olunur.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Постановление Правительства Российской Федерации от 24 июля 2014 г. № 699 «О присвоении наименования географическому объекту в Республике Татарстан»". 2015-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.