1933
İllər |
---|
1929 • 1930 • 1931 • 1932 — 1933 — 1934 • 1935 • 1936 • 1937 |
Onilliklər |
1910-cu illər • 1920-ci illər — 1930-cu illər — 1940-cı illər • 1950-ci illər |
Əsrlər |
XIX əsr — XX əsr — XXI əsr |
1933 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1933 MCMXXXIII |
Yuli təqvimi | 1933 |
Yuli təqvimi bizans erasında | 7441-7442 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2685-2686 (21 aprel) |
Avropa təqvimi | 5693-5694 ה'תרצ"ג - ה'תרצ"ד |
Hicri təqvim | 1351-1353 |
Erməni təqvimi | 4425-4426 (11 avqust) ՌՋԼԳ |
Çin təqvimi | 4629-4630 壬申 - 癸酉 qara meymun - qara xoruz |
Efiopiya təqvimi | 1925 - 1926 |
Hind təqvimi | |
- Vikram-samvat | 1989-1990 |
- Şaka sambat | 1855—1856 |
- Kali-yuqa | 5034-5035 |
İran təqvimi | 1311-1312 |
Buddist təqvimi | 2476 |
Holosen təqvimi | 11933 |
Yapon xronologiyası | 8 Syova erası |
Fransız inqilabı təqvimi | 141—142 |
Çuçxe təqvimi | 22-ci çuçxe ili |
Minqo təqvimi | 22-ci Tayvan ili |
Hadisələr
[redaktə | mənbəni redaktə et]- 1 yanvar:
- SSRİ-də 7 saatlıq iş rejiminə keçilməsinin başa çatması.
- Nikaraqua prezidenti vəzifəsinə Liberallar partiyasından seçilən Xuan Batista Sakasanın təyin edilməsi.
- 2 yanvar — ABŞ ordusunun sonuncu əsgərinin Nikaraqua ərazisini tərk etməsi.
- 15 fevral — terrorçu Cüzeppe Zinqara tərəfindən ABŞ-nin yenicə seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi edilməsi.
- 16 fevral — Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya tərəfindən "Kiçik Antanta" ittifaqının yaradılması.
- 28 fevral — Almaniyada şəxsiyyət, söz, mətbuat, yığıncaq və ittifaq azadlığını ləğv edən fövqəladə qanunların qəbul edilməsi.
- 4 mart — Franklin Ruzveltin ABŞ prezidenti vəzifəsində Herbert Huveri əvəz etməsi.
- 8 mart — Avstriyada söz və yığıncaq azadlıqlarının ləğv edilməsi.
- 15 mart — E.Dolfus hökuməti tərəfindən Avstriya parlamentinin buraxılması, avtoritar idarəetmə sisteminin elan edilməsi.
- 19 mart — Portuqaliyada ölkədə unitar korporativ respublikanın yaradılmasını elan edən yeni konstitusiyanın qəbul edilməsi.
- 26 aprel — Almaniyada Gestaponun yaradılması.
- 15 may — SSRİ-də Çelyabinsk Traktor Zavodunun istifadəyə verilməsi.
- 20 iyun — SSRİ Prokurorluğunun təsis edilməsi.
- 22 iyun — Almaniyada Almaniya Sosial-Demokrat Partiyasının buraxılması.
- 4 iyul — Almaniyada Bavariya Katolik Partiyasının, "Mərkəz" Partiyasının və Xalq Partiyasının buraxılması.
- 8 iyul — Maqnitoqorsk Metallurgiya Zavodunda ilk marten peçinin istifadəyə verilməsi.
- 15 iyul — Ural Ağır Maşınqayırma Zavodunun (Uralmaş) istifadəyə verilməsi.
- 4 avqust — Kubada ümumi tətilin başlanması.
- 14 avqust — Kubada ümumi tətilin başa çatması.
- 21 sentyabr — Almaniyada reyxstaqın yandırılması işi üzrə Leypsiq prosesinin başlanması.
- 16 noyabr — SSRİ ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılması.
- 5 dekabr — ABŞ-də "quru qanun"un ləğv edilməsi, spirtli içkilərin leqallaşdırılması.
- 10 dekabr — M.C.Bağırovun AK(b)P MK-nin birinci katibi seçilməsi.
Doğumlar
[redaktə | mənbəni redaktə et]- 6 yanvar — Oleq Makarov - rus və sovet kosmonavtı.
- 7 yanvar — Valdimir Ferapontov - rus və sovet aktyoru.
- 9 yanvar — Uilbur Smit - CAR yazıçısı.
- 12 yanvar - Cəlal Tələbani - Keçmiş İraq prezidenti.
- 17 yanvar — Dalida - İtaliya müğənnisi.
- 26 yanvar — Musa Mirzəyev, Azərbaycanın xalq artisti, bəstəkar.
- 10 iyun - Rafiq Mehdiyev - xalq rəssamı, Prezident təqaüdçüsü
- 11 iyun – Cin Uaylder – ABŞ aktyoru.
- 17 noyabr — Gülarə Əliyeva - Azərbaycan pianoçusu.
- 22 noyabr — Rasim Ocaqov - Azərbaycan kinorejissoru və operatoru.
Vəfatlar
[redaktə | mənbəni redaktə et]- 17 dekabr — Əbdürrəhim bəy Haqverdiyev, Azərbaycan yazıçısı.
- 8 dekabr — Con Coli, ingilis geoloqu və geofiziki.