Abreviatur

Abreviatur və ya abreviatura (it. abbreviatura, lat. brevis — "qısa") — sözün baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş mürəkkəb qısaltmalar, söz və ya söz qrupunun qısaldılış forması.

Bəzi sözlər və cümlələr vaxta və yerə qənaət etmək üçün qısaldılır. Sözü bütöv yazmaq əvəzinə onun bir və ya bir neçə hərfini yazırlar: Məsələn, təqvimdə "çərşənbə" əvəzinə "ç", ünvanda "küçə" əvəzinə "k". Adətən belə ixtisardan sonra nöqtə qoyulur.

Müəyyən bir dövlət, idarə və təhsil müəssisəsinin adını qısaldan zaman onu təşkil edən sözlərin baş hərfi yazılır: BDU (Bakı Dövlət Universiteti). Belə abreviaturlarda bütün hərflər böyük yazılmalıdır.

Yaranma üsulları

[redaktə | mənbəni redaktə et]
  1. sözlərin baş hərfləri ilə müxtəsər yazılışı: məsələn, BDU – Bakı Dövlət Universiteti, MİS – Mənzil İstismar Sahəsi.
  2. iki və daha çox sözdən ixtisarla düzəldilmiş bir söz: məsələn, kolxoz, sovxoz, komsomol.
  3. dildə çox işlənən "və s.", "və i. a.", "və. b." kimi ixtisarlar da abreviatur daxildir.