Ali Milli Təhlükəsizlik Şurası
Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ; fa: شورای عالی امنیت ملی Showrāye Āliye Amniyate Mellī) İran İslam Respublikasının milli təhlükəsizlik şurasıdır. Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxanidir. 10 sentyabr 2013-cü ildə prezident Həsən Ruhani tərəfindən katib vəzifəsinə təyin edilmişdir. Şura, milli maraqların və İslam inqilabının, ərazi bütövlüyünün və ölkənin milli suverenliyinin qorunması və dəstəklənməsi üçün yaradılmışdır. Bu qurum 1989-cu ildə konstitusiyanın revizyonu zamanı qurulmuşdur.[1]
Şuranın vəzifələri konstitusiya ilə aşağıdakı kimi müəyyən edilmişdir:
- Liderin müəyyən etdiyi ümumi siyasətlər çərçivəsində ölkənin müdafiə və milli təhlükəsizlik siyasətlərinin müəyyənləşdirilməsi.
- Ümumi müdafiə və milli təhlükəsizlik siyasətləri ilə əlaqəli siyasi fəaliyyət, kəşfiyyat, sosial, mədəni və iqtisadi sahələrin koordinasiyası.
- Daxili və xarici təhdidlərlə üzləşməmək üçün ölkənin maddi və intellektual ehtiyatlarından istifadə edilməsi
Tərkibi
[redaktə | mənbəni redaktə et]Bu Milli Təhlükəsizlik Şurası, İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsi ilə ölkə prezidentinə rəhbərlik etmək onun vəzifəsidir.[2] Prezident Ali Şuranın katibini seçir.[3] Şuranın qərarları Ali Rəhbər tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.[4] Ali Rəhbər Əli Xamenei və Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) xarici siyasətlə bağlı verilmiş qərarların başındadır.
Nüvə siyasəti
[redaktə | mənbəni redaktə et]Ali Milli Təhlükəsizlik Şurası ölkənin nüvə siyasətini hazırlayır. Şuranın formalaşdırdığı nüvə siyasətləri, Ali Rəhbər tərəfindən təsdiqləndikdə qüvvəyə minir.[5] Ali Şuranın katibi nüvə danışıqları üçün məsuliyyətin Xarici İşlər Nazirliyinə həvalə olunduğu 5 sentyabr 2013-cü ilədək İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi idi.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Islamic Republic of Iran, The Supreme National Security Council (SNSC)". 2006-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
- ↑ § 1 of Article 176
- ↑ ISNA - 08-15-2005 - 84/5/24 - سرويس: / سياسي / شماره خبر: 569141 Arxiv surəti 24 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine
- ↑ § 5 of Article 176
- ↑ Article 176
- ↑ "Iran's Rouhani shifts responsibility for nuclear talks". BBC. 5 September 2013. 18 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2013.