Alp İlitver

Alp İlitver (ya da İlteber).

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu tarixi personaj ilk dəfə Musa Kalankatlının "Ağvan tarixi" əsərində 626-cı illə bağlı keçir. Bu ildə Cebu xaqan (Orxan) Ərməniyyəyə yürüş edir. Bu yürüşdə, knyaz mənşəyinə görə şad adlandırılan "qana susamış qartal balası"[1] iştirak edir. Öz adı Bolu idi ki buna ’’şad’’(xaqanın oğlu, şahzadə) titulu əlavə edilirdi. Onun adı Bizans imperatoru İraklinin adı ilə, onun farslarla müharibələrində yan yana keçir. Şad titulunu Bolu/Bulan, bütün ehtimallara görə, 631-ci ildə atasının ölümünə və hunların Aşina nəslindən olan xəzər xaqanlarına tabe olmasına qədər daşımışdır. Bu vaxtdan hunlar xəzərlərin federatları olurlar, onların başçısı isə "elteber" titulunu daşımağa başladı. Amerikan türkoloqu D. B. Qoldenə görə, bu titulu xəzərlər vassal hun xanlarına verirdilər.[2] , çinlilərdə onun analoqu "şe-li-fa" ya da "xsie-li-fa"[3]. Terminin ən inandırıcı etimoloqiyasını İ. Hamilton verdi, ona görə bu titul iki sözdən ibarətdir – el+teber xalqın, elin başçısı anlamında. Bu nəzəri macar dilçi-tarixçi A. Bombaçi[4] da dəstəklədi.

Xəzərlərin ilk elteberi və 7-ci əsrdə xəzərlərin imperiyasına daxil olan Qafqaz hunnlarının "aparıcı xanı", Alp Bolu idi ya da Bolu Şad, Orxanın oğlu. Hunnlarda xaqanların adları ilə çağırılması qəbul edilmədiyindən, o öz adı ilə yox, "Alp İlitver" titulu ilə yad edilir. O da məlumdur ki, 631-ci ildə alban katolikosu (eyni zamanda dövlət başçısı) Viro, Albaniyanı hun hücumundan qurtarmaq üçün , atasının (Cebu xaqan. K. A.) "bu üç ölkə olan –Albaniya, Çula və Lbiniyanı əbədi mülkiyətə aldığı" və buna görə Albaniyanın hun torpağı olmasını iddia edən Şadı yumşaltmalı olur.[5] 631-ci ildən sonra Şadın adı çəkilmir, bu Göytürk xaqanlığında baş verən hadisələrlə, yəni Alp-Orxanın öldürülməsi və hakimiyətə başqa qruplaşmanın gəlişi ilə bağlıdır.

Bu mərhələdə Sulakdan şimalda Xəzəryanı ovalığda xəzərlərin Bersiliya birləşməsi yaranır. Bu çaydan cənubdakı torpaqlarda isə Orxanın oğlu özünü müstəqil elan edir. Lakin o tezliklə Xəzər ölkəsində yüksəlməkdə olan Aşina nəslindən olan xaqanların hakimiyəti altına düşür və öz "xanlığını" qoruyaraq onların vassalı olur. Buradan da onun yeni titulu ilteber/ilitver. Elə bu adla da o sonralar Musa Kalankatlının "Ağvan tarixində" keçir.

O ki qaldı onun varislərinə. Bolu Şadın şəcərəsində iki oğlu qeyd edilir – Xeli və Bahadır Cebe. "Ağvan tarixinə" görə , biz həm də bilirik ki onun, birini xəzər xaqanına, o birisini Cavanşirə ərə verdiyi iki qızı vardı.

Alp Bulan(Alp İlitver) Musa Kalankatlı tərəfindən şişirdilmədən , onun şübhəsiz ki Şimali Qafqazın hunn tarixi ilə bağlı ilk qaynaq olan "Ağvan tarixi"(7-ci əsr)ndə vəsf edilmişdir. Musa Kalankatlının 7-ci əsrdə öz kitabını yazmasını nəzərə alsaq onda, ola bilsin ki, o Alp- Bulan İlteberin müasiri olub və, "Alp İlitver hunlarının" iqamətgahında, Varaçanda, yepiskop İsrailin başçılığı ilə alban xristian missionerlərinin olduğunu nəzərə alsaq bəlkə də onu şəxsən tanıyıb.

Ola bilsin ki Musa, xaqanın yanında həm də Türküstanda (erkən orta əsr türk və erməni mənbələrində Xəzər eli belə adlanırdı ,- K. A.) igidliyi vəsf edən hun dastanlarını (yırı) bilirdi.[6] Bunu misal üçün üç "igidin" –Alp Ərən(Kitabi Dədə Qorqud), Edil Alp("Oğuz namə") və Alp-İlitver(Alban ölkəsinin tarixində) "bioqrafiyasının" müqayisəsində görmək olar:

  • -

…elini tərk edən, öz atına Ayqır Gözlü sularda oynadan, 57 qalanın açarlarını əldə edən, ağ padşah Çeşmənin qızı ilə nikah bağlayan, Sofı Sandal padşaha qan udduran -Alp Ərən, Elik Xocanın oğlu…

  • -

Dəmir qapı Dərbəndi dələn və yıxan, 99 qalanın açarını alan, Sarı Sandaln qızı ilə evlənən, vəhşi diyarlardan bac alan, boyun əyməyən düşməni tabe edən, göy kafirlərin ellərini zəbun edən -Edil Alp…

Oğuz namə səh.41,42,43

savaşlarda gücü, sanı və igidliyi ilə məşhur olan…böyük qüvvəsi ilə ad aqazanan və mirası böyük şərəf olan: Türküstanda(Xəzər elində. –K. A.) çox igidliklər göstərən " Xəzər qapılarını dələn", "bütün üç ölkədə şərəfli ad çıxarmış… gücü və igidliyi ilə seçilərək, o, yunan olimpiadalarında olduğu kimi yarışlarda ad qazandı, öz gücü ilə başqalarından seçilən -Hunların böyük xanı Alp İlitver.

Alban ölkəsinin tarixi s.127,199.51

Elementlərin eynili göz qarşısındadır;1) hər üç "arayışda" bahadır savaşlarda və qalaların alınmasında ad çıxarır. İlk iki qaynaqda qəhrəman xarici padşahlardan birinin qızını alır. Alp İlitverin hadisəsi isə belədir ki, onun "bioqrafiyasından" məlumdur ki, imperator İrakli öz qızını ona vermək istəmişdi və güman ki o da onu almışdı, çünki bu Alp İlitverin xristianlığı qəbul etməsi və elteber olduqdan sonra Qafqaz Hun elində öz təbəələrini də xristianlığa gətirməsi və öz qızını Cavanşirlə evləndirməsi ilə uyğundur. Ərəblərə qarşı xəzərlərin müttəfiqi kimi çıxış etmişdi.

  1. (səh. 110,119)
  2. Donuk A. A. g.e. S. 21
  3. yenə orada
  4. Bombaçi. A.218;Donuk A.22
  5. yenə orada, səh. 127.
  6. (История Агван, стр. 127)