Arçinlər

Arçin
(Аршишттиб)
Arçin dili danışılan kəndlər
Ümumi sayı
1200[1]
Yaşadığı ərazilər
Rusiya Rusiya 12 [2]
Dili

arçin dili, avar dili, lak dili, rus dili

Dini

sünni, İslam

Daxildir
Osetinlər
Qohum xalqlar

ləzgilər, buduqlular, xınalıqlılar, qrızlılar, ceklilər, rutullar, ağullar, saxurlar, tabasaranlılar, udinlər


Arçinlər (arç. аршишттиб, arşishttib, rus. арчинцы, arçinsı) – Rusiyada, Cənubi Dağıstanın səkkiz kəndində yaşayan  etnik qrupdur. Arçib bunların içərisindəki  əsas kənd hesab olunur, çünki ilin üç ayı arçinlər kommunal işlə məşğul olmaq üçün Arçibdə toplaşırdı.[3] Onların mədəniyyəti Dağıstanın bütün mədəniyyətləri içərisində ən fərqli və ən yaxşı qorunanlardan birisidir.[4]

Arçilərin cəmi 1200 nəfər əhalisi var və öz dillərində danışırlar. Onların yaşayış yeri Qafqaz sıra dağlarının ərazisindəki Qara-Göysu hövzəsində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdədir.[3]

Arçin xalqının mənşəyi məlum deyil. Onların adı ilk dəfə 13-cü və ya 14-cü əsrdə Məhəmməd Rəfinin Şirvandan yazdığı tarixi salnamələrdə qeyd edilmişdir.[5] Avar icması olan Dursax (və ya Rissib) bir hissəsi idilər və zaman-zaman Qazıqumux xanlığına xərac verirdilər.[6] 1813-cü ildə Dağıstan Rusiya tərəfindən ilhaq edildikdən sonra onlar da Rusiya imperiyasının subyektləri oldular. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə 1886-cı ildə Qazıqumux dairəsində 802 arçin yaşayırdı.[7] 1899-cu ildən sonra onlar Dağıstan vilayətinin Qunib dairəsinə daxil oldular.[5]

1921-ci ildə Dağıstan MSSR-in tərkibinə daxil oldular. Sovet İttifaqının Birinci Ümumittifaq siyahıyaalmasına görə 1926-cı ildə Sovet İttifaqında 863 arçin var idi.[8] Növbəti siyahıyaalmalarda onlar ayrı bir etnik qrup deyil, avarların alt qrupu olaraq qəbul edildilər. 1959-cu il Sovet siyahıyaalınmasında Böyük Sovet Ensiklopediyasına görə, arçinlər hələ də ana dillərini və bəzi etnoqrafik xüsusiyyətlərini qorumaqlarına baxmayaraq, özlərini avar olaraq təqdim edirdilər.[9] 2002-ci il Rusiya siyahıyaalınması zamanı yenə avarların alt qrupu sayılan 89 arçin Rusiyada qeydiyyata alındı.[10] 2010-cu il Rusiya siyahıyaalınmasında cəmi 12 arçin qeyd olundu.[11]

border=none Əsas məqalə: Arçin dili

Arçin dili Nax-Dağıstan dillərinin ləzgi dilləri alt qoluna aiddir. Sadəcə günlük məişətdə istifadə olunan və yazısı olmayan bir dildir. Yalnız bir neçə kənddə danışılır. Əvəzində arçinlər arasında avarlak dilləri yayılıb.

Arçin dili haqqında ilk məlumat "Lak dilinin qrammatikası" kitabının əlavələr hissəsində nəşr edilən, Piter von Usların 11 iyun 1863-cü ildə  Anton Şifnerə yazdığı məktub idi.[6] Piter von Uslar arçin dilinin əfsanəsi haqqında belə demişdi:

“Tanrı millətlər və xalqlar yaratdı; xalqlardan çox daha az dil var idi. Tanrı bir neçə xalqa bir ortaq dil verdi, lakin bütün xalqlar dünyanın ən çətin dilini qəbul etməkdən imtina etdilər, nəticədə bu, ən az saylı xalqın dili oldu: Arçin xalqı və arçin dili”[12]

Mədəniyyəti 

[redaktə | mənbəni redaktə et]

Arçin etnonimi lak dilindəki Arçib kəndinin adından yaranmışdır.[5] Arçinlər ilə bağlı əsas paradoks ondadır ki, onlar avar xalqlarının etnik identifikasiyasına görə alt qrup olsalar da, dilləri ləzgilərin dillərinə, mədəniyyətləri isə avar və lak mədəniyyətlərinə bənzəyir.[13] Bütün Sovet və Rusiya siyahıyaalmalarında avarların alt qrupu sayılıblar.

Arçin xalqının böyük əksəriyyəti sünni müsəlmanlardır. Ərəb dilində Kufi yazısında yazılmış abidələrin mövcudluğu onların 10-cu əsrdən gec olmayaraq İslamı qəbul etdiklərini göstərir.[13]

  1. "Ethnologue entry for Archi". 2012-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  2. Russian Census 2010: Population by ethnicity Arxiv surəti 4 dekabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-04-24 at the Wayback Machine  (rus.)
  3. 1 2 "The Peoples of the Red Book: Archis". 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  4. "The Archi language dictionary". 2015-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  5. 1 2 3 Агеева, Р. А. Какого мы роду-племени? Народы России: имена и судьбы. Словарь-справочник. Academia. 2000. 54–55. ISBN 5-87444-033-X.
  6. 1 2 Микаилов, К.Ш. Арчинский язык (Грамматический очерк с текстами и словарём). Махачкала. 1967. 8–9.
  7. "Казикумухский округ". Брокгауз-Ефрон. 2011-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  8. "Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib.
  9. "Аварцы". БСЭ. 2012-03-18 tarixində arxivləşdirilib.
  10. "Перечень имен народов, выделявшихся при разработке материалов Всесоюзных/Всероссийских переписей 1926 - 2002 гг., и их численность". «Демоскоп». 2012-02-17 tarixində arxivləşdirilib.
  11. "Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации". «Демоскоп». 2012-05-30 tarixində arxivləşdirilib.
  12. Алексеев, М.Е.; Самедов, Д.С. Языки народов России. Красная книга. Энциклопедический словарь-справочник. Москва: Academia. 2002. səh. 34. ISBN 5-87444-149-2.
  13. 1 2 Магомедханов, М.М. Народы Дагестана. Арчинцы. Москва: Наука. 2002. səh. 283. ISBN 5-02-008808-0.