Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır.
İstinad
[redaktə | mənbəni redaktə et]Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.