Aslan Rüstəmov
Aslan Rüstəmov | |
---|---|
Doğum tarixi | 23 sentyabr 1932 (92 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Aslan Mahmud oğlu Rüstəmov (23 sentyabr 1932, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı
[redaktə | mənbəni redaktə et]Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə "Əjdahanı öldürən Bəhram Gur" fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltaraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Onun əsərləri, Moskva, Gürcüstan, Almaniya, İtaliya, Çexoslavakiya,Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.[1][2][3]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 16 oktyabr 2021[4]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 6 may 2023[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ "Arxivlənmiş surət". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
- ↑ "Arxivlənmiş surət". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2021.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.