Atatürk islahatları

1930-cu ildə Kanadada nəşr olunan bir karikatura: Kvebek əyalətindən bir qadın, türk qadınının səs vermək hüququna malik olduğunu öyrənir. Kvebekli qadınlar 25 aprel 1940-cı ildə səs verməyə haqq qazandı.

Atatürk islahatları (türk. Atatürk Devrimleri) — Mustafa Kamal Atatürkün rəhbərliyi altında və Kamalizm ideologiyasına uyğun olaraq, yeni yaranmış Türkiyə Respublikasını sekulyar, müasir milli dövlətə çevirmək üçün siyasi, hüquqi, mədəni, sosial və iqtisadi siyasətdə edilən dəyişikliklərdir. Bu islahatların əsas ideyası türk cəmiyyətinin müasirləşə bilmək üçün özünü siyasi və mədəni baxımdan qərbləşdirməsi idi.[1] Siyasi islahatlar bir çox ənənələrə son qoyan fundamental institusional dəyişikliklərin aparılması ilə müşayiət olunmuş və əsrlər boyu formalaşan mürəkkəb sistemi açmağa yönəlmiş planlı proqram icra edilmişdir.[2]

İslahatlar konstitusiyanın modernizasiyası ilə, o cümlədən, 1921-ci il konstitusiyasını əvəz edən 1924-cü il konstitusiyasının qəbulu və yeni respublikanın ehtiyacları üçün Avropa qanunlarının və hüququnun tətbiqi ilə başlamışdır. Bunun ardınca dövlət idarəetmə aparatının tam sekulyarizasiyası və müasirləşdirilməsi aparılmış, təhsil sisteminə xüsusi diqqət yetirilmişdir.

Atatürk islahatlarının Osmanlı İmperiyasında 1839-cu ildə başlayan və 1876-cı ildə birinci konstitusiya dövrü ilə başa çatan Tənzimat dövrünün yenilik və modernləşmə hərəkətlərinin davamı olduğunu düşünmək geniş yayılmışdır.[3] Ancaq Mustafa Kamal Atatürk konstitusiya ziyalılarının hədəfləri ilə razılaşmadı; modernistlərin təklif etdiyi latın qrafikasının qəbulu, Qərbdən mülki hüquq (medeni hukuk) alınması, mədrəsələrin və təkkələrin bağlanması təkliflərinin ötəsinə keçərək respublikanın elanı, xilafətin qaldırılması, sekulyarizm ve qadınların siyasi hüquqların tanınması islahatlarını da həyata keçirmişdir.[3]

Atatürkün rəhbərliyi altındakı bəzi islahatlar müsəlman məmləkətlərində mühafizəkar və islamçı qruplar tərəfindən tənqid olundu və anti-dini olma ilə ittiham edildi. Pakistanın ilk xarici işlər naziri Məhəmməd Zafirullah Xan, 1951-ci ildə Pakistan baş nazirinin təlimatı üzərinə Türkiyəyə rəsmi bir ziyarətdə tapıldı. Özü xatirələrində Atatürk sonrası Türkiyəni belə izah etməkdədir: "Atatürk inqilabından sonra, İslam ölkələrinin ümumi fikri, Türkiyədə dini dəyərlərə hörmətsizlik edilir şəklində idi. Amma mənim gördüklərim bunun tam tərsiydi və söz-söhbətlərin yalnız bir ittiham olduğunu gördüm."[4]

Əhəmiyyətli hadisələr

[redaktə | mənbəni redaktə et]
Atatürkün pilot layihə kimi bir fermada görülən işlərlə tanış olması.
  • Siyasi: 1 noyabr 1922: Osmanlı sultanlığının ləğv edilməsi
  • Siyasi: 29 oktyabr 1923: Türkiyə Respublikasının elan olunması
  • Siyasi: 3 mart 1924: Osmanlı xilafətinin ləğv edilməsi
  • İqtisadi: 24 iyul 1923: Lozanna müqaviləsi ilə kapitulasiyaların ləğvi 
  • Təhsil: 3 mart 1924: Təhsilin mərkəzləşdirilməsi
  • Hüquqi: 8 aprel 1924: Şəriət məhkəmələrinin ləğvi
  • İqtisadi: 1924: Həftəsonu Qanunu
  • Sosial: 25 noyabr 1925: Kişilər üçün geyimin dəyişilməsi
  • Sosial: 30 noyabr 1925: Dini monastırların və dərviş evlərinin bağlanması
  • İqtisadi: 1925: Nümunəvi fermaların yaradılması; (məs.: Atatürk Meşə Ferması)
  • İqtisadi: 1925: Beynəlxalq vaxt və təqvim sistemi (Qriqorian təqvimi və vaxt zonası)
  • Hüquqi: 1 mart 1926: İtaliya cinayət məcəlləsi əsasında hazırlanmış cinayət məcəlləsinin qəbulu
  • Hüquqi: 4 oktyabr 1926: İsveçrə mülki məcəlləsi əsasında yeni mülki məcəllənin qəbulu
  • Hüquqi: 1926: Öhdəliklər qanunu
  • Hüquqi: 1926: Kommersiya qanunu
  • İqtisadi: 31 may 1927: Türkiyə Dövlət Dəmiryolları
  • Təhsil: 1 yanvar 1928: Türkiyə Təhsil Assosiasiyasının qurulması
  • Təhsil: 1 noyabr 1928: Yeni türk əlifbasının tətbiqi
1934-cü ildə qadınlara seçmə və seçilmə hüququ verildi və 1935 ümumi seçkilərində 18 qadın millət vəkili seçildi
  • Təhsil: 1931: Tarixi araşdırma üçün Türk Tarix Cəmiyyətinin qurulması
  • Təhsil: 12 iyul 1932: Türk dilinin tənzimlənməsi üçün Türk Dil Cəmiyyətinin yaradılması
  • İqtisadi: 1933: Beynəlxalq vahidlər sisteminin qəbulu
  • İqtisadi: 1 dekabr 1933: İlk beş illik inkişaf planı (planlaşdırılan iqtisadiyyat)
  • Təhsil: 31 may 1933: Universitetin təhsilinin tənzimlənməsi
  • Sosial: 21 iyun 1934: Soyad Qanunu
  • Sosial: 26 noyabr 1934: Müəlliflərin və adların ləğv edilməsi
  • Təhsil: 5 dekabr 1934: Qadınların səs verməsi və seçilməsi üçün tam siyasi hüquqlar.
  • Sosial: 14 oktyabr 1935: Mason lojalarının bağlanması[5][6]
  • Təhsil: 5 fevral 1937: Konstitusiyada sekulyarizm prinsipinin daxil edilməsi.
  • İqtisadi: 1937: İkinci Beş İllik İnkişaf Planı (planlaşdırılan iqtisadiyyat)
  1. S. N. Eisenstadt, "The Kemalist Regime and Modernization: Some Comparative and Analytical Remarks," in J. Landau, ed., Atatürk and the Modernization of Turkey, Boulder, Colorado: Westview Press, 1984, 3–16.
  2. Jacob M. Landau "Atatürk and the Modernization of Turkey" page 57.
  3. 1 2 Yılmaz, Yalçın. "Atatürk, Türk Kimliği ve Ötekileştirme". Atatürk Devrimlerinde Yöntem I:Ortam ve Lider", Belgi Dergisi, PAÜ Atatürk İlkeleri ve İnkılap Tarihi Araştırma ve Uygulama Merkezi, sayı:3.
  4. Sir Mohammad Zafrullah Han, Tahdis-i Ni’met, Tahir Composing Centre, Gaba Bilding, Railpark, Lahore, 1994. səh. 594
  5. "TURKISH BAN ON FREEMASONS. All Lodges To Be Abolished Arxivləşdirilib 2024-04-16 at the Wayback Machine". Malaya Tribune, 14 October 1935, p. 5. The Government has decided to abolish all Masonic lodges in Turkey on the ground that Masonic principles are incompatible with nationalistic policy.
  6. Atatürk Döneminde Masonluk ve Masonlarla İlişkilere Dair Bazı Arşiv Belgeleri Arxivləşdirilib 2023-08-30 at the Wayback Machine, Kemal Özcan

Mövzu üzrə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Bein, Amit. Ottoman Ulema, Turkish Republic: Agents of Change and Guardians of Tradition (2011) Amazon.com
  • Ergin, Murat. "Cultural encounters in the social sciences and humanities: western émigré scholars in Turkey," History of the Human Sciences, Feb 2009, Vol. 22 Issue 1, pp 105–130
  • Hansen, Craig C. "Are We Doing Theory Ethnocentrically? A Comparison of Modernization Theory and Kemalism," Journal of Developing Societies (0169796X), 1989, Vol. 5 Issue 2, pp 175–187
  • Hanioğlu, M. Şükrü. Atatürk: An Intellectual Biography (2011) Amazon.com
  • Kazancıgil, Ali and Ergun Özbudun. Atatürk: Founder of a Modern State (1982) 243pp
  • Ward, Robert, and Dankwart Rustow, eds. Political Modernization in Japan and Turkey (1964).
  • Yavuz, M. Hakan. Islamic Political Identity in Turkey (2003) Amazon.com
  • Zürcher, Erik. Turkey: A Modern History (2004) Amazon.com

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

VikiAnbarda Atatürk islahatları ilə əlaqəli mediafayllar var.