Azərbaycan Dövlət Rəsm Qalereyası

Azərbaycan Dövlət Rəsm Qalereyası
ADRQ
Loqonun şəkli
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1972
Yarandığı yer Bakı, Azərbaycan
Fəaliyyət göstərdiyi yer Bakı, Azərbaycan
Sədr Qalib Qasımov
azgallery.az

Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum.

Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır.[1] Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur. Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir.[2]

Qalereyanın əsas fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • Aidiyyəti sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak
  • Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlamaq, onların inkişafına dair tövsiyələri işləyib Nazirliyə təqdim etmək
  • Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin. müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir.
  • Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasının həyata keçirilməsi 27 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilmişdir.[2] Eyni zamanda 2017-ci ildə gənc dizayner Aysel Əlizadə tərəfindən Dövlət Rəsm Qalereyasının loqotipi hazırlanmış, mayın 2-də Muzey Mərkəzində loqotipin təqdimatı keçirilmişdir.[3]

Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda keçirilən sərgilərin böyük əksəriyyəti əsasən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi". /www.azgallery.az. İstifadə tarixi: 05.01.2021.
  • "Qalareyeda sərgi". www.mct.gov.az. İstifadə tarixi: 05.01.2021.
  • "Yeni layihə". /medeniyyet.az. İstifadə tarixi: 05.01.2021.