Böyük oyun

1885-ci il Böyük Oyun zamanı Qərbi Asiyanın xəritəsi, Qacar İranı, Rusiya Türkistanının cənub kənarları, Əfqanıstan və qərbi Britaniya Hindistanı ilə.
Mərkəzi Asiya — Əfqanıstan və onun Britaniya və Rusiya əraziləri ilə əlaqəsi.

Böyük Oyun (ing. Great (Grand) Game, başqa bir adı "Kölgələrin döyüşü"[1]) — XIX və XX əsrin əvvəllərində CənubiMərkəzi Asiyada hökmranlıq uğrunda Britaniya və Rusiya imperiyaları arasında geosiyasi rəqabət. Rəqabət Əfqanıstan, İran, Britaniya HindistanıTibet uğrunda gedib.[2]

Böyük Oyun ifadəsi ilk dəfə Şərqi Hindistan şirkətinin xidmətində olan zabit Artur Konolli tərəfindən 1840-cı ildə Kabildəki İngilis siyasi nümayəndəsinin Bombey qubernatoruna göndərdiyi məktubun surətinin kənarında istifadə edilib.[3] Termin geniş dövriyyəyə Rudyard Kipling tərəfindən "Kim" (1901) romanın nəşrindən sonra daxil olub.[2] Termin 1979-cu ildə Sovet-Əfqan müharibəsindən sonra daha da populyarlaşıb.[4]

İngiltərə Rusiyanın Hindistanı işğal etməyi planlaşdırdığını və onun bu məqsədlə Mərkəzi Asiyada geniş əraziləri tutmasından narahat idi. Rusiya isə Mərkəzi Asiyada ingilis maraqlarının genişlənməsindən ehtiyat edirdi.[5][6][7] Nəticədə, iki böyük Avropa imperiyası arasında dərin inamsızlıq və müharibə təhlükəsi yarandı. Rusiya Mərkəzi Asiyanı işğal etməyə davam edərkən İngiltərə Hindistana qarşı bütün təhlükələri qorumağı yüksək prioritet hesab edirdi.[8] Bəzi Rusiya tarixçiləri belə nəticəyə gəlirlər ki, 1801-ci ildən sonra Rusiyanın Hindistanla bağlı minimal niyyətləri və ya planları var idi. Britaniyanın da bu barədə ciddi şübhələri mövcud olub.[9] Rusiyanın XIX əsrdə çoxsaylı işğal planları, o cümlədən Krım müharibəsi zamanı Hindistana yürüşü nəzərdə tutan Dyuhamel və Xrulyev planları irəli sürülmüşdü.[10][11]

Belə hesab edilir ki, Böyük Oyun 12 yanvar 1830-cu ildə Hindistana Nəzarət Şurasının prezidenti Lord Ellenboronun general-qubernator Lord Uilyam Bentinkə Buxara əmirliyinə yeni ticarət yolunun yaradılması ilə bağlı tapşırıq verdikdə başlayıb.[6][7][12] İngiltərə Əfqanıstan Əmirliyi üzərində nəzarəti ələ keçirmək və onu protektorat etmək, o cümlədən Osmanlı imperiyası, Qacarlar dövləti, Xivə xanlığıBuxara əmirliyindən Rusiyanın ekspansiyasına mane olan bufer dövlətlər kimi istifadə etmək niyyətində idi.[6][7] İngilislər düşünürdü ki, Rusiyanın Fars körfəzində və ya Hind okeanında liman əldə etməsini dayandırmaqla, onlar Hindistanı və həmçinin Britaniyanın əsas dəniz ticarət yollarını qoruyacaq.[13] Rusiya ingilislərə Əfqanıstanı neytral zona kimi təklif etdi. Böyük oyunun nəticələrinə 1838-ci il uğursuz Birinci ingilis-əfqan müharibəsi, 1845-ci il Birinci ingilis-siqx müharibəsi, 1848-ci il İkinci ingilis-siqx müharibəsi, 1878-ci il İkinci ingilis-əfqan müharibəsiKokandın Rusiya tərəfindən ilhaqı daxildir.

Bəzi tarixçilər Böyük Oyunun sonunu 1895-ci il sentyabrın 10-da Pamir Sərhəd Komissiyası protokollarının imzalanması,[14] Əfqanıstanla Rusiya imperiyası arasında sərhədin müəyyən edildiyi vaxt hesab edirlər.[15][16][17][18] Digərləri bunun 31 avqust 1907-ci ildə İngiltərə-Rusiya Konvensiyasının imzalanması ilə başa çatdığını düşünürlər.[19][20][21]

Terminin mənası

[redaktə | mənbəni redaktə et]

"Böyük Oyun" termini XIX əsrdən çox əvvəl istifadə edilmişdir. O əsasən kartlar və zər kimi riskli oyunlarla əlaqələndirilirdi. Terminin fransız ekvivalenti "Le grand jeu" ən azı 1585-ci ilə aiddir və risk, şans və aldatma mənaları ilə əlaqələndirilir.[22]

Tarixi mənada bu termin XIX əsrin ortalarına aiddir.[4] "Böyük Oyun" termini siyasi məmur vəzifəsinə təyin edilmiş Britaniya ordusu kapitanı Artur Konolliyə (1807–42) aid edilir.[23] 1840-cı ilin iyulunda Qəndəhara yeni siyasi agent təyin edilmiş mayor Henri Ravlinsona yazışmada Konolli yazırdı: "Sizin qarşınızda böyük bir oyun var, nəcib bir oyun var." Konolli hesab edirdi ki, Rovlinsonun yeni vəzifəsi ona Əfqanıstanda humanitarizmi inkişaf etdirmək imkanı verir və gözləntilərini belə yekunlaşdırır:[23]

" Əgər Britaniya hökuməti yalnız böyük oyun oynasaydı - Rusiyaya ürəkdən hər şeydə səmimi şəkildə kömək etsə - Farslarla əl sıxışsa - Osbeqlərdən (özbəklər nəzərdə tutulur -red.) onun bütün istədiklərimizi alsa - Buxara əmirini bizə, əfqanlara və digər osbeq dövlətlərə qarşı ədalətli olmağa məcbur edər. Bəs sonra, Siz hər halda mənim, bir mənada genişlənmiş baxışlarımı bilirsiniz. İnşAllah! Onların məqsədəuyğunluğu, əksinə, zəruriliyi görünəcək və biz dünyanın ilk xristian xalqının doldurmalı olduğu nəcib rolu oynayacağıq. "

İngilis yazıçısı Rudyard Kipling tərəfindən termin "Kim" (1901) romanında əsas mövzuya daxil edilmişdir.[24] İlk dəfə termindən akademik səviyyədə professor H. V. C. Davis tərəfindən 10 noyabr 1926-cı ildə Asiyada Böyük Oyun (1800–1844) adlı təqdimatda istifadə edilib.[25] Mərkəzi Asiyada ingilis-rus rəqabətini təsvir etmək üçün "Böyük Oyun" ifadəsindən istifadə yalnız İkinci Dünya müharibəsindən sonra geniş yayılmışdır.

Özbəkistanın müasir Buxara şəhərində İpək və ədviyyat festivalı

İngilislər Hindistana XVII əsrin əvvəllərində, XVIII əsrin ortalarında ticarət müəssisəsindən Britaniya siyasətinin alətinə çevrilmiş Şərqi Hindistan Şirkəti qurulanda gəldilər.

Rusiya Bekoviç-Çerkasskinin fəlakətli yürüşündən (1717) başlayaraq yerli xanlıqlarla diplomatik əlaqələr qurmaq üçün Mərkəzi Asiyaya ekspedisiyaları ilə diplomatlar da göndərirdi. Bəzən Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü (1722–1723) Böyük Oyunun başlanğıcı hesab olunur, bu müddət ərzində Rusiya Hindistan istiqamətində hərəkət etməyə başladı.[26] Lakin bu, hələ də daha çox proloq idi. XVIII əsrin sonunda bütün Hindistan faktiki olaraq Britaniya koloniyasına çevrildi.

1801-ci ildə İmperator I Pavel Napoleon Bonapartın rus-fransız ordusunun Hindistanda ingilislərə qarşı birgə kampaniyası ideyasını dəstəklədi. 1801-ci ilin yanvarında 20 min kazak Mərkəzi Asiyaya getdi, lakin imperator Pavelin öldürülməsindən və I Aleksandrın taxta çıxmasından sonra geri qayıtmaq əmri aldılar.

XIX əsrin əvvəllərində Rusiyanın Mərkəzi Asiya və Qafqazda hərbi-siyasi mövcudluğunun genişlənməsi ("cənuba doğru") ilə Rusiyanın bölgədəki maraqları Britaniya maraqları ilə toqquşmağa başladı. Böyük Britaniya siyasəti ilk növbədə Britaniya Hindistanının ərazisini toxunulmaz saxlamaq və genişləndirmək məqsədi daşıyırdı.

Oyunun başlanması

[redaktə | mənbəni redaktə et]
1909-cu ildə Britaniya Hindistanının xəritəsi. Britaniya Hindistanı iki çəhrayı rəngdə, knyazlıq dövlətləri sarı rəngdə göstərilib
Əfqanıstanlı Məhəmməd Yaqub Xan (ortada) Britaniyalı ser Luis Kavaqnari ilə 26 may 1879-cu il.

"Böyük oyun"un ilk döyüşü Aslandüz döyüşü (1812) oldu, çünki o zaman Rusiyaya qarşı vuruşan Qacar ordusu ingilis zabitləri tərəfindən təlimatlandırılırdı.[27]

1819-cu ildə Qvardiya Baş Qərargahının kapitanı N. N. Muravyov danışıqlar üçün Xivəyə göndərildi. O, bu səyahət zamanı az qala orada həlak olacaqdı və bu barədə "Türkmənistana və Xivəyə səyahət" (1822) adlı hesabatında yazıb.

XIX əsrin əvvəllərində Rusiyanın İrana qarşı müharibələri Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması ilə başa çatdı. Müasir Gürcüstan, ErmənistanAzərbaycanın ərazisi Rusiyaya birləşdirildi.

1829-cu ildə Tehranda rus səfiri A. S. Qriboyedov[28] qəzəbli kütlə tərəfindən parça-parça edildi. İranla yanaşı, Böyük Britaniya da Rusiyaya qarşı vuruşan Qafqaz dağlılarına dəstək verməyə başladı (Vikson işi, 1836).

Amerikalı tarixçi David Fromkin iddia edir ki, XIX əsrin ortalarına qədər ingilislər Rusiyanın Mərkəzi Asiyada genişlənməsini dayandırmasa idilər, Rusiya ilə böyük müharibə gözləmək üçün ən azı doqquz səbəbləri olacaqdı:

  1. Rusiyanın genişlənməsi onu həddən artıq qüdrətləndirərək, güc balansını pozacaqdı.
  2. Gec-tez Rusiya Hindistana müdaxilə edəcəkdi.
  3. Rusiyanın uğuru Hindistandakı anti-müstəmləkəçi elementləri üsyana təşviq edəcəkdi.
  4. Bu, Mərkəzi Asiyanın köhnə İslam rejimlərini sarsıdacaq və qənimət payları uğrunda güclər arasında qızğın müharibəyə səbəb olacaqdı.
  5. Bu, siyasi azadlığın böyük düşməni olan Rusiya rejiminə güc və nüfuz qatacaqdı.
  6. Britaniya xalqı Rusiyaya nifrət edir və ehtiyat edirdi, ona görə geri çəkilməməyi tələb edəcəkdi.
  7. Bu, Britaniyanın Asiya ilə qurulmuş ticarətini poza bilərdi.
  8. Bu proteksionizmi gücləndirəcək və bununla da Britaniyanın sadiq olduğu azad ticarət idealını sarsıdacaqdı.
  9. Rusiya Hind okeanına çatanda Britaniya imperiyasını vahid şəkildə saxlayan dəniz kommunikasiyalarını təhdid edə bilərdi.
  10. XIX əsrin sonlarında London Rusiyanın Osmanlı imperiyasına qarşı uğurunun Britaniyanın diplomatik reputasiyasını ciddi şəkildə ləkələyəcəyi arqumentini əlavə etdi.
  11. Və nəhayət, XX əsrin əvvəllərində Mərkəzi Asiyada neft yataqları kəşf edildi. Bu neft Kral Donanmasının modernləşdirilməsi və İngiltərə iqtisadiyyatının qurulması üçün vacib idi.[29]

Türkistanın Rusiya tərəfindən zəbt edilməsi

[redaktə | mənbəni redaktə et]
"Rus qoşunlarının Səmərqəndə daxil olması" (N. N. Karazin, Dövlət Rus Muzeyi)
"Məni dostlarımdan xilas edin." Böyük Oyunun Karikaturası. Rusiya (ayı) və Britaniya imperiyası (aslan) arasında Əfqanıstan əmiri Şir-Əli
Rus ordusunda Sibir kazakı, 1890-cı illər

1837-ci ildə rus elçisi, leytenant Y. V. Vitkeviç Kabildə peyda oldu. O, tezliklə əmir Dost Məhəmməd xanın etimadını qazandı və onunla Rusiya üçün faydalı müqavilə imzaladı. Lakin İngiltərənin təzyiqi altında Rusiya Vitkeviçi geri çağırdı və müqaviləni ləğv etdi. Ondan bir il əvvəl Britaniyanın siyasi agenti A. Börns də analoji missiya ilə Kabilə səfər etmişdi.

1836-cı ildə İngiltərə Heratın separatçı istəklərini dəstəklədi. Bu, İngiltərənin Qacar dövləti ilə münasibətlərini pisləşdirdi. Bundan rus diplomatları istifadə edərək Məhəmməd şah Qacarı öz tərəflərinə çəkərək Herata hücuma təhrik etdilər. Amma qacarların 1837–1838-ci illərdə Heratı mühasirəyə alması uğursuz oldu. İngilislərin təzyiqi nəticəsində şah ordusu geri çəkilməyə məcbur oldu.[30]

1839–1840-cı illərdə Orenburq general-qubernatoru və Əlahiddə Orenburq Korpusunun rəhbəri V. A. Perovskinin komandanlığı ilə rus dəstəsi Xivə yürüşünü, 1853-cü ildə isə onun komandanlığı ilə Kokand yürüşünü həyata keçirdi. Rusiya Xarici İşlər Nazirliyinin Asiya şöbəsinin gələcək rəhbəri E. P. Kovalevski Xivə yürüşündə iştirak etdi: "Onun köməyi ilə Asiya ölkələrinə çoxlu tədqiqat və kəşfiyyat işləri aparan üç diplomatik nümayəndəlik göndərildi: N. V. Xanıkov İran və Əfqanıstana, N. P. İqnatyev XivəBuxaraya, Ç. Ç. Vəlixanov Şərqi Türkistana missiyaya başçılıq edirdilər".[31]

Rus qoşunlarının Mərkəzi Asiyanın böyük hissəsini tutan və aralarında düşmənçilik edən üç xanlığa — Xivə, Buxara və Kokanda, o cümlədən mədəni, iqtisadi və strateji əhəmiyyətə malik olan Türkistan, Səmərqənd, Daşkənd, Cizzəx və Çimkəndə yaxınlaşması haqqında xəbər LondonKəlküttədə narahatlıq artırdı.[32] İngilis-Rusiya rəqabətinin yeni yüksəlişi Rusiyanın Mərkəzi Asiyanı zəbt etməsi (1853–1895) ilə əlaqələndirildi. Böyük Britaniyanın baş naziri Benjamin Dizraeli Kraliça I Viktoriyaya məktubunda yazırdı: "Moskvalılar bizim qoşunlarımız tərəfindən Mərkəzi Asiyadan qovulmalı və Xəzər dənizinə atılmalıdırlar".[33] Niyyətlərinin ciddiliyini təsdiqləyən Dizraeli kraliçanı "Hindistan imperatriçası" titulunu almağa inandırdı və Əfqanıstan da Hindistan imperiyasının tərkibinə daxil edildi.

1872-ci ilin oktyabrından 1873-cü ilin yanvarına qədər olan dövrdə Rusiya və Britaniya imperiyalarının hökumətləri arasında aparılan danışıqlar nəticəsində BuxaraƏfqan əmirlikləri arasında yerləşən geniş ərazilər "bufer" zonası kimi tanıyan müqavilə bağlandı.

Berlin konqresində Böyük Britaniyanın Rusiyaya qarşı tutduğu düşmən mövqeyini nəzərə alaraq, 1878-ci ilin yayında II Aleksandr Türkistanda yerləşdirilmiş 20 min nəfərlik qoşunu səfərbər edərək Əfqanıstana Bəlx, Bamiyan və Kabil şəhərlərinə doğru irəliləməsini əmr etdi. General N. G. Stoletov başda olmaqla bir missiya ittifaq bağlamaq üçün Əfqanıstan əmiri Şir-Əlinin yanına getdi. Kəşmir və Çitralı işğal etmək planları nəzərdən keçirildi. Lakin sonradan Berlin Konqresində əldə olunan razılaşma ilə əlaqədar kampaniya ləğv edildi.[34][35][36]

İngilis-Əfqan müharibələri

[redaktə | mənbəni redaktə et]
Fil və Qatır Batareyası, İkinci ingilis-əfqan müharibəsi

1838-ci ilin dekabrında Böyük Britaniya Əfqanıstan istiqamətində aktiv əməliyyatlara keçdi. Birinci ingilis-əfqan müharibəsi başladı. Müharibə ingilislərin QəndəharQəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub — Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular.

İngilislər Əfqanıstanı işğal etdilər və Əmir Şucanı Kabil taxtına oturtdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. İngilis işğalı üç il davam etdi. 1841-ci ilin noyabrında Şuca devrildi, agent A. Börns kütlə tərəfindən vəhşicəsinə parçalandı. Britaniya Ekspedisiya Qüvvələri demək olar ki, tamamilə məhv edildi. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu.[37] 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.[37] 1842-ci ildə Buxarada Özbəkistan əmiri Nəsrulla xanın göstərişi ilə Mərkəzi Asiyada diplomatik missiyada olan iki ingilis zabitinin başları kəsilir: polkovnik Çarlz Stoddart və "Böyük oyun" termininin müəllifi kapitan Artur Konollinin. Maraqlıdır ki, sui-qəsddən bir il əvvəl K. F. Butenev başda olmaqla Rusiya səfirliyi Buxarada olmuşdu.

Əfqan əmiri Şir-Əlinin rusiyapərəst mövqeyi ilə əlaqədar olaraq Böyük Britaniyanın baş naziri Benjamin Dizraeli İkinci ingilis-əfqan müharibəsinin başlanması əmrini verdi. Müharibə ingilis qoşunlarının Əfqanıstana Heybər, Kurram və Bolan keçidindən üç sütunla soxulması ilə başlandı. Silahlanmada və təşkilat baxımından xeyli geriyə qalan əfqan ordusu geri çəkilməli oldu. İngilislərin 1879-cu ilin yanvarında 39 minlik ingilis ordusu Qəndəhara daxil oldu.[38]

Yeni əmir Məhəmməd Yaqub xan güzəştə getdi və 26 may 1879-cu ildə ingilislərlə qeyri-bərabər Qandamak müqaviləsini imzaladı.[39] Bu sazişə görə Əfqanıstan İngiltərədən asılı olurdu. Alçaldıcı müqavilə Əfqanıstanda narazılıqla qarşılandı. 8 sentyabr 1879-cu ildə üsyan başladı.[40] Partizan müharibəsi genişləndi. Tezliklə ingilislər Kabildə təxminən 100.000 üsyançı qüvvə tərəfindən mühasirəyə alındı. Kabildəki ingilis rezidenti öldürüldü. 27 iyul 1880-ci ildə Qəndəhar yaxınlığındakı, Məyvan döyüşündə, əfqanlar ingilis briqadasını darmadağın etdilər.[41] Hərbi uğursuzluqlar Londonda rezonans doğurdu, nəticədə Dizareli 1880-ci il parlament seçkilərində məğlub oldu. Əfqanların inadlı müqaviməti, ingilisləri, Əfqanıstanın işğalından imtina etməyə məcbur etdi. Dizarelinin varisi Vilyam Qladston əmirlə yeni müqavilə imzalayaraq ingilis qoşunlarını Əfqanıstandan çıxardı. 1880-ci il müqaviləsinə görə Əfqanıstan daxili işlərindən müstəqilliyini qorudu. Lakin müqaviləyə əsasən əmir Məhəmməd Yaqub xan xarici siyasətini Londonla əlaqələndirməyə borclu idi.[42] 1881-ci ildə ingilis qoşunları ölkədən çıxarıldı.[43]

Əfqanıstanda delimitasiya

[redaktə | mənbəni redaktə et]

Əfqan böhranı

[redaktə | mənbəni redaktə et]

Az qala silahlı qarşıdurma ilə nəticələnən İngiltərə-Rusiya münasibətlərinin kəskinləşməsi 1885-ci ildə baş verdi və tarixə Əfqan böhranı kimi düşdü. General A. V. Komarovun başçılığı ilə rus ordusu Mərv vahəsini ələ keçirərək Sərhədabada doğru hərəkət etdi. Britaniya hökuməti əmirdən rusların Sərhədabad vahəsinə irəliləməsinin qarşısını almağı tələb etdi.[44] Beynəlxalq böhran yarandı, Rusiya və Böyük Britaniya Mərkəzi Asiyada müharibə astanasında qaldılar.[45] Rusiya və Britaniya diplomatiyasının səyləri nəticəsində müharibədən qaçmaq mümkün oldu. Bunun bilavasitə nəticəsi Rusiya imperiyası ilə Əfqanıstan arasında sərhədin delimitasiyası oldu və nəhayət 1895-ci ildə tamamlandı..[46] Bəzi mənbələrə görə, delimitasiya 1912-ci il iyulun 9-da Beyk dağında (Murqab kəndi yaxınlığında) hərbi topoqraflar korpusunun polkovnik-leytenantı M. Çaykinin ingilis geodeziya ekspedisiyasının nümayəndələri ilə görüşməsi ilə başa çatdı.[47]

Pamir böhranı

[redaktə | mənbəni redaktə et]
Bölgənin xəritəsi, 1886-cı il

1890–1894-cü illərdə Rusiya və Britaniya imperiyaları arasında Pamirə nəzarət uğrunda rəqabət gedirdi. 1891-ci ildə Hunza-Naqar kampaniyası zamanı ingilis hərbçiləri Gilgit ətrafını işğal etdilər və müasir Pakistanın şimalının şox hissəsini ələ keçirdilər.[48] M. E. İonovun komandanlığı altında rus qoşunlarının Pamirə ekspedisiyalarından sonra 17 fevral 1895-ci ildə rus-ingilis müqaviləsi bağlandı ki, bu müqaviləyə əsasən Pamirin bir hissəsi Əfqanıstana, bir hissəsi Rusiyaya, bir hissəsi isə Rusiyanın nəzarətində olan Buxara əmirliyinə keçdi.[14] when the border between Afghanistan and the Russian empire was defined.[15][16][17][18]:p14.[49]

1891-ci il martın 14-də Sankt-Peterburqdakı Baş Qərargahın Nikolayev adına Akademiyasında podpolkovnik B. L. Qrombçevski bu mövzuda gizli mühazirə oxudu: "Pamirdəki maraqlarımız. Hərbi-siyasi esse". Qrombçevski öz təcrübəsinə və Mərkəzi Asiyadakı vəziyyətə dərindən bələd olmasına əsaslanaraq öz məruzəsində belə nəticəyə gəlirdi: "…Pamir ətraf əraziləri ilə birlikdə Rusiya üçün şübhəsiz əhəmiyyət kəsb edir". Mühazirə dinləyicilərdə güclü təəssürat yaratdı. Rusiya imperiyasının ali hərbi-siyasi rəhbərliyi bundan müvafiq nəticələr çıxardı.

Fərqanə vilayətinin hərbi qubernatoru, general-mayor N. İ. Korolkovun əmri ilə hesabat həmin ilin sentyabrında Türkistan diyarında xidmət edən Baş Qərargah zabitləri tərəfindən nəzərdən keçirilmək üçün ayrıca broşür şəklində nəşr olundu.[50]

Bölgədəki ingilislərin fəallığına qarşı Rusiyanın təbii reaksiyası 1894-cü ildə Pamirdə Fərqanə və Alay vadilərini birləşdirən hündürlüyü 3615 m olan Taldıq aşırımı ilə gizli hərbi-strateji ağır yüklər üçün nəzərdə tutulan yolun tikintisi idi. Yol polkovnik-leytenant Qrombçevskinin rəhbərliyi altında rus istehkamçı dəstələri tərəfindən tikilmiş və Britaniyanın bölgəyə işğalı təhlükəsi yarandıqda qoşunların və artilleriya vasitələrinin cənuba operativ şəkildə köçürülməsi üçün nəzərdə tutulmuşdu. Sonralar bu yol Köhnə Pamir şossesi adlandırıldı. Beləliklə, Rusiya ingilislərin Alay vadisində mümkün müdaxiləsinin qarşısını aldı. Qrombçevskinin fikrincə, buradan İngiltərə daha da şimala doğru hərəkət edə və Fərqanə ərazisinin əməliyyat məkanına daxil ola bilərdi. Alay vadisinə strateji yolun tikintisinin uğurla başa çatması ilə ruslar Mərkəzi Asiyada hərbi və siyasi təsirlərini daha da genişləndirmək üçün qabaqcıl dayaq (plasdarm) əldə etdilər.[51][52]

XX əsrdə Böyük oyun

[redaktə | mənbəni redaktə et]

Mübarizənin aktivləşməsi

[redaktə | mənbəni redaktə et]
Çinin bölünməsi, karikatura
1907-ci il İngiltərə-Rusiya Konvensiyasından sonra İranda təsir zonaları

1892-ci ildən Rusiya ilə Fransa arasında hərbi ittifaq var idi. Eyni zamanda, Fransa ilə Böyük Britaniya arasında müstəmləkəçilik maraqlarının toqquşması nəticəsində yaranan ciddi ziddiyyətlər, xüsusən də 1898-ci il Faşod böhranı zamanı özünü büruzə verdi. Afrikanın kolonial bölünməsi hər iki ölkə arasında ciddi narazılıqlara gətirib çıxarmışdı, Faşod böhranı da bunlardan biri idi.[53] Rusiya Baş Qərargahının rəisi general V. Saxarovun və Fransa Baş Qərargahının rəisi general A. Delannanın görüşündə 1900-cü ildə İngiltərə Fransaya hücum edərsə, Rusiyanın Əfqanıstan və Hindistana qoşun yeritməsi qərara alındı. Öz növbəsində, İngiltərə Rusiyaya hücum edərdisə, Fransa La Manş boğazı sahillərində qoşun cəmləməli və Böyük Britaniyaya desant təhlükəsi yaratmalı idi.[54][55]

Sonrakı iki onillikdə "Böyük oyun" əsasən kəşfiyyat və casusluq fəaliyyətlərindən ibarət idi. Oyunda əsas fiqur Hind-Britaniya Ordusu kəşfiyyatının rəhbəri general-mayor C. M. Makqreqor idi. Rusiya diplomatiyası Kabulla birbaşa əlaqələr qurmaq üçün bir neçə dəfə cəhd etdi. Nüfuz uğrunda mübarizə İranda da davam edirdi. Burada Məhəmmədəli şah Qacar İran kazak diviziyasının[56] komandiri polkovnik Vladimir Lyaxovu diktator səlahiyyətlərinə malik Tehranın hərbi qubernatoru təyin etmişdi.[57]

Rus hərbi şərqşünasları bölgəni öyrənməyə davam edirdilər. Bu sahədə ən uğurlu zabitlərdən biri də bu illərdə Əfqanıstan, Buxara, Qaşqar, Pamir, İranŞimali Hindistanı dərindən öyrənmiş, bir sıra ümumi elmi əhəmiyyət kəsb edən məqalə və kitablar nəşr etdirən A. E. Snesaryev olmuşdur.[58]

XX əsrdə TibetQaşqariya geosiyasi rəqabətin yeni meydanına çevrildi. Bu da rus konsulu N. F. Petrovskinin Britaniya konsulu C. Makartni ilə qarşıdurmasında özünü göstərirdi. Nikolay Prjevalski və Kozlovun ekspedisiyaları haqqında öyrənən və XIII Dalay Lama hökumətinin maliyyə naziri Aqvan Dorjievin rusiyapərəst təsirdən qorxan Britaniya hökuməti 1904-cü ildə Tibetə soxulmaqLhasanın tutulmasına qərar verdi. Dalay Lama Monqolustana qaçdı və burada Kozlovla Buryatiyaya mühacirət etmək planlarını müzakirə etdi. Dalay Lama Rusiyanın Britaniyanın müttəfiqi Yaponiyaya məğlub olmasından sonra Sankt-Peterburqdan rədd cavabı aldı. Yaponiya ilə müharibədə məğıubiyyət rusları bölgədəki fəaliyyətlərini əhəmiyyətli dərəcədə azaltmağa məcbur etdi.

1900-cü ildə Böyük Britaniyanın Roşan, Şuqnan, Vaxan, İşkaşim və Zebak ərazilərində ingilis agenti olan Mərdan Əli Şanın nəzarəti altında yeni "müstəqil dövlət" yaratmaq planları haqqında məlumat əldə edildi. Bu dövlətin yaradılması əməliyyatını əfqan-ingilis müştərək kontingenti həyata keçirməli idi. Lakin əfqanlar qəflətən bütün razılaşmalardan imtina etdilər. 1903-cü ilin əvvəlində Pamir dağlarının ətəklərinə doğru irəliləyən İngilis bölmələri qar yağışı ilə blokadaya düşdü. Böyük Britaniyada Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarları üstünlük təşkil etməyə başladı.[59]

1907-ci il İngiltərə-Rusiya Konvensiyası

[redaktə | mənbəni redaktə et]
1920-ci illərin quş baxışı xəritəsi, o zamanlar Sovet ərazisi də daxil olmaqla Əfqanıstan vasitəsilə Britaniya Hindistanına yaxınlaşmaları təsvir edir.

Bu mərhələdə qarşıdurma Antantanın formalaşmasını tamamlayan 1907-ci il İngiltərə-Rusiya Konvensiyasının imzalanması ilə başa çatdı. Sənədi hazırlayan nazir A. P. İzvolski bir sıra əhəmiyyətli güzəştlərə getdi və bu, Rusiya hərbi komandanlığının bir hissəsinin kəskin narazılığına səbəb oldu. Rusiya Əfqanıstanı Britaniyanın təsir dairəsi kimi tanıdı. A. E. Snesaryev 1907-ci ildə Rusiya imperiyası tərəfindən Böyük Britaniya ilə müttəfiqlik müqaviləsi bağlamasının məqsədəuyğun olmadığına dair sübutlarla açıq şəkildə çıxış etdi. Onun fikrincə, işlər Böyük Britaniyanın Fransa ilə birlikdə Rusiyanı cəlb etdiyi başqa bir Avropa müharibəsinə hazırlığa doğru gedirdi.

Tibetə gəlincə, hər iki imperiya yalnız Çin hökumətinin vasitəçiliyi ilə Dalay Lama ilə əlaqələrə girərək müstəqilliyini və neytrallığını qorumağa razılaşdı.[60]

İran iki təsir dairəsinə bölündü: şimal (rus) və cənub (ingilis).[61][62]

Şərqi Asiyada Yaponiya ciddi bir oyunçuya çevrildi və Karl Qustav Emil Mannerheymin kəşfiyyat ekspedisiyası (1906–1908) son nəticədə ona qarşı yönəldi.

I Dünya müharibəsindən sonra

[redaktə | mənbəni redaktə et]

1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra 1919-cu ildə ingilislərin Əfqanıstana hücumu ilə Üçüncü ingilis-əfqan müharibəsi başladı. Rusiyanın çox zəifləməsi Britaniya kəşfiyyatının fəaliyyəti ilə bağlıdır: Osvald Rayner Qriqori Rasputinin öldürülməsini təşkil etmiş və səfir Byukenan fevral inqilabında mühüm rol oynamışdı.

Lakin Sovet Rusiyasının yeni hökuməti Mərkəzi Asiyanı öz təsir dairəsində saxladı. Basmaçı hərəkatı hərəkatının məğlubiyyətindən sonra tarixi Mərkəzi Asiyanın SSRİ-nin nəzarətində olan hissəsində Böyük Oyun dayandırıldı. Sovet Rusiyasının dəstəyi ilə İranda Gilan Sovet Sosialist Respublikası yarandı.[63] Bir müddət Almaniya və Yaponiya "Böyük oyun"a girməyə çalışdılar. Hər iki tərəf Almaniyanın Bağdad dəmir yolunu və onun Tehrana qolunu tikmək planları ilə hesablaşmalı oldu.

İkinci Dünya müharibəsi illərində SSRİ və İngiltərə İranı birgə bölüşdürdülər. Böyük Britaniya İranın cənubunu işğal etdi, şimalda isə sovetyönlü Məhabad CümhuriyyətiAzərbaycan Milli Hökuməti meydana gəldi.

II Dünya müharibəsindən sonra

[redaktə | mənbəni redaktə et]
Panjdeh hadisəsi (müasir Türkmənistanın xəritəsində göstərilib)

İkinci Dünya müharibəsindən sonra Britaniya imperiyasında böhran yaşandı, nəticədə 1947-ci ildə Böyük Britaniyanın dini fərqliliklər zəminində formalaşdırdığı HindistanPakistan Britaniya Birliyinin tərkibində qalaraq müstəqillik əldə etdilər. Lakin Böyük Britaniya ABŞ-la müttəfiq olaraq 1953-cü ildə İranda dövlət çevrilişi təşkil edərək bölgədəki təsirini bərpa etdi. Lakin 1978-ci il İslam İnqilabından sonra İran müstəqil oyunçu oldu.

Əfqanıstan uğrunda daha bir döyüş başladı. Əfqanıstanda 1978-ci il aprel inqilabı və ondan sonra sovet qoşunlarının Əfqanıstana daxil olması ABŞ-nin kəskin etirazına səbəb olan cənubda sovet ekspansiyasının artmasına səbəb oldu.[64][65] Lakin SSRİ Əfqanıstanı öz təsir dairəsində saxlaya bilmədi və XX əsrin sonlarında regionda daha bir güclü islamçılıq mərkəzi formalaşdı.

Yeni Böyük oyun

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Asiyanın dörd keçmiş Sovet respublikası (Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və Qazaxıstanın müstəqillik əldə etməsi "Böyük oyun"un yeni canlanmasına səbəb oldu.[2][66][67] 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror aktlarından sonra "yeni Böyük oyun"dan danışmağa başlanıldı.[68] Çünki yeni qarşıdurmanın ideologiyası terror təhlükəsi ilə mübarizə oldu və bu, çox vaxt Mərkəzi Asiyada təsir və xammal, sferalar uğrunda mübarizəni ört-basdır edirdi. ABŞ və Çin Yeni Böyük oyunun fəal iştirakçılarıdır. Rusiya və Çin 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı, daha sonra (2009-cu ildə) BRICS çərçivəsində qüvvələrini qismən birləşdirdi.

Hadisələrin inkişafı göstərdi ki, ÇXR bu təşkilatlardan öz hökmranlığını yaymaq və Rusiyanı Mərkəzi Asiyada postsovet məkanından sıxışdırıb çıxarmaq üçün istifadə edir.[69] 2005-ci ildə Əndicanda baş verən qanlı hadisələr bəzən ABŞ-nin Özbəkistana öz iradəsini yeritmək cəhdi kimi şərh olunur.[70] Həmçinin Mərkəzi Asiya islam qüvvələrinin qarşıdurma bölgəsi kimi görünür: Şiə İranı vəhhabi Səudiyyə Ərəbistanına, eləcə də türkdilli ölkələrlə — Mərkəzi Asiyanın keçmiş sovet respublikaları ilə birləşməyə ümid edən sünni Türkiyəyə qarşı.

Böyük Oyun klişe-metafor kimi təsvir edilmişdir və indi Antarktidada, dünyanın ucqar şimalında və kosmosda Böyük oyun haqqında yazan yazıçılar var.[71] 2020-ci ildə aparılan bir araşdırmada Böyük oyundan sərhəd bölgələrində və Mərkəzi Asiyada və ya "Dünyanın tavanı"nda yerləşməsi ilə birləşən ərazi mübahisəsi bölgələrində "sivilizasiya müstəmləkəçiliyi"ni təsvir etmək üçün istifadə edilmişdir. Kəşmir, Həzaralar, Nuristan, Lağman, Azad Kəşmir, Cammu, Himaçal Pradeş, Ladax, Gilgit-Baltistan, Çitral, Qərbi Tibet, Qərbi Sincan, Bədəxşan, Dağlıq Bədəxşan, Fərqanə, və Türkistan bölgəsi Böyük oyunun əsas çoğrafiyası sayılır. Maddi resurslarla zəngin olan bu ərazilər Tyanşan, Pamir, Qaraqorum, Hinduquş dağları və Qərbi Himalayların beş əsas dağ sistemi, həmçinin Amudərya, SırdəryaHind çaylarının üç əsas çay sistemi ilə əhatə olunub.[72]

  1. Narendra Singh Sarila. The Shadow of the Great Game: The Untold Story of India’s Partition. — ISBN 0-7867-1912-5. — С. 18. 
  2. 1 2 3 Казанцев А. А. "Большая игра" в Центральной Азии: вчера, сегодня, завтра Arxivləşdirilib 2021-04-12 at the Wayback Machine // Неприкосновенный запас. 2009. № 4.
  3. Сергеев Е. Ю. Большая игра, 1856–1907: мифы и реалии российско-британских отношений в Центральной и Восточной Азии. — М.: Товарищество научных изданий КМК, 2012. — 454 с., 8 вкл. — ISBN 978-5-87317-784-4. — С. 6.
  4. 1 2 Seymour Becker, "The ‘great game’: The history of an evocative phrase." Asian Affairs 43.1 (2012): 61–80.
  5. Ewans, 2004. səh. 1
  6. 1 2 3 Ingram, Edward. "Great Britain's Great Game: An Introduction". The International History Review. Taylor & Francis, Ltd. 2 (2). April 1980: 160–171. doi:10.1080/07075332.1980.9640210. ISSN 0707-5332. JSTOR 40105749. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  7. 1 2 3 In Defence of British India: Great Britain in the Middle East, 1775–1842 Arxivləşdirilib 2017-01-06 at the Wayback Machine By Edward Ingram. Frank Cass & Co, London, 1984. ISBN 0714632465. p7–19
  8. "The Great Game, 1856-1907: Russo-British Relations in Central and East Asia | Reviews in History". reviews.history.ac.uk (ingilis). 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
  9. Jelavich, Barbara. St. Petersburg and Moscow : Tsarist and Soviet foreign policy, 1814-1974. Bloomington: Indiana University Press. 1974. 200–201. ISBN 0-253-35050-6. OCLC 796911. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  10. Korbel, Josef. Danger in Kashmir. Princeton, N.J. 1966. 277. ISBN 978-1-4008-7523-8. OCLC 927444240. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  11. Andreev, A. I. Soviet Russia and Tibet : the debacle of secret diplomacy, 1918-1930s. Leiden: Brill. 2003. 13–15, 18–20. ISBN 90-04-12952-9. OCLC 51330174. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  12. Secret committee to governor-general in council, 12 Jan. 1830, India Office Records, Ltes/5/543
  13. Becker, 2005. səh. 47
  14. 1 2 Gerard, M. G., "Report on the proceedings of the Pamir Boundary Commission (1897)" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine. Digitized Afghanistan Materials in English from the Arthur Paul Afghanistan Collection. Paper 25.
  15. 1 2 William C. Rowe. Chapter 4: The Wakhan Corridor – The endgame of The Great Game // Alexander C. Diener; Joshua Hagen (redaktorlar ). Borderlines and Borderlands: Political Oddities at the Edge of the Nation-state. Rowman & Littlefield. 2010. səh. 64. In setting these boundaries, the final act of the tense game played out by the British and Russian governments came to a close.
  16. 1 2 Gebb, Michael. "Review:Anglo-Russian Rivalry in Central Asia, 1810–1895". UCLA Historical Journal. 4. 1983: 130–132. 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05. (..) "The final balance was formalized by the Joint Pamirs Boundary Commission in 1895."
  17. 1 2 Morgan, 1981. səh. 231
  18. 1 2 Middleton, Robert. "The Earl of Dunmore 1892–93" (PDF). Pamirs Org. 2005. 2011-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-05. a commentary on "The Pamirs; being a Narrative of a Year's Expedition on Horseback and Foot through Kashmir, Western Tibet, Chinese Tartary and Russian Central Asia" by Charles Adolphus Murray, the Eighth Earl of Dunmore.
  19. Dean, Riaz. Mapping The Great Game: Explorers, Spies & Maps in Nineteenth-century Asia. Oxford: Casemate (UK). 2019. 270–71. ISBN 978-1-61200-814-1.
  20. Meyer, Karl E. "Opinion | The Editorial Notebook; Persia: The Great Game Goes On". The New York Times (ingilis). 1987-08-10. ISSN 0362-4331. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  21. Hopkirk, Peter. Setting the East Ablaze: On Secret Service in Bolshevik Asia (ingilis). Oxford University Press. 2001. ISBN 978-0-19-280212-5. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  22. Yapp, 2000. səh. 183
  23. 1 2 Yapp, 2000. səh. 181
  24. Morgan, 1973. səh. 55–65
  25. Yapp, 2000. səh. 180
  26. "Большая игра продолжается". 2015-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-22.
  27. "Большая игра: раунд первый". 2015-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-22.
  28. Сухов И. Солдат "большой игры". Тайна гибели российского посла в Персии А. Грибоедова Arxivləşdirilib 2016-08-13 at the Wayback Machine
  29. David Fromkin, "The great game in Asia," ‘’Foreign Affairs’’ 58#4 (1980), p. 39.
  30. "Борьба за Герат В 1837—1841 гг". 2016-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
  31. Густерин П. В. Егор Петрович Ковалевский и страны Востока (на основе статьи "Е. П. Ковалевский — дипломат и востоковед" // Вопросы истории. 2008, № 8, с. 148–150). Arxivləşdirilib 2013-03-18 at the Wayback Machine
  32. Пленцов, А. К. Дело под Иканом. СПб. Издательство "Историко-культурный центр Карельского перешейка", 2014. 320 с. С иллюстрациями. ISBN 978-5-9905826-9-9. С. 20
  33. Mahajan, Sneh (2001), British Foreign Policy 1874–1914: The Role of India, Volume 4 of Routledge Studies in Modern European History, Routledge, ISBN 978-0-415-26010-7
  34. Böyük oyun // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  35. Снесарев А. Е. Афганистан. – М.: "Русская панорама", 2002. – 272 с
  36. "Про Афганистан: земля, люди, история". 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
  37. 1 2 Understanding Kashmir and Kashmiris Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine by Christopher Snedden. C. Hurst & Co, London, 2015. p55–62
  38. Barthorp, 2002. səh. 77–79
  39. Barthorp, 2002. səh. 71
  40. Wilkinson-Latham, 1977. səh. 15
  41. Wilkinson-Latham, 1977. səh. 16–17
  42. Conflict in Afghanistan: A Historical Encyclopedia Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine By Clements, F. ABC-Clio, Santa Barbara, California, 2003 p. 198
  43. Prasad, Bisheshwar. Foundations of India's Foreign Policy: Imperial Era, 1882-1914. Nayad Prokash. 1979. səh. 25. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  44. Johnson, Robert. ""Russians at the Gates of India"? Planning the Defense of India, 1885-1900". The Journal of Military History (ingilis). 67 (3). 2003: 697–743. doi:10.1353/jmh.2003.0230. ISSN 1543-7795.
  45. Басханов М. К. Гератский кризис 1885 г. и борьба идей вокруг стратегии упреждения в Средней Азии: Куропаткин против Магрегора // Мир политики и социологии. № 12. 2018. 86—126.
  46. Jelavich, Barbara. St. Petersburg and Moscow : Tsarist and Soviet foreign policy, 1814-1974. Bloomington: Indiana University Press. 1974. 200–201. ISBN 0-253-35050-6. OCLC 796911. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  47. Пандул И. С., Зверевич В. В. История и философия геодезии и маркшейдерии. СПб.: Политехника. 2008. 128.
  48. Remoteness and Modernity: Transformation and Continuity in Northern Pakistan Arxivləşdirilib 2022-08-21 at the Wayback Machine By Shafqat Hussain. Yale University Press, New Haven, 2015. p49–53
  49. International Boundary Study of the Afghanistan-USSR Boundary (1983) Arxiv surəti 17 avqust 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-08-17 at the Wayback Machine by the US Bureau of Intelligence and Research
  50. Breu, Thomas; Maselli, Daniel; Hurni, Hans. "Knowledge for Sustainable Development in the Tajik Pamir Mountains". Mountain Research and Development. 25 (2). 2005: 139. doi:10.1659/0276-4741(2005)025[0139:KFSDIT]2.0.CO;2. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  51. Afghanistan, Baluchistan, Kashmir, Chitral, Gilgit, Pamirs and North-West Frontier: Summary of Diary for August 1895. p.4. Public Record Office. Russia. Proceedings in Central Asia 1873–1898. F. O. 65/1507.
  52. "Enclosure No. 8. No. 179, dated Lake Victoria, the 28th July 1895 (Confidential). From Major-General M. G. Gerard, C. B. To the Secretary to the Government of India, Foreign Department." Record Office. Russia. Proceedings in Central Asia 1873–1898. PRO/FO 65/1506. pp. 336–337.
  53. Andrew, G.; və b. "Gabriel Hanotaux, the Colonial Party and the Fashoda Strategy". J. Imp. Commonw. Hist. 3 (1). 1974: 55–104. doi:10.1080/03086537408582422.
  54. Валентинов Н. Военные соглашения России с иностранными государствами до войны Arxivləşdirilib 2019-04-15 at the Wayback Machine
  55. Игнатьев А. В. Внешняя политика России в конце XIX — начале XX века (Россия перед вызовами новой эпохи). — М.: ГЕОС, 2011, — 220 с. — С. 137.
  56. electricpulp.com. "COSSACK BRIGADE – Encyclopaedia Iranica". www.iranicaonline.org (ingilis). 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  57. Phillips, Thomas B. Queer Sinister Things: The Hidden History of Iran. Lulu.com. 2011. 8. ISBN 978-0557509294.
  58. Snesarev, Andreĭ Evgenʹevich. Afghanistan: Preparing for the Bolshevik Incursion Into Afghanistan and Attack on India, 1919-20 (ingilis). Helion. 2014. ISBN 978-1-909982-03-1. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-31.
  59. "Русско-английский конфликт на Памире: несостоявшаяся война 1902 года". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-04.
  60. "ANGLO-RUSSIAN CONVENTION OF 1907". Encyclopedia Iranica (ingilis). 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-22.
  61. Middle East conflicts from Ancient Egypt to the 21st century : an encyclopedia and document collection. Spencer Tucker, Priscilla Mary Roberts. Santa Barbara, California. 2019. ISBN 978-1-4408-5353-1. OCLC 1099541849. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  62. Afary, Janet. The Iranian Constitutional Revolution, 1906-1911: Grassroots Democracy, Social Democracy, & the Origins of Feminism (ingilis). Columbia University Press. 1996. 330–338. ISBN 978-0-231-10351-0. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  63. Syed, Muzaffar Husain; Akhtar, Syed Saud; Usmani, B. D. Concise History of Islam (ingilis). Vij Books India Pvt Ltd. 2011-09-14. 221. ISBN 978-93-82573-47-0. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  64. Rezun, Miron. "The Great Game Revisited". International Journal. 41 (2). 1986: 324–341. doi:10.2307/40202372. ISSN 0020-7020. JSTOR 40202372. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-05.
  65. "«Турниры теней»: Госдума пересмотрит официальную оценку войны за Афганистан". 2015-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  66. Mapping Central Asia: Indian Perceptions and Strategies. By Marlène Laruelle and Sébastien Peyrouse. Ashgate Publishing, Farnham, England, 2011. ISBN 9781409409854 Chapter 1 — Foreign Policy and Myth Making: Great Game Arxivləşdirilib 2022-08-21 at the Wayback Machine, p9
  67. "Kennan Cable No. 56: No Great Game: Central Asia's Public Opinions on Russia, China, and the U.S. | Wilson Center". www.wilsoncenter.org (ingilis). 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  68. Большая игра в Центральной Азии Arxivləşdirilib 2015-05-23 at the Wayback Machine // ru:Ядерный контроль. № 1(75). Т. 11. 2005.
  69. Stronski, Paul; Ng, Nicole. "Cooperation and Competition: Russia and China in Central Asia, the Russian Far East, and the Arctic". Carnegie Endowment for International Peace (ingilis). 2018-02-28. 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  70. "Большая Игра-2015: что США сделают со Средней Азией и почему мы этого не позволим". 2015-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-22.
  71. Dodds, Klaus. "The Great Game in Antarctica: Britain and the 1959 Antarctic Treaty". Contemporary British History. 22. 2008: 43–66. doi:10.1080/03004430601065781.
  72. Sharma, Vishal. Civilizational Colonialism and the Ongoing New Great Game in the Sensitive Areas of High Asia: Exploring Pan-High Asianism as the potential way forward for the Western Pahari, Greater Dardic, Trans-Himalayan, Badakhshan and Sogdiana Belts possibly leading to High Asian Approaches to International Law (HAAIL). Academia (Tezis). Cardiff: Cardiff University. 2020. 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]