Beytüs-səfa

Beytüs-səfa
Yaranma tarixi 1860

Beytüs-səfa – ədəbi məclis. XIX əsrin 60 illərində Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı; məclisin adı da bununla əlaqədardır (ərəbcədən tərcümədə: Səfanın evi deməkdir).

Seyid Əzim Şirvani, Molla Ağa Bixud, Ağababa Zühuri, Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və b. şairlər məclisin fəal üzvləri idi. Məclisə Seyid Əzim Şirvani və Mollağa Bixud başçılıq edirdilər. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şerlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq, yayılırdı.