Cənub adası (Yeni Zelandiya)
Cənub adası | |
---|---|
ing. South Island, mao. Te Wai-pounamu | |
Ümumi məlumatlar | |
Sahəsi | 150437 km² |
Hündür nöqtəsi | 3754 m |
Əhalisi | 1.038.600 nəfər (2010-cu il) |
Yerləşməsi | |
43°59′ c. e. 170°27′ ş. u.HGYO | |
Ölkə | Yeni Zelandiya |
Akvatoriya | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Cənub adası (ing. South Island, mao. Te Wai-pounamu — Te-Vai-Pounamu,1840-cı illərdə həmcinin Yeni Manster) — Yeni Zelandiyanın sahəsinə görə birinci adasıdır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi — 150 437[1] km² təşkil edir, bu isə Adaların dünyada sahəsinə görə sıralamasında 12-ci yerdə gedir. Kuk boğazı Şimaladadı ilə Cənub adasını bir-birindən ayırır. —
Adanın qərb sahillərinə yaxın Cənubi Alp dağları uzanır. Burada Yeni Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı (3754 m) yerləşir. Cəbubi Alp dağlarında olan 18 zirənin hündürlüyü 3000 metri keçir. Dağlarda 360 buzlaq vardır. Onlardan ən böyükləri: Tasman buzlağı, Frans-İosif buzlağı və Foks buzlağı. Dağlar arası düzənliklər geniş yayılmışdır. Burada Te-Anau, Manapouri, Uakatipu və Havea kimi gölləri vardır. Ən böyük şəlaləsi Saterlend şəlaləsidir və hündürlüyü 580 m çatır.
Burada bir sıra emdemik canlı növlərinə rast gəlmək olar.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2010-cu il siyahıya almasına əsasən adada 1 038 600 insan yaşayır, bu isə Yeni Zelandiya əhalisinin 24 % təşkil edir. Ən iri şəhərləri: — Kraystçerç, Danidin.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Quick Facts - Land and Environment : Geography - Physical Features". Statistics New Zealand. 2000. 2012-10-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2012.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Yeni Zelandiya atlası (ing.)