Danaya (Rembrandt)
Danaya | ||
---|---|---|
nid. | ||
| ||
Rəssam | Rembrant Harmens van Reyn | |
Tarixi | 1636 | |
Üslubu | nü, mifologiya rəssamlığı[d] | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 185 sm[1] × 202,5 sm[1] | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Ermitaj, Sankt-Peterburq | |
Saytı | wga.hu/html/r/rembran/pa… wga.hu/html/r/rembran/pa… wga.hu/html/r/rembran/pa… wga.hu/html/r/rembran/pa… | |
İnventar nömrəsi | ГЭ-723 | |
Vikianbarda əlaqəli mediafayllar |
Danaya — hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Krozat kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən bu yana Peterburqdakı Ermitaj muzeyində saxlanılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya xarakteri təsvir olunmuşdur. Şəkildə Danaya böyük ehtimalla, bir qızıl sağnağı şəklinə girərək özüylə əlaqəyə girib Perseyə hamilə qalmasını təmin edəcək olan Zevsi qarşılayarkən görülməkdədir.
Danaya üçün, rəssamın bərabər yoldaşı olan Saskiya van Uylenburq modellik etmiş olsa da, Rembrandt daha sonra, Danayanın üzünü dəyişdirərək aşnası Geertje Dircxin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən biri olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq şəklin nisbətən böyük ölçülərdə olması, satılmasını çətinləşdirmişdir.
Rembrandtın bu tablosu 15 iyun 1985-ci ildə ağlı başından çıxmış bir adam tərəfindən hücuma uğradı. Rəsmin üzərinə sülfürik turşu tökən təcavüzkar tablonu ayrıca iki yerindən bıçaqladı. Hücum sonrasında şəklin orta hissəsi sıçrama izlərindən və axan boyalardan meydana gələn bir çox nöqtəylə örtüldü.
Şəklin bərpasına həmin gün başlandı. Kimyagərlərlə məsləhətləşən təmirçilər əvvəl tablonun səthini suyla yuyaraq təmizlədilər. Tablo dik vəziyyətdə tutularaq üzərinə su püskürdüldü və beləcə zərərin daha da dərinləşməsinin qarşısı alındı. Tablonun bütün bərpa işləri 1985–1997-ci illərin arasında tamamlandı.
Danaya Rusiyada
[redaktə | mənbəni redaktə et]Hərracdan sonra Rembrandt uzun müddət saxladığı rəsm əsərinin sahibliyini itirir. Ancaq XVIII əsrdə "Danaya" tanınmış fransız kolleksiyaçı Pyer Kroza tərəfindən aşkara çıxarılır. Krozanın ölümündən sonra(1740) onun kolleksiyasının çoxu üç yaxın qohumuna qalır(Lui Fransua, Jozef Antuan və Lui Antuan). İmperatriça II Yekaterina Ermitaj üçün kolleksiya yığmağa başlayanda, öz yaxın tanışı Deni Didrodan ona materialla kömək etməsini istədi. Didro onun diqqətini Krozanın kolleksiyasının hissələrinə çevirdi. II Yekaterina 1772-ci ildə Rembrandtın "Danaya" əsərinə sahib oldu
Vandalizm
[redaktə | mənbəni redaktə et]1985-ci il 15 iyun şənbə günü Ermitaja Rembrandt zalına ekskursiyaçılarla birlikdə bir nəfər daxil oldu və muzeyin işçilərindən soruşdu ki, burada ən qiymətli rəsm əsəri hansıdır? Muzeyin işçiləri isə "Danaya"nı göstərdilər. Əsərə yaxınlaşaraq cibindəki süşənin içərisindəki məhlulu yağlı boya ilə çəkilmiş əsərin mərkəzinə tökdü. Boya yavaş-yavaş axmağa başladı və rənglər bir-birinə qarışdı. Bədəməl bununla qalmayaraq bıçaq ilə şəklin ortasında deşik açdı. Ən pisi isə ekspertlər kişini özünə hakim ola bilməyən kimi qəbul etdilər. 48 yaşlı Litva vətəndaşı Bronyus Maykis bu hərəkətini siyasi motivlə əlaqədar olduğunu izah etdi. Leninqrad hakiminin 1985-ci il 26 avqust tarixli qərarına əsasən ruhi xəstə kimi qəbul edildi(Diaqnoz—şizofreniya). Leninqrad psixiatriya müalicə mərkəzində 6 il qaldıqdan sonra Litvaya göndərildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]А. Вержбицкий. Творчество Рембрандта — Обзор заслуженного работника культуры России Анатолия Вержбицкого включает подробный анализ картины "Даная". А. Соснов. Ужель та самая Даная / Журнал "Огонёк" N5 1997 год. — История реставрации, включая фотографию изуродованного полотна. В. Пикуль. Под золотым дождём. Исторический рассказ известного автора.