Dardoqqaz

Dardoqqaz
41°36′29″ şm. e. 46°33′14″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dardoqqaz xəritədə
Dardoqqaz
Dardoqqaz

Dardoqqaz (keçmiş Ulam) — Azərbaycan Respublikasının Zaqatala rayonunun Göyəm inzibati ərazi vahidində kənd.

Dardoqqaz kəndi düzənlikdədir. Keçmış adı Ulam (qəd. türk. "kecid" mənasındadır) olmuşdur. Yaşayış məntəqəsi XVIII əsrdə Dağıstandan gəlmiş avar ailələrinin Dardoqqaz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim dar (keçilməsi çətin olan) və doqqaz (qapı, kecid) sözlərindən düzəlib, "dar kecid" deməkdir.[1]

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

  1. Dardoqqaz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.