Daykovyet
Daykovyet |
---|
Daykovyet (vyet. Ðại Cồ Việt) — Vyetnam ərazisində 969–1069-cu illərdə mövcud olmuş dövlət.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Dağınıqlıq dövründən ("12 şıkuan" mərhələsi, 945–968) sonra ölkəni birləşdirmiş və özünü vua (imperator) elan etmiş Din Bo Lin tərəfindən adlandırılmışdır. Daykovyetin yaradılması ilə vyetlər minillik fasilədən sonra yenidən imperiya iddialarını irəli sürmüşdülər. Daykovyetin paytaxtı 1010-cu ilədək Ninbin dağlıq əyalətində yerləşən Hoalı şəhərindən sonra isə Thanlonq şəhəri (indiki Hanoy) olmuşdur. 11-ci əsrin birinci yarısında Daykovyetin mərkəzləşdirilməsi başa çatmışdı. Dövlətin əsas inzibati və vergi ödəyən vahidi icma idi. Məmurların işə qəbulu Çindən mənimsənilmiş dövlət imtahanı sistemi vasitəsilə həyata keçirilirdi. İqtidarda olan təbəqənin hakimiyyəti ideoloji baxımdan 11-ci əsrdə formalaşmış ümumvyet sinkretik dini sisteminə əsaslanırdı. 1069-cu ildə Li sülaləsinin üçüncü imperatoru Li Than Tonq ölkəni Dayvyet adlandırdı.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 394. ISBN 978-9952-441-11-6.