Dolaşa

Başının və boynunun üstü boz, qalan lələkləri qısadır, bel və çiyni göy metal rənginə çalır. Ölçüsü 33 sm, kütləsi 220-270 q-dır. Səsi cingiltili, «kaa-kaa» kimi təkrarlanan eyni səsdən ibarətdir.

Dünyada Avropada, Asiyada və Şimali-Qərbi Afrikada yayılıb. Azərbaycanda aran və dağətəyi rayonların müxtəlif landşaftlarında, o sıradan Talışın dağüstü çöllərində yaşayır. Meşəsiz olan yerdən uzaq olurlar.

Dolaşa
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dolaşa
Beynəlxalq elmi adı

Çox vaxt zağcaboz qarğalarla birləşib, sürü əmələ gətirirlər. Gündüz quşudur. Qışda alaqaran-lıq havada bozqırlarla və əkin sahələrinə uçub bütün gün ərzində qidalanır, axşam hava qaralandan sonra gecələmə yerinə (meşəyə, bağa, qamışlığa) qayıdırlar. Belə qarışıq sürü çox səs-küylü olur.

Qış vaxtı bir yerdə olmurlar. Yem ilə əlaqədar qısa köçmələr edirlər. Cücülərlə, qurdlarla, dəniz sahillərində molyusklarla və digər onurğasızlarla, tarlalarda və çöllərdə toxumlarla, tərəvəzlərlə, yaşayış məskənlərində isə tullantılarla qidalanırlar.

  1. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  2. World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4