Dvin
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qədim şəhər | |
Dvin | |
---|---|
erm. Դուին | |
| |
40°00′16″ şm. e. 44°34′42″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Vilayət | Ararat mərzi |
Salınma tarixi | IV əsr |
Banisi | III Xosrov |
Digər adı | azərb. Dəbil yun. Δούβιος |
Dağılma tarixi | 1236 |
Müasir yeri | Dvin |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Dvin və ya Dəbil (azərb. Dəbil, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir.[1] 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı. Daha sonra Dvin sırayla Salarilər və Naxçıvan şahlıq mülklərinə daxil olmuşdur. 1021-ci ildə Əbüləsvar Şavurun əlinə keçmişdi. Bundan sonrakı tarixlərdə Səlcuqlar və Gürcüstanın əlinə keçəndən sonra 1236-cı ildə Monqollar tərəfindən darmadağın edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Chaumont, M. L. (1986). "ARMENIA AND IRAN ii. The pre-Islamic period". Encyclopaedia Iranica, Vol. II, Fasc. 4. pp. 418–438.