Elmi-texniki tərəqqi

Baykonur kosmodromunda müasir raket

Elmi-texniki tərəqqi – 1)elmin nailiyyətlərindən istifadə etməklə istehsalın texniki səviyyəsinin yüksəldilməsi; 2)istehsal proseslərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, insanların tələbatlarının daha yaxşı ödənilməsi məqsədilə təsərrüfatda, istehsalda elm və texnikanın, texnologiyanın ən yeni nailiyyətlərinin tətbiqi.

Elmi-texniki informasiya – elmi, elmi-texniki, istehsalat və sosial-ictimai fəaliyyət nəticəsində yaradılan sənədlərə və faktlara dair informasiyalar. “İnformasiya texnologiyası” termininin mənası 1970-ci illərin sonuna yaxın –informasiyanın emalı üçün müasir elektron texnikasından istifadə olunduğu zamandan müəyyən oldu. İnformasiya texnologiyası bütün hesablama və rabitə texnikasını, qismən məişət elektronikasını, televiziya və radio verilişlərini əhatə edir. O, sənayedə, idarəetmədə, ticarətdə, təhsildə, tibbdə və hərbi sahədə öz tətbiqlərini tapır.İnformasiya texnologiyası nəzəri olaraq tətbiqi elmdir, praktiki olaraq verilənlərin konkret texniki emal sistemlərinin təşkili və layihələndirilməsi üzrə mühəndis fəaliyyətidir. Nəzəri olaraq İT - nin mənbələri aşağıdakılardır:

  • Sistem texnikası;
  • hesablama sistemləri nəzəriyyəsi;
  • proqramlaşdırma texnologiyaları;
  • verilənlər bazası nəzəriyyəsi;
  • erqonomika;
  • dizayn və informasiya – texnoloji profilli digər elmlər.

İnformasiya texnologiyasında tədqiqat obyekti mexaniki və proqram vasitələri deyil, insan fəaliyyətidir, yəni onun insan – kompüter – sosial mühit sistemində təsirləridir. Söhbət insanmaşın sistemləri modellərinin təşkilindən və çevrilməsindən gedir. Bu modellərdə təşkil, istifadə və təkmilləşmə üzrə fəaliyyət birləşir və ayrılmaz surətdə qarşılıqlı əlaqədədir.[1]

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
  1. "Arxivlənmiş surət". 2019-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-27.