Elxan Nuriyev (coğrafiyaçı)

Elxan Nuriyev
Elxan Nuriyev Balahəsən oğlu
Doğum tarixi (77 yaş)
Doğum yeri Göylər, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Balahəsən Nuriyev
Elmi dərəcəsi professor
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Fəxri fərman"

Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor.

1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir.

Elni fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir.
  • 1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur.
  • 2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur.
  • 2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır.

[1]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir. “Azərbaycan toponimləri” (1999-cu il) ensklopedik lüğətin əsas müəlliflərindən biridir. Elmi əsərlərə toponimikaya, dünyanın iqtisadi və siyasi coğrafiyasına, turizmə həsr edilmişdir. E.B.Nuriyev bir çox elmi simpoziumlarda, konfranslarda, Coğrafiya Cəmiyyətlərinin qurultaylarında çıxışlar etmişdir. Dəfələrlə BDU-nin, Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmaları ilə təltif edilmişdir.

  • 2015, Гидронимы Северо-Восточно го Азербайджана
  • 2015, Kadrların hazırlanmasında topo nimik materiallardan istifadənin əhəmiyyəti
  • 2015, Rekreasiya sisteminin ərazi təşkili
  • 2008,Turizm səyahətlərində toponimik materiallardan istifadə
  • 2008, Azərbaycanda maldarlıq təsərrüfatını əks etdirən bəzi toponimlər
  • 2007, Rekreasiya ehtiyatları və onların qiymətləndirilməsi
  • 2007, Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri
  • 2007, Azərbaycanda kənd turizminin inkişaf perspektivləri
  • 2007, Azərbaycanın coğrafi adları adlları qədim mənbələrdə
  • 2007, Oykonimlərin yaranmasında əhali miqrasiyasının rolu
  • 2005, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında turizm imkanları
  • 2005, Miqrasion paralel toponimlər
  • 2005, Beynəlxalq turizmin dünya iqtisadiyyatında yeri[2]
  • 2000, Azərbaycan Xalq coğrafi terminlər
  • 1988, Azərbaycan SSR-in Şəki-Zaqatala zonasının toponimiyası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Elxan Nuriyev

  1. B.Budaqov. Azərbaycan coğrafiyaçı alimləri "Elm" məşriyyatı
  2. "Elxan Nuriyev". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.