Faiq Sücəddinov
Faiq Sücəddinov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Mirfaiq Miri oğlu Sücəddinov |
Doğum tarixi | 14 iyun 1947 (77 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi aləti | piano |
Təhsili |
|
Mükafatları | |
Mirfaiq Miri oğlu Sücəddinov (14 iyun 1947, Kirovabad) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2007), Prezident təqaüdçüsü (2015-ci ildən).
Həyatı
[redaktə | mənbəni redaktə et]Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub.
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur.
1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır.
1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.
1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur.
1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirir.
2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb — fəaliyyət göstərib.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır.
Faiq Sücəddinov İkinci Qarabağ müharibəsi və Zəfər Günü mövzusunda "Zəfər" simfonik poeması, "Şuşa" oratoriyası[1] və "Qarabağnamə" simfonik balladasının (2024) müəllifidir.[2]
Mükafatları
[redaktə | mənbəni redaktə et]2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.
14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[3] 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[4]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Bir anın həqiqəti (film, 2003)
- Bahar oğlu (film, 2004)
- Balqabaq (film, 2007)
- Qovğalı kəndinin gecələri (film, 2008)
- Dalan (film, 2012)
- Ömür payı. Səməndər Rzayev (film, 2015)
- Portret... Bəstəkar Faiq Sücəddinov (film, 2017)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əli Nəcəfxanlı. "Faiq Sücəddinovun "Zəfər"i" (az.). "Xalq" qəzeti. 01.06.2023. İstifadə tarixi: 2024-10-17.
- ↑ AzərTAc. "Zəfər Günümüzü salamlayacaq "Qarabağnamə" simfonik balladası" (az.). AzərTAc. 16.10.2024. İstifadə tarixi: 2024-10-17.
- ↑ "M.Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-18.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
Mənbə
[redaktə | mənbəni redaktə et]- http://news.day.az/radioarchive/235605.html
- Sücəddinov, F. "Avropaya nəyə qadir olduğumuzu bir daha göstərdik": Faiq Sücəddinov: "Dünya Azərbaycanda 2015-ci ildə belə möhtəşəm Oyunlar olduğunu yaddan çıxarmayacaq": [bəstəkarla müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2015.- 1 iyul.- S.12.