Fallout Shelter

Fallout Shelter
Loqonun şəkli
"Fallout Shelter" videooyununun rəsmi afişası
"Fallout Shelter" videooyununun rəsmi afişası
Hazırlayan Bethesda Game Studios
Behaviour Interactive
Yayımlayan Bethesda Softworks
Seriya Fallout
Anons tarixi 14 iyun 2015
Buraxılış tarixi iOS
Ümumdünya 14 iyun 2015
Android
Ümumdünya 13 avqust 2015
Microsoft Windows
Ümumdünya 14 iyul 2016
Xbox One
Ümumdünya 7 fevral 2017
PlayStation 4, Nintendo Switch
Ümumdünya 10 iyun 2018
Janrlar Free-to-play
simulyasiya
Yaş reytinqləri ESRB: TTeen
Rejissorlar Todd Hovard
Dizaynerlər Emmanuel Hardi-Senekal
Tomas Henrikez
Cenik Nevü
Ssenaristlər Emil Paqliarulo
Rəssamlar İştvan Peli
İlya Nəzərov
Ceymi Villa
Texniki məlumat
Platformalar iOS
Android
Microsoft Windows
Xbox One
Mühərriklər Unity
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili, rus dili, ispan dili, alman dili, italyan dili, fransız dili
Daşıyıcılar Rəqəmsal dağılım (App Store, Play Store, Steam, Xbox Live)
Sistem tələbləri

iOS:
iPhone 5, iPad 3, iPad mini 2 və ya daha yaxşısı


Android:
Android 4.1 və ya daha yenisi


PC:
261,7 MB boş disk sahəsi


Xbox One:
1.41 GB boş disk sahəsi


PlayStation 4:
1.4 GB boş disk sahəsi


Nintendo Switch:
1.4 GB boş disk sahəsi
İdarəetmə Klaviaturasiçan
geympad
sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir.

Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.

Burada, çöllük vətəndaşları sığınacağa girmək üçün cərgədə dururlar.
Burada, sakin arsenalda iş görür. Həmin sakinin statistikası şəkilin sol hissəsində verilib.
Oyun formikarium (qarışqa bağı) perspektivi üzrə qurulmuşdur. Sığınacaq barədə olan məlumatlar ekranın yuxarı hissəsində göstərilir. Soldan sağa — sığınacaq səviyyəsi, xoştbəxtlik dərəcəsi, elektrik sayğacı, qida sayğacı, su sayğacı, butulka qapaqları, bildirişlər.

"Fallout Shelter" bir simulyasiya oyunudur və burada oyunçular bir Nəzarətçi (ing. Overseer) – sığınacağın rəhbəri və kordinatoru olaraq öz sığınacaqlarını tikir və təşkil edirlər. Oyunçular vətəndaşları çöllükdən qurtarırlar və onları öz sığınacaqlarına yönəldirlər, əsas ehtiyaclarla — elektrik, qidasu ilə təmin edirlər.[1][2] Oyunda irəliləmək üçün oyunçu öz sığınacaqlarının həcmini yeni otaqlar əlavə edərək və ya otaqları inkişaf etdirərək artırmalıdır.

Sığınacaq otaqları

[redaktə | mənbəni redaktə et]

"Fallout Shelter"da sakinlərin sayının çoxaldılması ilə açılan tam 23 tikiləbilən otaq var. Bu otaqlar iki kateqoriyaya — istehsal və məşq kateqoriyalarına bölünürlər.[3] Oyunda 25 mərtəbə var və bu mərtəbələrin hər birində maksimal olaraq 8 otaq tikmək olur. Hər bir otağa məhdud sayda sakin təyin etmək olar və hər bir istehsal otağının idarə edilməsi üçün ən azı bir sakinə etiyacı var.[4] Hər otaq birinci mərhələdən başlayır və üçüncü mərhələyə qədər inkişaf edilə bilər.[5] Hər bir otaq maksimal effektivlikdə işləmək üçün müəyyən bir "S.P.E.C.I.A.L." (azərb. G.Q.D.X.A.C.U. — "Güc, Qavrama, Dözümlülük, Xarizma, Ağıl, Cəldlik və Uğur"‎ sözləri üçün bir abreviatur) bacarığını tələb edir. Otaqları eyni otaqları yan-yana yerləşdirərək birləşdirmək olar.[6] Birləşdirilmiş otaqlar daha böyük olurlar, ehtiyat yaratmaq üçün daha çox vaxt sərf edirlər və inkişaf etdirmək dəyəri daha çoxdur, ancaq effektivlik dərəcəsi daha yüksəkdir.[5]

Sığınacaq sakinləri oyunun mühüm bir hissəsidirlər və istehsal otaqlarının idarə edilməsi, reproduksiya, sığınacağın düşmən hücumlarından qorunması və çöllüyün araşdırılmasında fəaliyyət göstərirlər. Hər bir sakinin öz "S.P.E.C.I.A.L." profili onların fərqli-fərqli ehtiyat əmələ gətirməyinə təsir edir.[7] Bundan əlavə olaraq oyunçular həmin personajların "S.P.E.C.I.A.L." statistikasını təlim otaqlarında inkişaf etdirə bilərlər. Sakinlər vaxtilə yeni səviyyə qazanırlar, bu isə həmin sakinlərin sağlamlığını artırır və onlar daha keyfiyyətli silahları və əşyaları daşıya bilərlər.[1] Sakinlərin sayı çöllükdən gələcək vətəndaşları gözləməklə artırıla bilər. Sakinlərin sayının artırılmasının başqa bir yolu kişi və qadın sakinləri cütləşdirməkdir.[2][3]

Nahar qutuları

[redaktə | mənbəni redaktə et]

Oyunçular müəyyən tapşırıqları bitirərək və ya mikroödənişlərdən istifadə edərək nahar qutuları (ing. lunchboxes) ilə mükafatlandırıla bilərlər.[8] Hər bir nahar qutusunda beş kart olur, bu kartlarda isə sakinlər, silahlar, geyimlər, ehtiyatlar, butulka qapaqları, zibil məmulatlar, Kvant Nüvə-Kolalar, ev heyvanları və ya "Cənab Köməkçi"lər (ing. Mister Handy) olur.[9] Oyunçular nahar qutularından "adi" (ing. common), "nadir" (ing. rare) və "əfsanəvi" (ing. legendary) sakinlər əldə edə bilərlər.[10]

İstehsal və buraxılış

[redaktə | mənbəni redaktə et]

Todd Hovard 2009-cu ildə "Engadget" ilə keçirdiyi bir müsahibədə iOS üçün çıxarılacaq mümkün bir "Fallout" oyunu haqda danışan zaman Hovard "Fallout" oyunlarının "hər hansı bir platformaya tərcümə edilə biləcək qədər xüsusi" olduğunu deyərək bir neçə mobil Fallout oyun dizaynlarının hazırlanmış olduğunu və bunların ləğv edildiklərini bildirmişdir.[11]

5 noyabr 2009-cu il tarixində vaxtilə "id Software"də işləmiş Con Karmak rəsmi olmasa da, iPhone üçün olan bir "Fallout" oyunu barədə konseptlər olduğunu demişdir. Karmak digər layihələr üzərində işləməyinə baxmayaraq, oyunun hazırlanmasında özünün də iştirak edəcəyinə inandığını demişdir. O, daha sonra "ən azından mən onları kodlarla təmin edəcəyəm" demişdir.[12]

"Fallout Shelter" "Bethesda Softworks" tərəfindən 14 iyun 2015-ci il tarixində "Electronic Entertainment Expo" press konfransında açıqlamışdır.[1] Oyun "Behaviour Interactive" şirkətinin əlavə dəstəyi ilə[13] və "Unity" oyun mühərrikindən istifadə edərək hazırlanmışdı.[14] Oyun 13 avqust 2015-ci il tarixində Android qurğuları üçün buraxılmışdır.[15]

"Bethesda"nın vitse-prezidenti Pit Haynsın dediyinə görə, oyun "Little Computer People", "Progress Quest", "XCOM", "SimCity" və "FTL: Faster Than Light" kimi digər videooyunlarından ilhamlanmışdır.[16][17]

30 iyun 2015-ci il tarixində oyuna ilk dəfə olaraq "Fallout 4"-dən bir personaj əlavə edilmişdir.[18] Preston Qarvi — "Kommonuelt Xalq Milis Əsgərləri"nin (ing. Commonwealth Minutemen, translit. Kommonuelt Minutmen) rəhbəri və onun şəxsi silahı olan və digər sakinlər tərəfindən istifadə edilə bilən lazer muşketi oyuna nahar qutularından çıxan bir hədiyyə olaraq əlavə edilmişdir.[19] 10 iyul 2015-ci il tarixində oyuna bir neçə texniki problemi aradan qaldıran və oyuna yeni "Şəkil modu" əlavə edən ilk rəsmi yeniləmə gəlmişdir.[20] 13 avqust 2015-ci il tarixində oyunun iOS versiyasına mühüm bir yeniləmə gəlmişdir. Bu yeniləmədə oyuna yeni düşmənlər, yəni köstəbək siçovulları və ölüm pəncələrini (ing. deathclaw) əlavə etmişdir.[21] Bu yeniləmə oyuna reyderlərin sadəcə ehtiyat yox, bultulka qapağı da oğurladığı yeni bir xüsusiyyət və yalnız nahar qutularından çıxan "Cənab Köməkçi" (ing. Mister Handy) əlavə edilmişdir.[22]

15 oktyabr 2015-ci ildə oyunun iOS versiyasına bulud yaddaşı sistemi, sağ qalmaq modu, rus dili dəstəyi və Fallout 4 personajı olan və yalnız nahar qutularından çıxan Payper Uraytı[23] əlavə edən 1.2 nömrəli yeniləmə gəlmişdir.[24] Yeniləmə oyuna statistika səhifəsini, öyrədici proqramı keçə bilmək və sığınacaq sakinlərinin ölü reyderlərin təchizatını götürə bildikləri yeni bir geympley xüsusiyyəti əlavə edilmişdir.[25] Oktyabr ayının sonlarında oyuna hellouin mövzulu bir yeniləmə gəlmişdir. Bu yeniləmə oyuna hellouin bayramıyla bağlı əşyalar və dekorasiyalar əlavə edir, çöllüyə səyahətə göndərilə bilən sakinlərin say limitini artırır.[26]

22 noyabr 2015-ci il tarixində oyuna Şükran günü mövzulu bir yeniləmə gəlmişdir.[27] Yeniləmə oyuna yeni geyimlər və dekorasyalar əlavə etmişdir.[28] 10 dekabr 2015-ci il tarixində oyuna Doqmit kimi ev heyvanları, sığınacaq sakinlərini qovmaq, inventardakı bütün əşyaları aradan qaldırmaq üçün "hamısını sil" funksiyası və sığınacaq sakinləri üçün yeni söhbətlər əlavə edən 1.3 nömrəli yeniləmə gəlmişdir.[29] Bu yeniləmə oyuna qarMilad bayramı mövzulu dekorasiyalar əlavə etmişdir.[30]

2016-cı ilin mart ayında oyuna yeni kraftinq sistemi, otaqlar, yeni ev heyvanları və bərbərxana əlavə edən 1.4 nömrəli yeniləmə buraxılmışdır.[31] 2016-cı ilin aprel ayında oyuna sığınacaq sakinlərini özəlləşdirmək üçün yeni seçimlər, istənilməyən əşyaları məhv etmək funksiyasını və 3D Touch dəstəyi əlavə edən 1.5 nömrəli yeniləmə buraxılmışdır.[32] 14 iyul 2016-cı il tarixində oyuna tapşırıq sistemi, iki yeni düşmən (xortdanlar və radskorpionlar) və mağazaya iki yeni əşya əlavə edən 1.6 nömrəli yeniləmə buraxılmışdır. Əlavə olaraq, bu yeniləmədə döyüş sisteminə kiçik dəyişikliklər edilmişdir.[33]

Oyunun PC versiyasının və 1.6 nömrəli yeniləməsinin iyul ayında çıxarılacağı Bethesda tərəfindən 12 iyun 2016-cı ildə "Electronic Entertainment Expo 2016"-dan əvvəl keçirilən press konfransında açıqlanmışdır.[34] Oyunun PC versiyası və 1.6 nömrəli yeniləməsi 14 iyul 2016-cı il tarixində Bethesda.net platformasında çıxarılmışdır. 7 fevral 2017-ci il tarixində "Fallout Shelter"in Xbox One versiyası çıxarılmışdır. 28 mart 2017-ci il tarixində oyunun PC versiyası "Steam" satış platformasından çıxarılmışdır.[35]

"Bethesda Softworks" şirkətinin 10 iyun 2018-ci il tarixində, E3 2018 tədbirində keçirdiyi nümayişdə oyunun PlayStation 4Nintendo Switch platformaları üçün elə həmin gün buraxılacağı açıqlanmışdır.[36] "Fallout Shelter" 2020-ci ilin may ayında "Tesla" avtomobillərinə əlavə edilmişdir. Sürücülər avtomobil park edildiyi zaman orada oyunu oynamaq imkanına malikdirlər.[37] Həmin ilin axırlarında "Fallout Shelter" üçün çoxnəfərli stolüstü oyun adaptasiyası buraxılmışdır.[38]

Məhkəmə işi

[redaktə | mənbəni redaktə et]

21 iyun 2018-ci ildə "Bethesda Softworks" şirkəti "Behaviour Interactive" studiyasını və "Warner Bros." şirkətini müəllif hüquqları və müqavilə pozuntusu iddialarına görə məhkəməyə vermişdir.[39] "Bethesda" bu şirkətlərin "Fallout Shelter" oyununun buraxılış-əvvəli kodundan əsaslanaraq "Qərb dünyası"-mövzulu bir videooyunu buraxdıqlarını iddia etmişdir. Bu müəllif hüquqlarının pozuntusuna oyunun geympleyi, animasiyaları və interfeys dizaynı kimi amillərinin "Fallout Shelter"dəki ekvivalentlərinə çox bənzəməsi daxildir.[40]

15 yanvar 2019-cu ildə "Westworld" applikasiyası Google PlayApp Store onlayn satış platformalarından çıxarılmışdır. Oyun daxilində verilən açıqlamada oyunçuların oyunu ləğv edilənə qədər, yəni 16 aprel 2019-cu ilə qədər oynaya biləcəkləri bildirilmişdir.[41]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rəy toplayıcısı "Metacritic"ə əsasən "Fallout Shelter" bütün platformalarda "qarışıq" rəylər almışdır.

Rəyçilər ümumiyyətlə oyunun geympleyini tərifləmiş, ancaq dərinlik azlığını tənqid etmişdilər. "Pocket Gamer" heyətinin üzvü Herri Sleyter "bu, ən həyəcanverici post-apoloptika oyunu deyil, ancaq gündəlik oyunları sevirsinizsə, burada xoşlaya biləcəyiniz çox şey var"[42] demişdir. "Destructoid" heyətinin üzvü Kris Karter "Mən bunu hər gün oynamaq istəmirəm, fəqət sözsüz ki, oyun üzərində xərclədiyim bütün vaxta dəyər"[43] yazmışdır. "IGN" heyətinin üzvü Castin Deyvis oyun haqda ""Fallout Shelter"in ümidsizcə oyunsonu hədəflərə və ya maneələrə ehtiyacı var"[44] demişdir.

Oyunun vizualları da təriflənmişdir. "Game Informer" heyətinin üzvü Daniel Tek oyunun vizuallarını "tanınmış Volt-Boy estetikasında səliqəli"[45] olaraq cəmləmişdir. Kris Karter "vizual baxımından, Fallout Shelter bazardakı digər resurs-menecment oyunlarından daha çox təsirlidir"[43] demişdir. "Gamezebo" heyətinin üzvü Ceyson Faulkner oyun qrafikalarının "mənalı" olduğunu və "kiçik şirin sığınacaq sakinlərinin aydın, "Fallout"a sadiq bir stildə təqdim edilməsi bir yana, sığınacağın özü olduqca heyrətləndiricidir"[46] demişdir.

Rəyçilərin mikroödənişlər haqda olan fikri müxtəlif idi. "Game Revolution" heyətinin üzvü Ceb Hayt "post-apoliptika miksinə mikroödəniş üstünlüyünü əlavə edəndə, nəticə ağzıma turş bir dad verir"[47] demişdir. Daniel Tek claimed that "bu free-to-play oyunundakı pul mağazası seçimi tamamilə qeyri-obtrusiv və lüzumsuzdur"[45] demişdir. Fərqli olaraq, Castin Deyvis oyundakı mikroödənişlar barədə "faktiki olaraq, bütün digər geympley elementləri köhnəsayaq mobil yoluyla – sadəcə gözləməklə qazanılır"[44] demişdir.

"Fallout Shelter" buraxılışının ilk günündə ABŞBirləşmiş Krallıqdakı ən məşhur pulsuz iOS applikasiyası,[48] 26 iyun 2015-ci il tarixində isə ən məşhur iOS oyunu olmuşdur.[49] 12 iyun 2016-cı ildə "Fallout Shelter"in 50 milyondan çox oyunçusu var idi.[50] "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseri Todd Hovard 2017-ci ilin fevral ayından etibarən oyunun təxminən 75 milyondan çox oyunçusu olduğunu demişdir. "Fallout Shelter"in müvəffəqiyyətinə görə, "Bethesda Game Studios" ikinci bir mobil oyun üzərində işləyir.[51]

"Fallout Shelter" buraxılışının ilk günündə iOS-un App Store virtual mağazasındakı ən çox yüklənilən üçüncü oyun olmuşdur.[48] Oyun 16 iyul 2015-ci il tarixində, yəni buraxılışının ilk ikinci həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.[52]

Mükafatlar və nominasiyaların siyahısı
Mükafat Kateqoriya Nəticə İstinad
LXIV Qızıl Coystik Mükafatları Ən yaxşı mobil oyun Qazandı [53]
Oyun Mükafatları (2015) Ən yaxşı mobil oyun Namizəd [54]
XIX İllik D.I.C.E. Mükafatları İlin mobil oyunu Qazandı [55]
  1. 1 2 3 Hilliard, Kayl. "Fallout Shelter-Management Mobile Game Out Now On iOS". Game Informer. GameStop. 14 iyun 2015. 2015-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018.
  2. 1 2 Yin-Pol, Uezli. "Surprise! Fallout Shelter iOS game out now". Eurogamer. Gamer Network Ltd. 15 iyun 2015. 2015-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018.
  3. 1 2 Dotson, Karter. "'Fallout: Shelter' Hands-on impressions: Tiny Vault". Touch Arcade. 15 iyun 2015. 2018-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018.
  4. Köniq, Andrea. "Fallout Shelter: Room & Building Guide" (ingilis). GameSkinny. 2017-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  5. 1 2 "IGN" heyəti. "Rooms" (ingilis). IGN. 18 yun 2015. 1 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  6. Messi, Reymond. "Game Discussion: Fallout Shelter Forum" (ingilis). trueachievements.com. 8 fevral 2017. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  7. Koziara, Endru. "'Fallout Shelter' Guide – Strategies, Tips and Tricks for the Industrious Post-Apocalypse Vault Overseer". Touch Arcade. 18 iyun 2015. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2018. Vice Versa, people in training rooms only increase stats, and don't level up.
  8. Karmali, Lyuk. "E3 2015: Fallout mobile game Fallout Shelter available now". IGN. j2 Global. 14 iyun 2015. 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2018.
  9. Duell, Ron. "Fallout Shelter lets you create your own fallout vault, available tonight". TechnoBuffalo. 14 iyun 2015. 2015-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2018.
  10. "IGN" heyəti. "Legendary Dwellers" (ingilis). IGN. 25 iyun 2015. 5 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  11. Mek Elroy, Castin. "Bethesda has designed iPhone versions of Fallout 3". Engadget. AOL. 5 iyun 2009. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  12. Kresent, Brayn. "Carmack on iPhone Fallout, Quake Live and Elves and Orcs". Kotaku. Gawker Media. 5 noyabr 2009. 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  13. Takahaşi, Din. "The DeanBeat: Fallout Shelter is a rare free-to-play mobile gaming hit". GamesBeat. VentureBeat. 17 iyul 2015. 2017-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  14. Deyl, Laura Keyt. "Unity – does indie gaming's biggest engine have an image problem?". The Guardian. Scott Trust Limited. 6 iyul 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  15. "Fallout Shelter now available on Android". GameSpot. CBS Corporation. 13 avqust 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  16. Plunkett, Lyuk. "Fallout Shelter announced, out tonight". Kotaku. Gawker Media. 14 iyun 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2015.
  17. Starr, Mişel. "Surprise! Fallout mobile game arrives for iOS". CNET. CBS Corporation. 14 iyun 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  18. Pereyra, Kris. "First Fallout 4 Character Comes to Fallout Shelter Today". GameSpot. CBS Corporation. 30 iyun 2015. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2018.
  19. O'Brayn, Luci. "Fallout Shelter adds its first Fallout 4 character". IGN. j2 Global. 30 iyun 2015. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2018.
  20. Sirani, Cordan. "First Fallout Shelter Update Adds Photo Mode". IGN. j2 Global. 10 iyul 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2018.
  21. Qrant, Kristofer. "Fallout Shelter is now available for Android, update available for iOS". Polygon. Vox Media. 13 avqust 2018. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2018.
  22. Quruin, Qeyb. "Fallout Shelter gets a huge update, hits Android". Digital Trends. 13 avqust 2015. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2018.
  23. Xuri, Albert. "Fallout Shelter Update 1.2 Includes Piper from Fallout 4 – Digital Trends". Digital Trends. 19 oktyabr 2015. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  24. Lazarid, Tazos. "'Fallout Shelter' Gets Updated to 1.2, Introduces a 'Fallout 4' Character, But Not All is Well". TouchArcade. 15 avqust 2015. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  25. Vilyams, Keyti. "New Fallout Shelter Update Adds Survival Mode, Cloud Saves, and More". IGN. 15 oktyabr 2015. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  26. Harbison, Kemi. "Fallout Shelter 1.2.1 Halloween Update Removes Explorer Cap, Adds Costumes, Decorations And Other Spooky Finds". iDigitalTimes.com. oktyabr 27, 2015. aprel 1, 2018 tarixində orijinalından arxivləşdirilib.
  27. Makuç, Edi. "Fallout Shelter Gets Thanksgiving Update, See the New Content Here". GameSpot. CBS Corporation. 22 noyabr 2015. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  28. Frank, Alleqra. "Fallout Shelter asks dwellers to give thanks in latest holiday update". Polygon. Vox Media. 23 noyabr 2015. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  29. Harbison, Kemmi. "New Fallout Shelter Update: Get Pets, Evict Slackers, Meet New Objectives And More In Bethesda's Latest iOS And Android Game Update". iDigitalTimes. IBT Media. 10 dekabr 2015. 2015-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  30. Porter, Mett. "Fallout Shelter Update Adds New Features". IGN. j2 Global. 10 dekabr, 2015. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.
  31. Bat, Aditya. "'Fallout Shelter' update 1.4: 'Biggest update' released; adds crafting, new rooms, pets". International Business Times. IBT Media. 1 mart 2016. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
  32. Paget, Met. "Fallout Shelter Update Adds New Customization Options, 3D Touch". GameSpot. CBS Corporation. 21 aprel 2016. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
  33. Makuç, Edi. "Fallout Shelter's Huge Update Out Now, Here's What It Adds". GameSpot. CBS Corporation. 14 iyul 2016. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
  34. Sançez, Miranda. "E3 2016: FALLOUT SHELTER COMING TO PC". IGN. j2 Global. 12 iyun 2016. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
  35. Famuluro, Cessika. "Fallout Shelter Now Available On PC". Rock, Paper, Shotgun. 14 iyul 2016. 2016-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2018.
  36. "E3 2018: Fallout Shelter Comes To Nintendo Switch And PS4 Tonight". 10 iyun 2018. İstifadə tarixi: 14 iyun 2018.[ölü keçid]
  37. Lambert, Fred. "Tesla launches Fallout Shelter in-car video game and more with new update". Electrek (ingilis). 2020-05-21. 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2022.
  38. Ashcroft, Barry. "Fallout Shelter The Board Game Available Now". TheGamer. 11 August 2020. 8 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2020.
  39. Makuertor, Maykl. "Bethesda sues Warner Bros, calls its Westworld game 'blatant rip-off' of Fallout Shelter". Polygon. 22 iyun 2018. 24 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2018.
  40. COMPLAINT FOR BREACH OF CONTRACT, INDUCEMENT TO BREACH OF CONTRACT, COPYRIGHT INFRINGEMENT, MISAPPROPRIATION OF TRADE SECRETS, AND UNFAIR COMPETITION (PDF) (ingilis), Rokvil, Merilend: Bethesda Softworks, 2018, 2018-06-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-06-24
  41. Aleksandr, Culiya. "Westworld mobile game is shutting down following lawsuit settlement". www.theverge.com. The Verge. 16 yanvar 2019. 17 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  42. Sitat səhvi: Yanlış <ref> teqi; PG adlı istinad üçün mətn göstərilməyib
  43. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; destruct adlı istinad üçün mətn göstərilməyib
  44. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; IGN adlı istinad üçün mətn göstərilməyib
  45. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; GI2 adlı istinad üçün mətn göstərilməyib
  46. Sitat səhvi: Yanlış <ref> teqi; GZ adlı istinad üçün mətn göstərilməyib
  47. Sitat səhvi: Yanlış <ref> teqi; GameRev adlı istinad üçün mətn göstərilməyib
  48. 1 2 Filds, Sara. "'Fallout Shelter' is Beating 'Candy Crush Saga' in Profits & iOS App Store Rank". Game Rant. Game Rant, LLC. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  49. Vayt, Uilyam. "Fallout Shelter: The New Most Popular Game in App Store". InvestorPlace. InvestorPlace Media, LLC. 26 iyun 2015. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  50. Makuç, Edi. "Fallout Shelter Reaches 50 Million Players". GameSpot. CBS Corporation. 12 iyun 2016. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  51. Devidson, Con. "Bethesda's Todd Howard Hints at 3 New Games". Glixel. 18 fevral 2017. 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  52. Prell, Sem. "Fallout Shelter rakes in $5.1 mil in two weeks – that's a lot of bottlecaps". GamesRadar+. Future US. 16 iyul 2015. 2018-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2018.
  53. Leon Harli. "The Golden Joystick Awards: all the winners this year". GamesRadar. Future plc. 30 oktyabr 2015. 2016-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2018.
  54. "Nominees | The Game Awards 2015". Oyun Mükafatları. Ola Balola. noyabr 12, 2015. 14 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2018.
  55. "The 2016 DICE Award Winners [UPDATED]". GameSpot. CBS Corporation. 19 fevral 2016. 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]