Göktürk-2
Göktürk-2 | |
---|---|
Xüsusiyyətləri | |
Buraxılma tarixi | 18 dekabr 2012[1] |
İstehsalçı | Türk Aerokosmik Sənayesi, Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutu |
Vikianbarda əlaqəli mediafayllar |
Göktürk-2 - TÜBİTAK Kosmos, TAİ əməkdaşlığı çərçivəsində reallaşdırılan kəşfiyyat peyki. 18 dekabr 2012-ci il tarixində Çindəki Jiuquan Kosmosa Buraxılma bazasından kosmosa göndərilmişdi.[2] Peyk 409 kq ağırlığındadır.[3] Peykin tapşırığı icra edən komputeri və proqram təminatı tamamilə Türk məhsuludur. Türk mühəndisləri tərəfindən istehsal edilmişdir.[4] Türkiyə tarixində yüksək keyfiyyətli şəkillərin çəkilməsi üçün istehsal edilən ilk peykdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hazırlanmasına 2007-ci ildə başlanılan peyk, 18 dekabr 2012-ci ildə Çindən Çinin istehsal etdiyi Uzun Yürüyüş-2D daşıyıcı raket vasitəsilə kosmosa göndərilmişdir. Göktürk-2-nin təchizatlarının hazırlanması 80%-i, layihələndirilməsinin isə 100%-i Türk Mühəndislər tərəfindən həyata keçirilmişdir.
Kosmosa buraxılması
[redaktə | mənbəni redaktə et]Türkiyənin Çindən pulla aldığı kosmosa göndəriş xidməti sığorta haqqı da daxil olmaqla 20 milyon yevroya başa gəldi. Göktürk-2 kosmosa buraxıldıqdan 12 dəqiqə sonra saat 18.25-də 686 kilometr yüksəklikdəki orbitinə daxil oldu. TÜBİTAK Kosmik Texnologiyalar üzrə Tədqiqat İnstitutunun müdiri Tamer Beşer kosmosa göndərilən Türkiyənin yüksək keyfiyyətlə ilk kəşfiyyat peykini Göktürk-2-dən ilk siqnalını saat 19:39-da Norveç Tromsodan aldığını bildirdi.
Layihənin dəyəri
[redaktə | mənbəni redaktə et]Göktürk-2 peyki sınaq və test işlərinin başa çatmasından sonra nəzarəti Türk Hava Qüvvələri Komandanlığına təhvil veriləcəkdir və bu layihə 140 milyon liralıq bir büdcəyə sahibdir.[5]
İstifadə məqsədləri
[redaktə | mənbəni redaktə et]TÜBİTAK Kosmik Texnologiyalar üzrə Tədqiqat İnstitutunun müdiri Tamer Beşer tərəfindən verilən məlumatlara görə "Göktürk-2, Türkiyə və ətrafından çəkdiyi şəkilləri dərhal Türkiyəyə ötürə biləcəkdir. Yerdən 700 kilometr yüksəklikdə günəşə bərabər zamanlı orbitə daxil olacaq peyk dünyanın istənilən nöqtəsindən də təsvir əldə edə biləcəkdir. Peyklə əlaqə Türkiyənin yerləşdiyi ərazidən peykin keçdiyi səhər və axşam saatlarında qurulacaqdır. Peyk 93 dəqiqədə bir dünyanın ətrafında fırlanacaqdır. Hər dəfəsində də şimal və cənub qütbündən bir dəfə keçəcək."[4]
GÖKTÜRK-2 layihəsi kosmos və peyk sistemlərinə bağlı texnologiya, mütəxəssis insan gücü və alt qurum formalaşdırılması, dövlət qurumlarının və təşkilatlarının milli imkanları və qabiliyyətləri ilə müşahidə və tədqiqat ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
İsrailin etirazları
[redaktə | mənbəni redaktə et]İsrailin yüksək keyfiyyətli şəkillərinin yanlış əllərə düşə biləcəyi narahatlığı ilə İsrail Göktürk peyklərinin kosmosa buraxılmasına dəfələrlə etiraz etdi. Həmin dövr Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan Türkiyənin söz sahibi bir dövlət olduğunu bildirərək İsrailin etirazlarını rədd etdi və Türkiyənin bu formada yüksək keyfiyyətli kəşfiyyat peyklərini planlaşdırmaq, təkmilləşdirmək, istehsal etmək və kosmosa buraxmaqla bağlı qərarlarına qarşı İsrailin fəaliyyətinə imkan verilməyəcəyini bildirdi.[6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ McDowell J. Jonathan's Space Report. 1989.
- ↑ ""Göktürk-2 fırlatıldı". CNN Türk. 18 Aralık 2012. 27 Dekabr 2013-cü il tarixində arxivləşdirildi". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-27.
- ↑ ""GÖKTÜRK-2". TUSAŞ. 26 Dekabr 2013 tarixində arxivləşdirildi". 2013-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-26.
- ↑ 1 2 ""Göktürk-2 İçin Geri Sayım". TRT. 27 Dekabr 2013-cü il tarixində arxivləşdirildi". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-27.
- ↑ ""Uzayda da iddialıyız". Sabah. 19 Dekabr 2012. 1 fevral 2013-cü il tarixində arxivləşdirildi". 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-01.
- ↑ "Stephen Chen (13 December 2012). "Controversial Turkish satellite launch caps year for China's space programme". South China Morning Post. 16 Dekabr 2013-cü il tarixində arxivləşdirildi". 16 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2013.