Gi de Mopassan
Gi de Mopassan | |
---|---|
fr. Guy de Maupassant | |
Doğum adı | Henry-René-Albert-Guy de Maupassant |
Təxəllüsü | Joseph Prunier[2], Guy de Valmont[2], Maufrigneuse[2] |
Doğum tarixi | 5 avqust 1850[1] |
Vəfat tarixi | 6 iyul 1893[1] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | hekayə yazıçısı[d], dramaturq, jurnalist, romançı, yazıçı, şair |
Fəaliyyət illəri | 1880-ci ildən |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | ədəbi realizm |
maupassantiana.fr/index.… | |
Gi de Mopassan Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Anri Rene Alber Gi de Mopassan (fr. Henri René Albert Guy de Maupassant; 5 avqust 1850[1] – 6 iyul 1893[1], Pasi[d], Paris, Üçüncü Fransa Respublikası) — Fransa yazıçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Anri Rene Alber Gi de Mopassan 5 avqust 1850-ci ildə Fransanın Dənizkənarı Sena departamenti, Turvilyasur-Ark yaxınlığındakı Miromenil qəsrində anadan olmuşdur. Atası yoxsullamış zadəgan, anası mədəni burjua ailəsindən idi. O, Ruan liseyini bitirmiş, 1869-cu ildə bakalavr adı almışdır. Mopassan ömrünün son ilərində dərin mənəvi böhran keçirmişdir. O, 1891-ci ildə ruhi xəstəliyə tutulmuş, tədriclə görmə qabiliyyətini, yaddaşını itirmiş, 2 yanvar 1892-ci ildə intihar etməyə cəhd göstərmişdir. 6 iyul 1893-cü ildə Parisdəki psixiatriya xəstəxanasında beyin iflicindən vəfat etmişdir.[3]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yaradıcılığa 1870-ci illərdə anasının uşaqlıq dostu Qüstav Floberin bilavasitə köməyi ilə başlamış, onun vasitəsilə fransız yazıçıları, habelə ikinci müəllimi hesab etdiyi İvan Turgenevlə tanış olmuşdur. İlk hekayə kitabını ("Telyenin müəssisəsi", 1881) Turgenevə ithaf etmişdir. Mopassan XIX əsr realist fransız ədəbiyyatının son görkəmli nümayəndələrindəndir. Özünün dediyi kimi, ədəbiyyata "meteor kimi gəlib, onu şimşək kimi tərk" edən Mopassan bir cild şeirlər toplusunun, 6 romanın, 16 hekayə və novella, 3 yol oçerkləri kitabının müəllifidir. Üçüncü respublika dövrü burjua demokratiyasının riyakarlığına, militarizmə və müstəmləkəçiliyə kəskin etiraz Mopassanın yaradıcılığının əsas ideya məzmununu təşkil edir. "Gombul" (1880) adlı ilk novellası ilə tanınmışdır. Əsərlərində burjua əxlaqı, eqoizm və bayağılığına qarşı çıxaraq, təbii, bakir insani hissləri ona qarşı qoymuşdur ("Ay işığı", "Səadət", "Məhəbbət", "Kürsü toxuyan qadın" və s. novellalar). Lakin burjua gerçəkliyi Mopassanda bədbinlik doğurur, onun qəhrəmanları çox vaxt tənha ("Tənhalıq"), aciz vəziyyətə düşür ("Boyunbağı"). Novella və hekayələrində məhəbbəti alqı-satqıya çevirən ("Qisas", "Görüş", "Daşqaş", "İvetta", "Vəsiyyət" və s.) burjua nümayəndələrinin obrazlarını yaratmış, məzlumların acınacaqlı taleyinin ("Avara", "Şkaf", "Dilənçi"), onların mənəvi saflığını ("Simonun atası", "Martenin qızı"), vətənpərvərliyini ("Gombul", "Madmuazel Fifi", "Milon dayı", "İki dost" və s.) tərənnüm etmişdir. "Həyat" (1883) adlı ilk romanında burjua cəmiyyətində insanın romantik arzularının puç olması göstərilir. "Gözəl dost" (1885) romanında Üçüncü respublikada hökm sürən siyasi fırıldaqçılıq, maliyyə hiylələri, karyerizm, "Mont Oriol" (1886), "Pyer və Jap" (!887-1888) romanlarında varlanmaq ehtirasının ailə münasibətlərini pozması ifşa olunur. İncə lirizm və qəzəbli sarkazm, dərin psixologizm Mopassanın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş, səhnələşdirilmiş və ekranlaşdırılmışdır. Mopassan burjua cəmiyyətinə nifrət edir, lakin onun dəyişdirilə biləcəyinə inanmırdı.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Мопассан Ҝи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 57.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Abamine, E. P. "German-French Sexual Encounters of the Franco-Prussian War Period in the Fiction of Guy de Maupassant." CLA Journal 32.3 (1989): 323–334. online
- Dugan, John Raymond. Illusion and reality: a study of descriptive techniques in the works of Guy de Maupassant (Walter de Gruyter, 2014).
- Fagley, Robert. Bachelors, Bastards, and Nomadic Masculinity: Illegitimacy in Guy de Maupassant and André Gide (Cambridge Scholars Publishing, 2014) online.
- Harris, Trevor A. Le V. Maupassant in the Hall of Mirrors: Ironies of Repetition in the Work of Guy de Maupassant (Springer, 1990).
- Rougle, Charles. "Art and the Artist in Babel's" Guy de Maupassant"." The Russian Review 48.2 (1989): 171-180. online
- Sattar, Atia. "Certain Madness: Guy de Maupassant and Hypnotism." Configurations 19.2 (2011): 213–241. regarding both versions of his horror story “The Horla” (1886/1887). online
- Stivale, Charles J. The art of rupture: narrative desire and duplicity in the tales of Guy de Maupassant (University of Michigan Press, 1994).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- de Mopassan tərəfindən əsərlər Qutenberq layihəsində
- Əsərləri və ya müəllifi olduğu işlər: Gi de Mopassan İnternet arxivində
- Guy de Maupassant timeline and stories at AsNotedIn.com
- Complete list of stories by Guy de Maupassant at Prospero's Isle.com
- Gi de Mopassan tərəfindən əsərlər LibriVox-da (açıq audi-kitablar)
- Université McGill: le roman selon les romanciers Arxivləşdirilib 2021-08-04 at the Wayback Machine Recensement et analyse des écrits non romanesques de Guy de Maupassant
- Works by Guy de Maupassant at Online Literature (HTML)
- Works by Guy de Maupassant in Ebooks
- Works by Guy de Maupassant (text, concordances and frequency list)
- Maupassantiana, a French scholar's website on Maupassant and his works
- Oeuvres de Maupassant, à Athena