Hind musiqisi

Kənddə çıxış edən iki xalq musiqiçisi.

Hind musiqisi - Hindistanda məskən salmış fərqli mədəniyyət, din və dilə sahib insan birliklərinin mədəniyyətincəsənətini özündə əks etdirir. Dini inanclar bayramlar, mərasimlər, adət-ənənələrdə olduğu kimi, hind musiqisinin, rəqslərinin yaranmasına, inkişafına əsaslı təsir göstərmişdir. Qədimdə dövrlərdə olduğu kimi, müasir dövrdə də hind musiqisirəqsləri dini rituallar, bayramlar, toy şənlikləri, oyun və əyləncələrlə vəhdət təşkil edir.

"Sаnqitа" sözü əksər hind dillərində "musiqi" kimi bаşа düşülür, hərfi bахımdаn "hər şеyin birləşməsi və ifаdəsi" kimi tərcümə оlunur. "Hər şеy" dedikdə isə bədən, аğıl və ruh başa düşülür. Şimаli Hindistaın musiqisində “şаcаcа” və yа əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir. "Şаcаcа" tеrmini hərfi mənаdа "6 nоtdаn ibаrət sırа" mənаsını vеrir. Musiqi sırаlаmаsının əsаsı, musiqinin mаhiyyətinin аçаrı qаmmаnın birinci nоtu "sа"dаn аsılı оlur, Аvrоpа musiqisində bu "dо" qаmmаsıdır. İfаçı üçün şаcаcа səsinin imkаn vеrdiyi tоndа və yа musiqi аlətinin imkаn vеrdiyi tоndа qоyulа bilər[1].

Hind musiqisinin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Hind klassik musiqisi

Ölkənin müxtəlif ştatlarında məskunlaşan "pulayana", "oraon", "santal", "savara", "çençu", "bhil" və s. tayfaların spesifik musiqirəqsləri vardır. Belə etnik musiqi hind musiqi mədəniyyətinin ümumi xüsusiyyətlərinin formalaşmasında xüsusi rol oynamışdır. Digər qədim mənbə tamil və qohum xalqların musiqisidir, bu musiqi melodikdir, özünəməxsus xüsusiyyətləri vardır. Bu musiqi veda ilahilərinin oxunmasında ari musiqisi ilə müəyyən qədər uyğun gəlmişdir.

Veda mətnlərinin ("Riqveda", Samaveda", "Yacurveda", "Artharveveda"), hamısı musiqi üstündə köklənmişdir. Vedaların yayılmasında, brahmanizmin, hinduizmin formalaşmasında, hind cəmiyyətində möhkəmlənməsində musiqi, mahnınəğmələrin mühüm rolu olmuşdur. Müxtəlif formalı, üslublu musiqilər, nəğmələr, rəqslər dini məzmunlu ideyaların geniş əhali kütləsinə çatdırılmasında vasitə, ünsiyyət rolunu oynamışdır. Vedalar arasında qurban əsnasında oxunan ilahiləri əhatə edən "Samaveda" xüsusi yer tutur. Müqəddəslik, ayinlər baxımından sonra "Riqveda"dan sonrakı yerdə duran "Samaveda" bəzən "rituallar vedası" və ya "melodiyalar vedası" kimi tanınır. Qurban mərasimlərində, dini rituallar zamanı "Samaveda" ilahiləri yüksək səslə oxunur. Sonuncu veda olan "Artharveveda" (yaxud "Acurveda") da dini ilahilər, mahnınəğmələr əksini tapmışdır.

Əsrlərlə davam edən qarşılıqlı dini-etnik təsir nəticəsində Hindistanda "hindustani"[2][3] və "karnatak"[4][5] klassik musiqi incəsənəti yaranmışdır. Bu musiqi ənənələri oxşar melodik və qanunlara uyğun əsasa malikdirlər, bu da "raqa" və "tala" üçün xarakterikdir.

Qədim hind musiqirəqsləri haqqında ilk əsər dram sənətinin yaradıcısı müdrik Bharataya məxsusdur. O, "Bharatanatya-şastra" əsərində dövrünün musiqi sənəti haqqında geniş məlumat vermişdir. Bu qədim traktatdan aydın olur ki, qədim hind musiqisi müasir "klassik" hind musiqisindən müəyyən qədər fərqlənmişdir.

Cayadeva (XII əsr), Kabir və Tiruvvaluvar, Purandaradasa (1486-1564) , Kşetrayn (1600-1680), Muttusvami Dikşitara (1775-1835), Tyaqaraca (1775-1835), tanrı Krişnaya məhəbbətdən ağlını itirən hökmdar qadın Mira hind dini-lirik musiqisinin inkişafında mühüm rol oynamışlar. Hind musiqisinin inkişafında yazıçı, şair, Nobel mükafatı laureatı Rabindranat Taqor (1861- 1941), Digambar Paluskar (1872-1931), Vişnu Narayana Bhatkhande (1860-1936) bəstəkar, musiqiçi kimi xüsusi rol oynamışlar

  1. "First-ever public airing for Hovhaness violin & sitar concerto: Shambala". 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  2. Rens Bod. A New History of the Humanities: The Search for Principles and Patterns from Antiquity to the Present. Oxford University Press. 2013. səh. 116. ISBN 978-0-19-164294-4. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.
  3. Reginald Massey; Jamila Massey. The Music Of India. Abhinav Publications. 1996. səh. 42. ISBN 978-81-7017-332-8. 21 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
  4. Srinivasan, Anil. "Sri Lankan Tamil diaspora: The new force spreading Carnatic music and dance worldwide". Scroll.in (ingilis). 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  5. "Tamil of Sri Lanka Facts, information, pictures | Encyclopedia.com articles about Tamil of Sri Lanka". www.encyclopedia.com. 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.