Könül Bünyadzadə

Könül Bünyadzadə
Könül Yusif qızı Bünyadzadə
Doğum tarixi 2 noyabr 1974(1974-11-02) (50 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi şərqşünaslıq
Elmi adı AMEA-nın müxbir üzvü
İş yerləri
Təhsili
Üzvlüyü Asiya Fəlsəfə Assosiasiyasının Vitse-Prezidenti
Mühyiddin İbn Ərəbi Cəmiyyəti (Oxford)
UNESCO Beynəlxalq Qadın Filosoflar Şəbəkəsi (UNESCO)
Dünya Fenomenologiya İnstitutu[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bünyadzadə Könül Yusif qızı (2 noyabr 1974, Zod, Vardenis rayonu) — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017).[1][2][3]

Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981–1991-ci illərdə Daşkəsən rayonu A. S. Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib.

Elmi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.

2014-cü ildə Parisdə UNESCO xətti ilə dərc edilən "Le Dictionnaire Universel des Femmes Créatrices" — "Yaradıcı qadınlar ensiklopediyası"nda haqqında məlumat verilmişdir. 2015-ci ildə isə Türkiyədə nəşr olunan 7 cildlik "Tanzimatdan Günümüze Türk Düşünürleri" adlı ontologiyada həyat və yaradıcılığı haqqında geniş yazı çap olunmuşdur.

Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair, Çin və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir. Dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərdə elmi məqalələri çıxıb.

Könül Bünyadzadə 200-dən çox elmi əsərin, 10 monoqrafiyanın müəllifidir.[1]

Xarici dillərdə çıxmış elmi əsərlərinin sayı 54, monoqrafiyasının sayı isə 1-dir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi, "İslam Fəlsəfəsi" şöbəsinin müdiri, "Metafizika" jurnalının ilk sayınından on ikinci sayınadək jurnalın redaksiya heyətinin sədri olmuşdur,[4] Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Akademiyasının, Beynəlxalq Oksford "Mühyiddin İbn Ərəbi Cəmiyyəti"nin, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO-nun nəzdindəki Filosof Qadınlar cəmiyyətinin üzvüdür, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidentidir.

Əsas düşüncələri

[redaktə | vikimətni redaktə et]

Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. O, bir fəlsəfə tarixçisi olaraq böyük sufi Cüneyd Bağdadinin, Mənsur Həllacın, Sərrac Tusinin təlimlərini Azərbaycanda ilk dəfə tədqiq etməklə yanaşı, həm də fəlsəfi komparativistika sahəsində bir sıra ciddi tədqiqatlar aparmışdır. Orta əsrlər fəlsəfəsi adətən İslam dünyasında islam dini dünyagörüşü, Qərb fəlsəfi ədəbiyyatında isə xristian dünyagörüşü üzərində qurulmuş bir fəlsəfə kimi təqdim olunur, lakin bu iki "dünyanın" zamanın ruhuna uyğun olaraq xeyli ortaq cəhətlərə malik olduğu indiyədək az öyrənilmişdir. Bu cür yanaşdıqda, bir tərəfdən, təsəvvüf fəlsəfəsi, digər tərəfdən də, Bonaventura, Mayster Ekchart, Nikolay Kuzanski ortaq məxrəcə gətirilir.

K. Bünyadzadə öz yaradıcılığında bir sıra yeni ideyalardan çıxış edir ki, bunlardan ən vacibi təsəvvüfdə və ümumiyyətlə İslam fəlsəfəsində istifadə olunan sezgi konsepsiyasını Qərb fəlsəfəsindəki irrasionalizm və intuitivizm təlimləri ilə müqayisə edərək bunların ümumi və fərqli cəhətlərini aşkar edir. Sezgi təliminin hansı məqamlarda rasionalizmə və hansı məqamlarda irrasionalizmə uyğun gəlməsi məsələsi müasir epistemologiya üçün çox önəmli bir məsələdir. Bu axtarışlarını davam etdirərək K. Bünyadzadə orta əsrlərdən müasir dövr fəlsəfəsinə keçir və Kant fəlsəfəsini, Husserl fenomenologiyasını və Timiniçkanın həyat fenomenologiyasını təsəvvüf fəlsəfəsi kontekstində nəzərdən keçirir.

K. Bünyadzadə Azərbaycanda fəlsəfi məsləhətləməni araşdıran ilk mütəxəssisdir.

  • Muğam fəlsəfəsi. Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018.
  • Insan: kamilliyin arxitektonikası. Bakı, Zərdabi LTD, 2014.
  • Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin "əl-Lümə‘" əsəri, Bakı: "Qamma servis", 2002.
  • Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı: Nurlan, 2006. [5]
  • Mənsur Həllacın sirli dünyası. Bakı: Adiloğlu, 2006. ("Əxbar əl-Həllac" kitabının tərcüməsi və geniş giriş məqaləsi).[1]
  • Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi. Bakı: Adiloğlu, 2007, 190 səh. (Mənsur Həllacın "Kitab ət-Təvasin" traktatının və Sərrac Tusinin "əl-Lümə'" əsərindən bəzi hissələrin tərcüməsi və geniş giriş məqalələri). [6]
  • Doğu'da ve Batı'da irrasyonel düşüncenin boyutları. İstanbul: Ötüken, 2009. (türk dilində).
  • Gəncliyin fəlsəfəsi. Bakı: Nurlar, 2009. [7]
  • İslam fəlsəfəsi: tarix və müasirlik. Bakı: Çaşıoğlu, 2010. [8]
  • Dogu’da ve Bati’da kadin: Idealler ve Gerceklikler [9]
  • Mugham as the Synthesis of The Eastern and Western Thought — Education, Arts and Humanities and Higher Education Leadership in the Asian Community Within the Perspective of Common Values // Proceedings of the 9th İnternational Congress of the Asian Philosophical Association (ICAPA), Universiti Teknologi Malaysia, Kuala Lumpur, Malaysia, 2016. pp. 283–291.
  • Sufism as Medicine
  • Pantheism in Thinking of the Medieval East
  • The Phenomenon of the Unity of Idea
  1. 1 2 3 4 "Bünyadzadə Könül Yusif qızı". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  2. "Analytics for Kenul Bunyadzade". 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  3. "Arxivlənmiş surət". 2020-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  4. "Arxivlənmiş surət". 2020-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  5. Könül Bünyadzadə. "Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk" (az.). https://www.felsefedunyasi.org. 3 aprel 2009. Archived from the original on 2024-02-15. İstifadə tarixi: 15 fevral 2024.
  6. Könül Bünyadzadə. "Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi" (az.). https://www.felsefedunyasi.org. 3 aprel 2009. Archived from the original on 2016-03-05. İstifadə tarixi: 15 fev 2024.
  7. Könül Bünyadzadə. "Gəncliyin fəlsəfəsi" (az.). https://www.felsefedunyasi.org. 3 aprel 2009. Archived from the original on 2016-03-06. İstifadə tarixi: 15 fev 2024.
  8. Könül Bünyadzadə. "İslam fəlsəfəsi: tarix və müasirlik" (az.). https://www.felsefedunyasi.org. 3 aprel 2009. Archived from the original on 2020-09-28. İstifadə tarixi: 15 fev 2024.
  9. Könül Bünyadzadə. (PDF) (türk). http://www.felsefedunyasi.org https://web.archive.org/web/20160305223821/http://www.felsefedunyasi.org/files/260_kxpnqzxq3b.pdf (#bare_url_missing_title). Archived from the original on 2016-03-05. İstifadə tarixi: 15 fev 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]