Kəmərqaya (Daşkəsən)

Kəmərqaya
40°32′41″ şm. e. 46°04′06″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 334 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Kəmərqaya xəritədə
Kəmərqaya
Kəmərqaya

Kəmərqaya (əvvəlki adı: Şarukkar) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Kəmərqaya kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Şarukkar kəndi Kəmərqaya kəndi adlandırılmışdır.[3] 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Kəmərqaya kənd inzibati ərazi dairəsi tərkibindəki Kəmərqaya kəndinin ərazisindən 24,65 ha (bundan dövlət mülkiyyətində olan 3,8 ha, bələdiyyə mülkiyyətində olan 4,25 ha və xüsusi mülkiyyətdə olan 16,6 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.[4]

Kənd ərazidəki eyniadlı dağın adını daşıyır.[5]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qoşqarçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[6] 303 143 160
2009[7] ↗334 ↗159 ↗175

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

2020-ci ildə kənddəki 134 fərdi yaşayış evinə təbii qaz verilib.[8]

Kənddə Kəmərqaya kənd kitabxana filialı, Kəmərqaya kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[9]

Kənddə Daşkəsən rayon Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəb fəaliyyət göstərir.[10]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Kəmərqaya kənd tibb məntəqəsi yerləşir.[11]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  4. "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  5. Kəmərqaya (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 393. ISBN 978-9952-34-155-3.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  7. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  8. "Azərbaycanda daha 900-ə yaxın fərdi yaşayiş evi təbii qazla təmin olunub". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.
  9. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  10. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  11. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]