Kappadokiyalı kilsə ataları

Kappadokiyalı Kilsə AtalarıMüqəddəs Üçlük ehkamını təkmilləşdirən və sistemləşdirən Kappadokiyalı olan kilsə atalarının ümumiləşmiş adıdır. IV yüzillikdədə Xristianlıq artıq bütpərəstlik üzərində tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları arasında gedən çəkişmələr zamanı Roma imperiatorları çeşidli dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı dəstəkləyirdilər.

Ancaq sonda Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir mahiyyətə malik olması doktrinası tərəfdarları qalib gəlmişdilər. Məhz bu cərəyan dövlət tərəfindən tanınmış və imperiyanın rəsmi Kilsəsini təşkil etmişdi. Bütpərəstlərlə birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan olunmuş, onların tərəfdarları isə təqiblərə məruz qalmışdılar.

Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. Dini ehkamların sabitləşməsi, onların fəlsəfi əsaslarının işlənməsi, sistemləşdirilməsi işi imperiyanın həm Şərqində, həm də Qərbində gedirdi. Şərqdə bu işi İsgəndəriyyəli Atanasios, Qeysəriyyəli Basilios, Nazianzlı Qreqorios, Nissalı Qreqorios və Yohannes Xrisostomos adlı kilsə ataları etmişdilər. Onlara “kappadokiya ataları” deyirdilər. Qərbdə isə bu iş Mediolanlı Ambrosius, Stridonlu Hiyeronimus, AvqustinusGregorius Dialogus tərəfindən aparılmışdır. Bu dövrün patristikasına neoplatonizm ideyaları çox böyük təsir göstrəmişdir.

Kappadokiyalı kilsə ataları üçdür:

Onların təlimi II Ekumenik kilsə məclisində qəbul edilmişdir.