Konqres Kitabxanası
Konqres Kitabxanası | |
---|---|
Library of Congress | |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 24 aprel 1800 |
Digər məlumatlar | |
İşçi sayı |
|
ISIL kodu | US-DLC |
Sayt | loc.gov |
Vikianbarda əlaqəli mediafayllar |
Konqres Kitabxanası (ing. The Library of Congress) — ABŞ-də kitabxana
ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır.
1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi.
Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur. Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 150 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Dünya kitabxanaları: ABŞ Konqres Kitabxanası Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 libraries.org (ing.): A directory of libraries throughout the world.
- ↑ http://web.archive.org/web/20210728081421/https://www.loc.gov/about/general-information/.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Bu məqalə qaralama halındadır. |