LPT
LPT — sətir-sətir çap qurğusunun məntiqi adı; MS-DOS əməliyyat sistemində printerin paralel portları üçün ayrılmış şərti ad, məsələn: LPT1, LPT2 və LPT3. Birinci paralel port (LPT1), adətən, MS-DOS’da həm də möhkəm kopiyanın ilkin çıxış qurğusudur (PRN)
mode lpt1:=com1:
DOS komandası lpt1-i yenidən təyin edərək com1-ə (birinci ardıcıl porta) bərabər edir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.