Lindon Conson

Lindon Beyns Conson
ing. Lyndon Baines Johnson
22 noyabr 1963 – 20 yanvar 1969
Vitse-prezidentolmayıb (1963-1965)
Hyubert Hamfri (1965-1969)
ƏvvəlkiCon Ficerald Kennedi
SonrakıRiçard Nikson
20 yanvar 1961 – 22 noyabr 1963
PrezidentCon Ficerald Kennedi
ƏvvəlkiRiçard Nikson
SonrakıHyubert Hamfri (1965-dən)
Şəxsi məlumatlar
Doğum adı Lyndon Baines Johnson
Doğum tarixi
Doğum yeri Stounvol, Texas, ABŞ
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Stounvol, Texas, ABŞ
Partiya Demokrat partiyası
İxtisası Müəllim
Fəaliyyəti siyasətçi, müəllim, dövlət xadimi
Atası Samuel Conson
Anası Rebekka Beyns
Həyat yoldaşı Klaudiya Alta Conson (1912-2007)
Uşaqları Linda Börd Conson Rob
Lüsi Beyns Conson Tarpin
Dini Protestant/İsa Məsih kilsəsi
Hərbi xidmət
Qoşun növü ABŞ hərbi donanması[1]
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2], hökumət[2]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lindon Beyns Conson (ing. Lyndon Baines Johnson; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965-1969) və 37-ci vitse-prezidenti (1961-1963).

Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur. O, 1930-cu ildə Müəllimlər kollecini bitirmiş, bir müddət dərs demişdir. 1939-1948-ci illərdə ABŞ Demokratlar Partiyasından Nümayəndələr palatasının üzvü, 1949-1961-ci illərdə Texas ştatından senator, 1953-1960-cı illərdə Senatda demokratların lideri olmuşdur.

1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur.

Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrıseçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (Medicare, Medicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-nin Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur.

Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat etmişdir.