Müqəddəs Ambrosi
Ambrosi | |
---|---|
lat. Sanctus Ambrosius | |
| |
Rütbə | Yepiskop, Kilsə müəllimi |
Doğum tarixi | |
Doğum yeri | Trir, Almaniya |
Vəfat tarixi | |
Vəfat yeri | Milan, İtaliya |
Qeyd edilir | Roma-Katolik kilsəsi, |
Əsas məbədi | Müqəddəs Ambrosi məbədi, Milan |
Xatirə günü | 7 dekabr[1] |
Himayədar | Milan, arılar, ev heyvanları, şamçılar, tələbələr, |
Rəmzləri | Pətək, uşaq, qamçı, sümük |
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Ambrosi, Milanlı Ambrosi, Medilonlu Ambrosi (lat. Sanctus Ambrosius; təq. 340–4 aprel 397) dörd böyük latın kilsə mütəfəkkirindən, Roma kilsəsinin banilərindən biri, kilsə müəllimi. Ambrosi dövrünün ən böyük avtoritetli, imperator siyasətinə qarışabiləcək dərəcədə söz sahibinə malik din xadimi olmuşdur. Bununla da o, kilsə ilə dövlət münasibətləri arasında zəmin yaratmış olmuşdur. Bəxtiyar Avqusinini xristianlığa dəvət edərək onu vəftiz etmişdir. Müqəddəs Ambrosi həm katolik həm də pravoslav kilsə kanonuna qəbul edilmişdir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Xristian ilahiyyatçısı 340-cı ildə Roma İmperiyasının Qalliya vilayətinin mərkəzi Trevir şəhərində (indiki Almaniyanın Trir şəhəri) dünyaya gəlmişdir. Bəzi tədqiqatçılar onun atasının prefekt (vali) olduğunu irəli sürürlər. Ambrosiusun ailəsi Xristianlığı IV əsrin əvvəllərində qəbul etmişdi. Atasının vəfatından sonra Romaya köçərək, orada təhsil almağa başlamışdı. Bir müddət vəkil kimi çalışdıqdan sonra mərkəzi Mediolan (indiki Milan) şəhəri olan Şimali İtaliyanın prefekti təyin edilmişdir.
Yepiskop fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Mediolan şəhərində arrianlarla (erkən əsrlərdə mövcud olmuş bidətçi xristian məzhəbi) ənənəvi xristianlar arasında gərgin mübarizə getdiyindən 374-cü ildə şəhər yepiskopunu seçmək mümkün olmamışdı. Nəticədə kompromis variant kimi Ambrosiusun namizədliyi təklif edilmişdi. Bu vəzifədən imtina etmək niyyətində olan Ambrosius, namizədliyi imperator I Valentinian tərəfindən dəstəkləndikdən sonra təklifi qəbul etmişdir. O, yepiskop olarkən, bütün sərvətini kilsəyə bağışlamış, sadə həyat tərzi sürmüşdür.
Bütpərəstlik və arrianlıqla mübarizə aparan Ambrosius kifayət qədər uğur qazana bilmişdi. 381-ci ildə Akvileya şəhərindəki kilsə yığıncağı zamanı onun təkidilə iki arrian yepiskop vəzifələrindən uzaqlaşdırılmış, daha sonra Papa I Damas tərəfindən anafemaya uğramış, yəni kilsədən çıxarılmışlar.
I Feodosi və Müqəddəs Ambrosi
[redaktə | vikimətni redaktə et]I Feodosi İtaliyada qaldığı üç il ərzində Mediolan yepiskopu Müqəddəs Ambrosinın təsirinə düşür. 390 cı ildə Makedoniyanın iri şəhərlərində ordu komandanlığının özbaşnalığına qarşı qiyam qalxır. I Feodosi qiyamı amansızlıqla yatırır. Müxtəlif mənbələrə əsasən 7–15 min arasında şəhər əhalisi qırılmış olur.[2] Bu hadisədən sonra I Feodosi kilsədə dua etmək istəyərkən, Müqəddəs Ambrosi onu içəri buraxmır, və günahsız insanların ölümündə suçlamışdır. Yalnız 8 aydan sonra imperatoru əfv edərək, onu ölüm hökmünün icrasını hökm sürüldükdən 30 gün sonraya saxlanılması haqqında fərman verməyə məcbur etdirir.[3]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Ambrosiusun ilahiyyat elmi üzrə çalışmaları arrianlarla münaqişə mövzularına aid Üç üqnum (Ata, Oğul və Müqəddəs Ruh), Məsih, tövbə haqqında məsələləri əhatə edirdi. O, Müqəddəs Kitabın bir çox hissələrinə yazılmış şərhlərin də müəllifidir. Ambrosiusun elmi irsinin böyük hissəsini onun moizələri təşkil edir. Ən mühüm əsərləri "İman haqqında", "Müqəddəs Ruh haqqında" və "Altı gün haqqında" kitablarıdır.
Ambrosiusun fikrincə, liturgiya (kilsə ayini) insanların Tanrıya iman etməsi üçün alətdir və bütün yerlərdə dəyişilməz olaraq qalmamalıdır. O, Avqustinə verdiyi məsləhətlərdə yerli ənənəyə diqqət yetirilməsinin əhəmiyyətindən bəhs etmişdir.
Ambrosiusun ilahiyyatla bağlı dünuagörüşünə Origen və Didim kimi alimlər təsir göstərmişdir. Onun bu fikri ilahiyyatçılar arasında məşhurdur:
"Bizim Xilaskarımız Vəhydə iki növ dirilmə yolunu göstərmişdir. İlahi Məhkəmənin qərarı olmadan Tanrı yoluna yönələnlər nə bəxtiyardır. Lakin ilk dəfə düzgün yolu seçməyənlər üçün də xilas yolu açıqdır. Onlar birinci və ikinci dirilmə arasındakı zamanda özlərini buna hazırlamalıdırlar".
Bundan başqa Ambrosiusun əsərlərində İskəndəriyyəli Filonun da təsiri duyulmaqdadır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Attwater, Donald and Catherine Rachel John. The Penguin Dictionary of Saints. 3rd edition. New York: Penguin Books, 1993. ISBN 0-14-051312-4.
- ↑ 7 тыс. убитых (Феодорит Кирский, 5.17) ; 15 тыс. убитых (Иоанн из Никиу, LXXXIII.42; Иоанн Малала, 347)
- ↑ Феодорит Кирский, 5.18