Müstəqil Azərbaycan Universiteti

Müstəqil Azərbaycan Universiteti
Əsası qoyulub 1996
Bağlanıb 2006
Ölkə

Müstəqil Azərbaycan Universiteti — 1996–2006-cı illərdə Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.

Universitetin təsisçisi və rektoru Yeni Azərbaycan Partiyası Binəqədi təşkilatının sədri Abbas Mustafayev olmuşdur.[1]

2006-cı ilin mayında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etmişdir. Bundan sonra tələbələr digər ali məktəblərə köçürülmə tələbi ilə aksiya keçirmişdirlər. Daha sonra Dövlət Komissiyasından kənar universitetə tələbə qəbulunun aparıldığı məlum olmuşdur. Qalmaqal bir neçə il davam etmişdir. Bəzi tələbələr aclıq aksiyasına əl atmışdılar.[1]

  1. 1 2 "Azərbaycanda bağlanan özəl universitetlər: Qalmaqallar, qətl və cinayət işləri - SİYAHI + FOTO". Oxu.az. 1 mart 2024. 2024-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2024.