Müzamil Abdullayev

Müzamil Abdullayev
28 iyul 1993 – 15 oktyabr 1994
Əvvəlkivəzifə təsis edilib
Sonrakıİrşad Əliyev
bayraq
Azərbaycan Respublikasının kənd təsərrüfatı və ərzaq məhsulları naziri
bayraq2
23 may 1991 – 30 iyul 1992
Əvvəlkivəzifə təsis edilib
SonrakıTofiq Hüseynli
bayraq
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini — Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin sədri
bayraq2
26 dekabr 1988 – 22 may 1991
ƏvvəlkiMusa Məmmədov
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1941(1941-04-10)
Doğum yeri
Vəfat tarixi 17 iyun 2022(2022-06-17) (81 yaşında)
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, iş adamı

Təltifləri Azərbaycan SSR əməkdar aqronomu

Müzamil İmran oğlu Abdullayev (10 aprel 1941, Qazaxyolçular, Dəstəfur rayonu17 iyun 2022) — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri.

Muzamil Abdullayev 1941-ci ildə AzSSR-in Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub.

1961−1966-cı illərdə mədən və filiz kombinatında laborant işləmişdir.

1961–1966 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Krasnodar Politexnik İnstitutunda bir şərabçı-texnoloq kimi əlavə təhsil almışdır.

1967–1969-cu illərdə Kişinyov Kənd Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, dissertasiyasını müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

1970–1975-ci illərdə Kirovabaddakı Nizami şərab zavodunun baş mühəndisi idi. 1972–1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifəsində çalışıb.

1975–1988-ci illərdə Xanlar aqrar-sənaye şərab istehsalı zavodunun baş direktoru olmuşdur.

1988–1991-ci illərdə AzSSR Nazirlər Soveti sədrinin birinci müavini və AzSSR Dövlət Aqrosənaye Komitəsinin sədri vəzifəsində çalışmışdır.

1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Abdullaev Müzamil İmran oğlu kənd təsərrüfatı elmləri doktorudur, Ümumittifaq Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda "Magarach" da müdafiə edərək elmlər doktoru adı almışdır. "Azərbaycanın Respublikasının əməkdar aqronomu" adına sahibdir. Azərbaycanın Göy-Göl rayonunda yerləşən Göy-Göl şərab 2 fabrikinin təsisçidisidir.