Mag Garden
Mag Garden | |
---|---|
マッグガーデン | |
| |
Ölkə | Yaponiya |
Əsas şirkət | IG Port |
Yaranma tarixi | 5 iyun 2001 |
Qurucu | Yoşihiro Hosaka |
Qərargah | Çiyoda, Tokio, Yaponiya |
Əsas insanlar | Yoşihiro Hosaka (qurucu, prezident və CEO) |
Nəşrlər | kitablar, jurnallar, manqalar |
Sayt | mag-garden.co.jp |
Vikianbarda əlaqəli mediafayllar |
Mag Garden (マッグガーデン, Maggu Gāden?) — manqalar və onların anime-film adaptasiyalarının istehsalı üzərində işləyən Yaponiya nəşriyyatı. Nəşriyyat Yoşihiro Hosaka və Enix (indiki Square Enix) nəşriyyatından ayrılmış rəssamlar tərəfindən 5 iyun 2001-ci ildə qurulmuşdur. 1 dekabr 2007-ci ildə Production I.G ilə birləşərək IG Port şirkətini əmələ gətirmiş və XEBEC ilə birlikdə yeni şirkətin filiallarından biri olmuşdur.
Tarix
[redaktə | mənbəni redaktə et]Mag Garden 5 iyun 2001-ci ildə Enix-də (indiki Square Enix) redaktor kimi fəaliyyət göstərmiş, amma daha sonra oranı tərk etmiş Yoşihiro Hosaka tərəfindən qurulmuşdur.[1][2] Enix ilə Square şirkətlərinin birləşməsi,[3] Enix rəssamlarında manqalarının nəşrdən çıxarılması narahatçılığına səbəb olmuşdur. Buna görə bir çox rəssamlar şirkətdən ayrılaraq Mag Garden-ni qurmuşdurlar və manqalarını nəşr etdirməyə davam etmişdirlər.[4] Mag Garden-in qurulması və keçmiş rəssamların Square Enix-dən ayrılması iki şirkət arasında müəlliflik hüquqları üzərində mübahisələrə səbəb olmuşdur.[1][5] Yerli münaqişə 2003-cü ilin martında Square Enix-in təzminat ödəməsi ilə başa çatmışdır.[3][6] Əvvəlcə Enix tərəfindən nəşr olunmuş keçmiş rəssamların manqaları yeni başlıqlarla nəşr olunmalı idi. 22 sentyabr 2003-cü ildə Mag Garden Square Enix qalan səhmlərini də satdıqdan sonra ayrı, müstəqil şirkət olmuşdur və Tokio birja bazarında yer tutmuşdur.[1][3]
4 iyul 2007-ci ildə şirkət Production I.G ilə birləşərək IG Port adlı yeni şirkət əmələ gətirəcəklərini açıqlamışdır.[7][8] Mag Garden şirkətinin Production I.G ilə möhkəm əlaqələri var. Bu iki şirkət "Ghost Hound" və "Sisters of Wellber" layihələri üzərində birlikdə işləmişdir. Əvvəlcə, Production I.G Mag Garden-in səhmdarlarından biri idi və aksiyalarının 15 %-inə sahib idi.[8] Bu iki şirkətin birləşməsi 1 dekabr 2007-ci ildə tamamlanmışdır və Mag Garden IG Port şirkətinin filialı olmuşdur.[8]
Enix-dən Mag Garden-ə keçən rəssamlar arasında Kozue Amano, Rin Asano, Mayumi Azuma, Nanae Çrono, Moyamu Fucino, Maki Hakoda, Sakura Kinoşita, Satomi Kubo, Hiro Matsuba, Minene Sakurano, Kazusa Sayto, Kayli Sorano, Seyuçiro Todono, Siro Tunasima və Natsuki Yoşimura var idi.[2]
Jurnallar
[redaktə | mənbəni redaktə et]- Fəaliyyətini dayandıran
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Mag Garden: l'effondrement des ventes de prépublication et la piste des adaptations" (French). MATA-web. 2007-05-19. 2012-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ 1 2 "エニックスお家騒動" (Japanese). 2005-10-08. 2018-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ 1 2 3 "Mag Garden to be Enlisted on the Tokyo Stock Exchange's "Mothers" Market". Animaxis. 2003-09-19. 2007-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ "Production I.G adquiere la editorial Mag Garden" (Spanish). 2007-07-06. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ "Production I.G y Mag Garden se fusionan" (Spanish). 2007-07-09. 2012-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ "Mag Garden on Stock Exchange". Anime News Network. 2008-09-23. 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ "Production I.G Announces Mag Garden Merger". Anime News Network. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
- ↑ 1 2 3 "Production I.G Becomes Holding Company, With MAG Garden and XEBEC as Subsidiaries". Animaxis. 2007-07-06. 2010-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- mag-garden.co.jp — Rəsmi saytı (yap.)
- Mag Garden Anime News Network Ensiklopediyasında