Musiqi prodüseri

The Beatles ilə tanınan musiqi prodüseri Sir George Martin, 1966-cı ildə Abbey Road-da səs yazan Corc Harrison, Pol MakkartniCon Lennon ilə birlikdə şəkil çəkdirərkən.

Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir.[1][2][3] Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir.

Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir.

Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.[2]

  1. Virgil Moorefield, "Introduction" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine, The Producer as Composer: Shaping the Sounds of Popular Music (Cambridge, MA & London, UK: MIT Press, 2005).
  2. 1 2 Richard James Burgess, The History of Music Production (New York: Oxford University Press, 2014), pp 12–13 Arxivləşdirilib 2021-09-12 at the Wayback Machine.
  3. Allan Watson, Cultural Production in and Beyond the Recording Studio (New York: Routledge, 2015), pp 25–27 Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]