Neftçala FK

Neftçala Futbol Klubu
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Rəng(lər) -qara
Yaranma tarixi 2004
Bağlama tarixi 2016
Stadionu Nəriman Nərimanov adına Neftçala şəhər stadionu[1]
Tutumu 2000
Prezidenti Azərbaycan Rasim Səfiyev
Baş məşqçisi Azərbaycan Kamal Quliyev
Liqa Azərbaycan I Divizionu
2015/2016 1

NeftçalaNeftçala rayonunu təmsil edən Azərbaycan futbol klubu. 2004-cü ildə Anşad Petrol adı ilə yaradılmışdır.[2]

"Neftçala" futbol klubu ilk dəfə "Anşad Petrol" adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Klub Azərbaycan, TürkiyəMalayziya-nın səhmləri ilə yaradılan və Neftçalada fəaliyyət göstərən "Anşad Petrol MMC"-nin maddi dəstəyi ilə yaradılıb.

2011-cil 23 fevral tarixinə qədər, yəni "Anşad Petrol MMC"-nin fəaliyyətini dayandırmasınadək də məhz bu adı daşıyıb. 2011-cilin fevral ayında klubun təsisçisi olan "Anşad Petrol" şirkəti artıq ləğv olunub. Neftçalada fəaliyyətə başlayan digər neft şirkəti isə sosial məsələlərə pul ayırmağı planlaşdıradığını qeyd edib. Neftçala təmsilçisi də Anşad-Petrol şirkəti ləğv olunduğundan çempionatda yeni adla mübarizə aparacağını açıqlayıb[3]. 23 fevral 2011 tarixində I divizionda çıxış edən və "Anşad Petrol" adını daşıyan klubunun adı dəyişdirilib. Komanda bu vaxtdan sonra təmsil etdiyi rayonun adını dayışaraq, "Neftçala" FK adını alıb[4]. Bununla bağlı klub Peşəkar Futbol Liqasına 21 fevral 2011-ci il tarixli "01-02/VI" saylı məktub ünvanlayıb[5]. PFL-nin prezidenti Ramin Musayev də həmin andan etibarən "Anşad Petrol" klubunun rəsmi adının "Neftçala" FK ilə əvəzlənməsi barədə əmr imzalayıb[4].

2011-ci ilin fevral ayından kluba "SOCAR Petroleum" sponsorluq edir[6][7].

2014/15 mövsümündə Neftçala I divizionun qalibi olmuşdur. Lakin AFFA Neftçalaın əsas liqaya çıxmasını əngəlləmişdir.

Neftçala FK təmsilçisi yeni adı ilə ilk oyununa Azərbaycan I Divizionunun XVI turunda, 25 fevral 2011-ci il tarixində çıxıb.[8].

Rəng, forma, emblem

[redaktə | mənbəni redaktə et]
Qara
Klubun 2004-2011-ci illərdə sponsoru olmuş və eyni zamanda kluba da adını vermiş Anşad Petrol MMC-in loqosu

Uğurları - İlk dəfə 2014/15 mövsümündə I divizionda çempion olmuşdur.

[redaktə | mənbəni redaktə et]

Liqa və Kubok mübarizəsi

[redaktə | mənbəni redaktə et]
Mövsüm Liqa Yer O Q H M VQ BQ Xal Kubok
2004–05 I D. 5 14 5 5 4 22 19 20 1/16 Final
2005–06 I D. 4 30 20 2 8 56 30 62 1/16 Final
2006–07 I D. 6 24 14 4 6 44 23 46 Birinci tur
2007–08 I D. 5 10 3 2 8 10 15 11 1/16 Final
2008-09 I D. 3 28 15 6 7 50 31 51 1/16 Final
2009-10 I D. 9 22 5 2 15 25 61 17 1/16 Final
2010-11 I D. 10[9] 26 4 6 15 25 48 18 1/16 Final
2011-12 I D. 2[10] 26 16 7 3 42 16 55 1/16 Final
2012–13 I D. 3 24 17 3 4 51 18 54 1/8 Final
2013–14 I D. 2 30 21 5 4 80 22 68 İkinci tur
2014–15 I D. 1 30 25 3 2 83 19 78 1/8 Final
2015–16 I D. 1 26 20 2 4 74 20 62 1/8 Final
  1. "Neftçala Klubunun Stadionu (ingiliscə)". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-27.
  2. "Birinci dəstə - 2004/05" (PDF) (az.)). pfl.az. 2020-09-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-12.
  3. "Anşad-Petrol" ləğv olundu Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine Apasport. tarixi:2009.11.12
  4. 1 2 ""Anşad Petrol" "Neftçala" FK oldu. Fanat.az". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-17.
  5. "Azərbaycanda futbol klubu adını dəyişdi. "Anşad Petrol" bundan sonra "Neftçala" adlanacaq". 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-17.
  6. ""Neftçala"ya sponsor tapıldı. Kluba "SOCAR Petroleum" sponsorluq edəcək. Tarix: 24.02.2011. ANS PRESS". 2011-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-18.
  7. ""Neftçala"nı SOCAR maliyyələşdirəcək". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-18.
  8. "Neftçala" ilk məğlubiyyətini aldı! Tarix: 25.02.11.[ölü keçid]
  9. "Peşəkar Futbol Liqasının rəsmi saytının arxivi, Divizion 2010/2011" (PDF). 2012-08-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-08-09.
  10. Peşəkar Futbol Liqasının rəsmi saytının arxivi, Divizion 2011/2012[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]