Nindza
Nindza (yap. 忍者, Sinobi — "Gizlənmək") – orta əsrlərdə yaponiyada casus və muzdlu qatil. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır.
Tarix
[redaktə | mənbəni redaktə et]Əfsanəyə görə nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. İlk əvvəl yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olmuşdur. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtı-vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Nindzalar heç vaxt xristianları öldürməzdilər. Çünki onlar nindzalara kömək edə bilərdilər. Samurayları və knyazları qorxuya saldıqları üçün nindzalara "Gecə kabusu" adı verilmişdir. Nindzaların əsas vəzifəsi tək öldürmək deyil, həm də casusluq etmək idi. XVII əsrdə Yaponiyada 70-dən çox klan var idi. Klanlardan ən nüfuzlusu Koqa-Ryu və İqa-Ryu idi. Yaponiyada X əsrdən başlayaraq tarixə düşmüşlər. XIV və XVI əsrlərdə çox istifadə edimişdir. 1603-cü ildə yaponiyanın ilk Syoqunu (yap. Vəhşiləri itaətə gətirən sərkərdə) Tokuqava İeyasu demişdir ki, nindzaların ən nüfuzlu klanları olan Koqa-Ryu və İqa-Ryu onun üçün böyük təhlükə yaradırlar. Bu klanlardakı nindzaların az hissəsi syoquna tabe olaraq sağ qalmışlar, lakin tarixdən itməyə başlamışlar.
Zəhər
[redaktə | mənbəni redaktə et]Nindzalar çox vaxtı rəqibini öldürmək üçün zəhərdən istifadə edirdilər. Bəzən onlar zəhəri rəqibinin qulağına da tökürdülər. Onlar zəhərləri 3 kateqoriyaya bölürdülər:
- yavaş təsir göstərən zəhərlər
- yaşıl çayın xüsusi növündən düzəldilən zəhər
- tez öldürən zəhər.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Iga-ryu Ninja Museum
- Искусство ниндзя Arxivləşdirilib 2008-04-14 at the Wayback Machine
- История синоби Arxivləşdirilib 2011-12-17 at the Wayback Machine
- "Мифы" и персонажи-ниндзя в поп-культуре