Nizami Quliyev
Nizami Quliyev | |
---|---|
4 fevral 1996 – 30 noyabr 2005 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nizami Yusif oğlu Quliyev |
Doğum tarixi | 17 avqust 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 2017 (61 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
Nizami Yusif oğlu Quliyev (17 avqust 1956, Gədəbəy – 1 noyabr 2017, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırışlarının deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nizami Quliyev 1956-cı il avqustun 17-də Gədəbəy şəhərində anadan olub. Gəncə Dövlət Pedaqoji İnstitutunda tarix üzrə ali təhsil alıb. Rus dilini bilir.
1 noyabr 2017-ci ildə vəfat etmişdir.[1]
Nizami Quliyev ailəli olmuşdur, üç övladı var.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1996-cı il fevralın 4-də baş tutan parlament seçklərində 73 nömrəli Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[2][3]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 73 saylı Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının və Azərbaycan—Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]
2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verərək Qulamhüseyn Əlibəyli rəhbərliyində qurulan Aydınlar Partiyasına qatılmışdır. O, Aydınlar Partiyasının Ali Məclisinin sədri olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- ↑ "II çağırış Azərbaycan Milli Məclisinin Regional məsələlər Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
- ↑ "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" ( (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.