Paşakənd
Kənd | |
Paşakənd | |
---|---|
40°34′58″ şm. e. 44°40′06″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərəçiçək mahalı |
Rayon | Axta rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.750 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Paşakənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 12 km şimal-qərbdə, Pəmbək dağının ətəyində, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[3]
Erməni mənbələrində kəndin adı erməni dilinə kalka edilərək Paşagyuğ (Paşakənd) formasında verilmişdir.[4]
Toponim Paşa şəxs adı ilə kənd sözünün birləşməsindən əmələ gəlib. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmarik qoyulmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 76 nəfər, 1873 - cü ildə 268 nəfər, 1886-cı ildə 436 nəfər, 1897-ci ildə 490 nəfər, 1908-ci ildə 673 nəfər, 1914 - cü ildə 908 nəfər, 1916-cı ildə 712 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ilin azərbaycanlılar qırğınlarla qovulmuşlar, kəndə ermənilər köçürülmüşdür. 1919 - cu ildə kəndə 380 nəfər erməni yerləşdirilmişdir[6].
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə ermənilərlə yanaşı kənddə 69 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 126 nəfər azərbaycanlı yaşamışdır[7].
1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 200
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 18
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 18-19, 102-103
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 102-103
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.18-19, 102-103