Pluton
Kəşfi | |
---|---|
Kəşf edən | Klayd Tombo |
Kəşf tarixi | 18 fevral 1930 |
Kəşf üsulu | birbaşa müşahidə |
Şərəfinə adlandırılıb | Pluton |
Orbital xarakteristikası | |
Dövr J2000 | |
Afelisi | 7 311 000 000 km 48,871 a.v. |
Perigelisi | 4 437 000 000 km 29,657 a.v. |
Periapsidi | 4.438.120.030.056,9 m[1], 4.438.120.030,06 km |
Apoapsidi | 7.376.671.004.217 m[1], 7.376.671.004,22 km |
Böyük yarımoxu | 5 874 000 000 082 km 39,264 a.v. |
Orbitinin ekssentrisiteti | 0,244671664 (J2000) |
Sinodik fırlanma dövrü | 366,73 gün |
Orbital sürəti | 4,7 km/s |
Orta anomaliyası | 0,44065 radian |
Əyilməsi | 17,151394° 11,88° (Günəş ekvatoruna nisbətən) |
Qalxan milinin uzunluğu | 1,925167 radian[2] |
Perisentr arqumenti | 3,91074 radian[2] |
Nəyin peykidir | Günəş |
Kəşf edilmiş peykləri | 5 |
Özünə xas ekssentrisitet | 0,24880766 ± 0[3] |
Fiziki xarakteristikaları | |
Ekvator radiusu | 1153±10 km |
Qütb sıxılması | 1[4] |
Kütləsi | (1,305±0,007)×1022 kq Yerin 0,00218-i Ayın 0,178-i |
Orta sıxlığı | 1,85 q/sm³[5] |
551.856,672 san. | |
Albedo | 0,49-dan 0,66-dək (geometrik, 35% dəyişir) |
Temperatur | min. 33 K, 44 K, maks. 55 K[5] |
15,1 | |
Pluton (134340 Pluto; simvolı: ,[6] və ya [7]) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri.[8][9][10] Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir.
1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür[11]. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı.[12]
NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
5 milyard km uzaqlıqda olan böyük qəlbli göy cismi: Pluton 2006-cı ildə Beynəlxalq Astronomiya Birliyi tərəfindən qoyulan planet kriteriyalarına uymadığı üçün planet statusu alınmışdır. Kəşf edildiyi 1930-cu ildən bu yana təxminən 76 il boyunca sistemin 9-cu planeti olan Plutondan niyə planet statusu alındı? Cavabı belədir:
Pluton öz içində kiçik bir sistem daşıyır. Özünə aid irili-xırdalı 5 peyki vardır. Günəş sistemində böyüklük baxımından 11-ci sırada yer alır. Ancaq bəzi hadisələr Plutonu planetlikdən atılmasına səbəb olacaqdı. Bunlardan başlıca olanları:
Plutondan sonra kəşf edilən Erisin Plutondan böyük olması.
Plutonun digər planetlərlə nisbətdə çox kiçik olması(Diametr olaraq Ayın 3/2-si böyüklüyündədir).
2005-ci il etibarı ilə Koyper qurşağında kəşf edilən minlərlə göy cisminin Plutondan çoxda fərqli olmadığı (Plutonun da bu qurşağın bir üzvü sayılması) halı bu planetin , cırtdan bir planet olduğunu gözlər önünə sərmişdir. Ayrıca Plutonun orbitinin Neptunla kəsişməsi onun planet sayılmamasının nüanslarından biridir.
2006-cı il Avqust ayında toplanan birlik, bir göy cisminin planet ola bilməsi üçün 3 kriteriyaya uyğun olmasını qərarlaşdırdı. Bu kriteriyalardan ən önəmlisi bir ulduzun ətrafında dönməsi idi. Digər kriteriyalar isə kürəsəl bir quruluşa sahib olması və ətrafındakı dağıntıları təmizləyəcək böyüklükdə olması idi. Pluton həm Günəş ətrafında dönməkdə idi, həm də kürəsəl bir quruluşa sahibdir. Ancaq ölçüləri olduqca kiçikdir. Ayrıca ən böyük peyki olan Xaron Plutonun 66%-i qədərdi və Pluton ətrafındakı dağıntını təmizləyəcək qədər böyük deyildi.
Ayrıca 1 yanvar 1801-ci ildə kəşf edilən 950 km diametrindəki Ceres də təxminən 50 il boyunca sistemin 8-ci planeti olaraq sinifləndirilmişdir.
Nəticə olaraq alınan qərarda Pluton 3 kriteriyaya uymadığı üçün planet statusu alındı. Daha sonra 2008-ci ildə (təsəlli kimi) Pluton, bu sinifdən də alınaraq Koyper qurşağındakı bir çox göy cisminində yer alıdığı "Plutonkimilər" sinfinin başına gətirildi.
İşi ciddiyə alan bəzi vətəndaşlar isə Plutonun təkrar planet olması adına hərəkat etmişdirlər. Günümüzdə bəzi elm adamları da Plutonun hələ də planet olduğunu müdafiə etməkdədirlər.
Plutonun peykləri
[redaktə | mənbəni redaktə et][[File:Nh-pluto moons family portrait-truecolor.png|thumb|right|ölçü müqayisəsi]]
Plutonun 5 peyki var: Xaron, Hidra, Niks, Stiks, Kerberos
Kəşf tarixi
[redaktə | mənbəni redaktə et]Adı
[redaktə | mənbəni redaktə et]"Planet İks"in axtarışı
[redaktə | mənbəni redaktə et]Xronoloqiya
[redaktə | mənbəni redaktə et]Orbiti və fırlanması
[redaktə | mənbəni redaktə et]Fiziki xarakteristikaları
[redaktə | mənbəni redaktə et]Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://www.webcitation.org/6X1gMj0LJ?url=https://solarsystem.nasa.gov/planets/profile.cfm?Object=Pluto.
- ↑ 1 2 Standish E. M. Keplerian elements for approximate positions of the major planets (ing.). 2015. 3 p.
- ↑ http://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/plutofact.html.
- ↑ https://repository.si.edu/bitstream/handle/10088/27503/201527CE.pdf.
- ↑ 1 2 https://nssdc.gsfc.nasa.gov/planetary/factsheet/plutofact.html.
- ↑ JPL/NASA. "What is a Dwarf Planet?". Jet Propulsion Laboratory. 2015-04-22. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-19.
- ↑ John Lewis, redaktorPhysics and chemistry of the solar system (2). Elsevier. 2004. səh. 64.
- ↑ "Редкое затмение поссорило Плутон с плутоидом". Мембрана. 2010-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-10.
- ↑ "Former 'tenth planet' may be smaller than Pluto". New Scientist (ingilis). 08 November 2010.
- ↑ "Эрида оказалась не больше Плутона". 2011-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-10.
- ↑ "Astronomers Measure Mass of Largest Dwarf Planet". HubbleSite. 14 June 2007. 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 сентября 2008.
- ↑ A. Akwagyiram. "Farewell Pluto?". BBC. 2 August 2005. 2011-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 сентября 2008.