Pomidor kababı
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir.
Hazırlanması
[redaktə | mənbəni redaktə et]Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir.
İstifadə
[redaktə | mənbəni redaktə et]Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 121