Qambiya

Qambiya
seksual of The Gambia
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
ing. Progress, Peace, Prosperity (Tərəqqi, Sülh, Çiçəklənmə)
Himn: 
For The Gambia Our Homeland
Tarixi
 • Böyük Britaniyadan müstəqillik elan olunub 18 fevral 1965
Rəsmi dilləri
Paytaxt Bancul
İdarəetmə forması İslam Respublikası
Prezident Adama Berrou
Vise-prezident Halifa Sallah
Sahəsi Dünyada 167-ci
 • Ümumi 11300 km²
 • Su sahəsi (%) 10
Əhalisi
 • Əhali 1 940 min nəfər (149-cu)
 • Siyahıyaalma (15.IV.2013) 1 882 450 nəf.
 • Sıxlıq 171 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 3 362 milyon dollar  (180-ci)
 • Adambaşına 1 700 dollar  (210-cu)
İnternet domeni .gm
ISO kodu GM
BOK kodu GAM
Telefon kodu +220
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qamniyanın siyasi xəritəsi

Qambiya (ing. The Gambia) və ya rəsmi adı ilə Qambiya Respublikası (ing. Republic of The Gambia) — Qərbi Afrikada dövlət. Qambiya ərazicə Afrikanın ən kiçik ölkələrindəndir. Şimaldan, şərqdən və cənubdan Seneqalla həmsərhəddir. Qərbdən isə Atlantik okeanı ilə əhatə olunmuşdur. Paytaxtı Bancul, ən böyük şəhəri Serekunda ümumi sahəsi 10,689 kvadrat kilometrdir. Qambiya 18 fevral 1965-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən azad olaraq və Millətlər Birliyinə daxil olmuşdur. Ölkə iqtisadi inkişafı səviyyəsinə görə dünyanın ən yoxsul ölkələrindən biridir.

Qambiyanın Müstəqiliyi

[redaktə | mənbəni redaktə et]

1960-cı ildə Britaniya Protektoratı olan Qambiyaya seçki hüququ verildi və Qanunvericilik Şurasını 34 nəfərdən ibarət Nümayəndələr Palatası (House of Representatives) əvəz etdi. 1962-ci ildə baş nazir və Qubernator Sədirlik etdi,8 digər nazirliklərin də daxil olduğu İdarə Heyəti yaradıldı. Mütərəqqi Xalq Partiyasının lideri Dauda Jawara birinci baş nazir oldu. 1963-cü il Oktyabrın 4-də Qambiya tam özünüidarə hüququ qazandı. 1965-ci ildə qüvvəyə minən müstəqil Qambiya Konstitusiyasına görə ölkə Birliyi çərçivəsində konstitusiya monarxiya elan olundu. 1970-ci il aprelin 23-də keçirilən Referendumla Qambiya respublika oldu. 1981-ci ilin iyulunda ölkədə bir üsyan oldu və seneqallı əsgər tərəfindən yatırıldı, qiyam zamanı 500–800 nəfər şəhid oldu və iqtisadiyyata böyük maddi ziyan dəydi.

1982-ci ilin fevralında Qambiya Seneqal ilə birlikdə Seneqambiya Konfederasiyası yaradır. Bu zaman ərazicə və əhali sayına görə kiçik olan Qambiya özünün hökumətinə, müstəqil maliyyə və xarici siyasətinə malik olur. Konfederasiya daxilində xarici siyasətin koordinasiya ediməsi, silahlı qüvvələrin, xüsusi xidmətin və nəqliyyat infrastrukturunun birləşdirilməsi nəzərdə tutulmuşdu. Sonradan Qambiya konfederasiyanın idarə edilməsində rolunun artırılmasını tələb etməyə başladı. Fikir ayrılıqlarına görə konfederasiya 1989-cu ildə fəaliyyətini dayandırdı. Sonrakı dövrdə hər iki dövlətin münasibətləri gərgin olaraq qalır.

Qambiya

Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etdi. Bununla da Qambiya İran, Pakistan, ƏfqanıstanMavritaniyadan sonra 5-ci İslam Respublikası oldu.